"Qız evlənəndə dəyər qazanır" kimi stereotipik düşüncələrdən uzaqlaşmağa ehtiyac var" - Sosioloq

"Qız evlənəndə dəyər qazanır" kimi stereotipik düşüncələrdən uzaqlaşmağa ehtiyac var" - SosioloqAstarada toydan bir gün sonra vəfat edən gəlinin ölüm səbəbi açıqlanıb.

Bildirilib ki, 10.2025-ci il tarixində saat 22:00 radələrində 2008-ci il təvəllüdlü şəxs (qadın) Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub. Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub.

Sosioloq Kənan Abbasov BiG.AZ-a bildirib ki, 17 yaşında evlənmək hüquqi və bioloji baxımdan gənc bir insanın öz fiziki və psixi inkişafı tamamlamadan sorumluluq altına girməsi deməkdir. Bu tip nikahlar qadının təhsili, özünüinkişafı və qərarvermə imkanlarını məhdudlaşdırır:

"Rəsmi məlumatlarda xəstənin "ölü döl", "anuriya", "böyrək və ürək çatmazlığı" kimi ağır komplikasiyaları olması qeyd edilir. Bu, tibbi xidmətlərə vaxtında müraciət edilməməsi, prenatal (hamiləlik öncəsi və ərzində) baxımın zəifliyi, kənd yerlərində səhiyyə infrastrukturunun çatışmazlığı kimi problemlərin göstəricisidir.

Hamiləlik, doğum və ana sağlamlığı mövzularında gənc yaşlı qadınların lazımi biliklərə malik olmaması, risklərin düzgün anlaşılmaması bu kimi faciəvi nəticələrə yol aça bilər. Bu da təhsil sisteminin reproductive sağlamlıq təhsilini kifayət qədər inteqrasiya etməməsinin simptomudur.

Qadınların sosial statusu və onların həyat dövründəki rolları davamlı olaraq müəyyən sosial gözləntilər çərçivəsində qurulub. Erken nikahların cəmiyyətdə ənənəvi dəyər" kimi müdafiə olunması, qadının bədəninin və seçimlərinin sosial bir obyekt kimi qiymətləndirilməsinə gətirib çıxarır.

Məktəblərdə gənclərə reproduktiv sağlamlıq, cinsi hüquqlar və təhlükəsiz cinsi davranış sahəsində praktiki biliklər verilməlidir.

Erkən nikahların qarşısını almaq məqsədilə qanunlarda ciddi nəzarət mexanizmləri tətbiq edilməli və bu qanunların qəbul edilməsi istiqamətində təşviqedici tədbirlər görülməlidir".

Cəmiyyət daxilində qadınların fiziki, psixi, hüquqi və sosial hüquqlarının tanınması və qorunması ön plana çıxarılmalıdır.

"Qız evlənəndə dəyər qazanır" kimi stereotipik düşüncələrdən uzaqlaşmaq, qadının dəyərini nikah bağı ilə ölçməmək istiqamətində mədəni dönüşümə ehtiyac var.

Bu faciəvi olay yalnızca bir ailənin acısı deyil, eyni zamanda cəmiyyətin zəif tərəflərini bizə göstərən bir güzgüdür. Bu kimi hadisələrdən dərs çıxarmaq, struktur problemləri müəyyən edib onları aradan qaldırmaq üçün fəaliyyətə keçmək vacibdir. Cəmiyyətimiz qadınların, gənclərin daha sağlam, daha imkanlı həyatlar yaşaya biləcəyi bir məkana çevrilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1124   Tarix: 29 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb

İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı

15.11.2026 154
.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

15.11.2026 211
.

Azad edilmiş ərazilərdə milyardlıq layihələrdə maliyyə yoxlaması aparılır

2026-cı ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasına cəlb olunub. Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə 59 layihə üzrə maliyyə ekspertizası tamamlanıb, 32 layihə üzrə is

15.11.2026 211
.

Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı

Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı

15.11.2026 175
.

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə

15.11.2026 164
.

Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb

ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağı

15.11.2026 146
.

Bu ərazilərdə SU OLMAYACAQ

Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərl

15.11.2026 369
.

Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb

"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə

15.11.2026 184
.

Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər

Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə

15.11.2026 176
.