Binədə "makler"i yol üstündə öldürmüşdü: "Barışıqdan söhbət gedə bilməz"
Bakı Ağır Cinayətlər Məhkəməsində Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Maksim Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə ilk olaraq məhkəmə istintaqının başlanması bildirilib.
Təqsirləndirilən Maksim Əhmədov özünü təqsirli bilmədiyini və ancaq bıçağa görə peşmançılıq keçirdiyini deyib:
"Maşını saxlayıb müştəri gözləyirdim ki, birdən yanımda dayanan maşından "Korsan, görmürsən?" deyə qışqırıq səsi eşitdim. Maşından düşüb gördüm ki, Səbuhi, yanında da atası dayanıb. Atası dedi ki "Keçək yolun o biri tərəfinə, ofisimdə söhbət edək". Mən getmək istəmədim, Səbuhiyə dedim ki, nömrəsini versin, sonra danışaq. Onda atası üstümə cumub məni vurmağa başladı, ağıza alınmayacaq dərəcədə ədəbsiz söyüşlər söyüdü. Dözə bilmədim. Gəldim maşındakıları düşürtdüm ki, aralarında qadın-qız xeylağı var, yaxşı deyil, eşitməsinlər. Bıçaq cibimdə idi. Səlimin üstünə cumanda, məni vurdu. Əsəbdən, həyəcandan halım özümdə deyildi, bıçağı onun sinəsinə sapladım. Onu öldürmək niyyətim yox idi, sadəcə bıçaqla onu qorxudub özümdən uzaqlaşdırmaq istəyirdim, amma o, biədəb söyüşlər söyəndə, dözə bilmədim. Sonra gedib polisə təslim oldum".
Daha sonra təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.
Zərərçəkmişin varisi Sənan Əliyev M.Əhmədovun danışıqlarının 90 faizinin yalan olduğunu, söyüş söyülmədiyini bildirib:
"O, birinci yaxınlaşanda söyüşlə yaxınlaşdı deyə atam onu vurdu. Söyməsə idi, atam onu vurmazdı. Şikayətçiyəm və barışıqdan söhbət belə gedə bilməz".
Daha sonra digər şahid ifadələrinin dinlənilməsi üçün məhkəmə növbəti prosesi 27 noyabr saat 15:00-a təyin edib.
Xatırladaq ki, 2025-ci il aprelin 25-də saat 8 radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 52 yaşlı Səlim Əliyevin öldürülməsi barədə Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla 47 yaşlı Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
Qeyd edək ki, mərhum Səlim Əliyev Binə qəsəbəsində ev alqı-satqısı ilə məşğul olurmuş.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1001 Tarix: 30 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı
15.11.2026 154 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
15.11.2026 211 Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır
2026-cı ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasına cəlb olunub. Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə 59 layihə üzrə maliyyə ekspertizası tamamlanıb, 32 layihə üzrə is
15.11.2026 211 Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı
Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı
15.11.2026 175 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə
15.11.2026 164 Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağı
15.11.2026 146 Bu ərazilərdə SU OLMAYACAQ
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl
15.11.2026 369 Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb
"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə
15.11.2026 184 Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə
15.11.2026 176