"Evdə tez-tez qışqırıq və münaqişə olarsa, uşaq da bunu normal ünsiyyət forması kimi qəbul edir" - Psixoloq

"Evdə tez-tez qışqırıq və münaqişə olarsa, uşaq da bunu normal ünsiyyət forması kimi qəbul edir" - PsixoloqUşaqlarda aqressiv davranış valideynləri ən çox narahat edən məsələlərdən biridir. Aqresiya adətən uşağın emosional ehtiyaclarının qarşılanmaması, diqqət çatışmazlığı və ya sərhədlərin düzgün qoyulmaması ilə əlaqədardır.

Psixoloq Aytəkin Əliyeva BiG.AZ-a bildirib ki, valideynlər uşağın aqressiyasına qarşı sərt cəza ilə deyil, anlayış və istiqamətlə yanaşmalıdırlar:

"Uşaq qışqırır, əşyaları atır və ya vurursa, bu, çox vaxt özünü ifadə etməkdə çətinlik çəkdiyi üçündür. Onun davranışını tənqid etmək əvəzinə, "Səni başa düşürəm, amma bu davranış düzgün deyil" kimi sakit və aydın mesajlar vermək daha təsirlidir.

Uşaqlarda aqresiyanın qarşısını almağın ən effektiv yolu emosional tərbiyə və müsbət nümunə göstərməkdir.

Uşaqlar valideynlərin davranışlarını kopyalayırlar. Evdə tez-tez qışqırıq və münaqişə olarsa, uşaq da bunu normal ünsiyyət forması kimi qəbul edir. Buna görə ailədə sakit atmosfer yaratmaq çox vacibdir.

Uşağın enerjisini yönəltmək üçün idman, yaradıcılıq fəaliyyətləri və açıq havada oyunlar da faydalıdır. Uşaq enerjisini konstruktiv yolla ifadə etməyi öyrəndikcə aqressiya azalır. Hər gün müəyyən vaxtlarda fiziki aktivlik onun emosional balansını qoruyur.

Valideynlər uşağın davranışına etiket yapışdırmaqdan çəkinməlidirlər.

Heç vaxt "sən pis uşaqsan’"deməyin. Uşağı deyil, davranışı dəyərləndirin. Bu, onun özünü dəyərli hiss etməsinə və aqressiv reaksiya verməməsinə kömək edəcək.

Uşaqlarda aqressiyanın qarşısını almaq üçün sevgi, sabitlik, səbir və düzgün ünsiyyət vacibdir. Aqressiya cəza ilə deyil, anlayış və yönləndirmə ilə azalır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 875   Tarix: 28 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məşhur ingilis klubunun yeni və yeganə sahibi var

"Clearlake Capital" London klubunun tam nəzarətini əldə edərək onun yeganə sahibi olub. "Çelsi" futbol klubu rəsmi olaraq mülkiyyət strukturunda dəyişiklik etdiyini açıqlayıb. -ın xarici mediaya istinadən məluamtına görə, komandanın veb saytında qeyd olunur ki, investisiya şirkət

18:30 64
.

Prezidentlə xanımı Şamaxıda daha bir hotel açılışında - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlət başçısına və birinci xanıma hoteldə yaradılmış şərai

17:24 145
.

Netanyahu ABŞ-a səfər edir, Trampla görüş isə müəmmalı qalır - münasibətlərdə nə baş verir?

İsrail Baş naziri Benyamin Netanyahunun sentyabrın 22-23-də ABŞ-a səfəri ərəfəsində Vaşinqton-Qüds münasibətlərində diqqətçəkən məqam ortaya çıxıb. Netanyahu BMT Baş Assambleyasının toplantıları çərçivəsində ABŞ-a səfər edəcək və Donald Trampla görüşmək istəyini ifadə edib. Lakin hazırda nə İsrail Ba

15:18 177
.

Diplomatik səfər niyə erməni revanşist dairələrini narahat etdi?

Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda formalaşmış yeni reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından mühüm hadisəyə çevrildi. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilat

13:13 190
.

Tramp: "Ümid edirəm, müharibənin sonuna yaxınlaşırıq"

ABŞ Prezidenti Donald Tramp İran tərəfi ilə birbaşa əlaqə saxladığını və Tehranın razılaşma əldə etmək istədiyini bildirib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Tramp müharibənin sona yaxınlaşmasına ümid etdiyini desə də, İran tərəfindən Vaşinqtonla birbaşa danışıqların bərpa edildiyi barədə rəsm

16:20 139
.

Tıxacda ən tez sıradan çıxan maşınlar - Sürücülərin bilmədiyi risklər

Böyük şəhərlərdə avtomobil üçün ən ağır sınaqlardan biri uzun yol deyil, saatlarla davam edən tıxacdır. Xüsusilə Bakı kimi nəqliyyatın pik saatlarda sıxlaşdığı şəhərlərdə avtomobil bir neçə kilometr məsafəni bəzən uzun müddət ərzində qət edir. Sürücü üçün bu, vaxt itkisi olsa da, avtomobil üçün mühərriki

19:30 1
.

Karantin rejimi yanvara qədər uzadıldı

Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qeyd edə

12:44 171
.

İnvestisiya, istehsal və məşğulluq: Azad iqtisadi zonalar nə vəd edir?

"Azad iqtisadi zonalar müasir iqtisadiyyatda investisiyaların cəlb edilməsi, istehsalın genişləndirilməsi və yeni iş yerlərinin yaradılması baxımından mühüm alətlərdən biri hesab olunur. Bu zonalarda sahibkarlar üçün vergi və gömrük güzəştlərinin, sadələşdirilmiş inzibati prosedurların və digə

12:46 157
.

Rusiya Ukraynaya genişmiqyaslı hava zərbələri endirib

Rusiya gecə saatlarında Kiyev və digər Ukrayna şəhərlərinə raket və dronlarla kütləvi hücum həyata keçirib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Ukrayna rəsmilərinin məlumatına görə, hücumlar nəticəsində Kiyevdə ən azı 18 nəfər, o cümlədən uşaqlar yaralanıb. Odesa və Zaporojye vilayətlərində də xəsarə

16:06 152
.