"Etimad KİDS" bağçasında uşağın başı yarıldı, ailəsinə xəbər verilmədi (FOTO)

"Etimad KİDS" bağçasında uşağın başı yarıldı, ailəsinə xəbər verilmədi (FOTO)Masazırda yerləşən bağçada nəzarətsiz qalan uşaq batutdan yıxılıb.

Bu barədə Qaynarinfo-ya uşağın atası, Masazır qəsəbə sakini Murad Nurullazadə məlumat verib.

Onun sözlərinə görə, hadisə nəticəsində uşağın baş yarılıb:

"Hadisə oktyabrın 22-də Masazırda yerləşən "Etimad KİDS" bağçasında baş verib. Uşaq yıxılıb və başı yarılıb. Hadisə ilə bağlı bizə heç bir məlumat verilməyib. Uşağı bağçadan götürən zaman onun başında zədələri gördük. Girdim bağça müdiri Məxmər xanımın yanına ki, bu nədir, axı mən bu uşağı sizə salamat verib getmişəm? Niyə hadisə ilə bağlı bizə dərhal məlumat verilməyib? Üstəlik tibbi yardım da göstərilməyib. Bu məsuliyyətsizliyin adı nədir? Məxmər xanım dedi ki, uşaq yıxıla-yıxıla böyüyər, götürün aparın, burada heç nə yoxdur, adi cızıqdır".

Murad Nurullazadə hadisə ilə bağlı 102 xidmətinə məlumat verdiyini vurğulayıb:

"Sonra uşağı apardım Abşeron rayon Mərkəzi Xəstəxanasına, ilkin müdaxilə olundu. Oradan məni Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən Neyrocərrahiyyə Xəstəxanasına göndərdilər və orada uşağın başına tikiş qoyuldu. Dedilər "Semaşko"da KT-müayinə olunmalıdır. Müayinə olundu və nəticədə travma aldığı göstərilmədi, amma həkim dedi ki, bu cür hadisələrdə 5 yaşa kimi uşaqlarda travma 21 gün müddətində özünü büruzə verir".

Məsələyə "Etimad KİDS" bağçasının münasibətini öyrəndik. Bağçanın "Instagram" səhifəsində qeyd olunan telefon nömrəsinə zəng etdik. Telefonu götürən şəxs bağçanın müəllimi olduğunu desə də, adını açıqlamaq istəmədi:

"Bir damcı cızıq olub, nə baş, nə partlamaq? Gətirib uşağın başındakı tikişi göstərsin. Belə bir hadisə yoxdur, ortada başqa məqsədlər var. Mən müdirə məlumat verərəm. Uşağın anası-atası ilə özümüz danışacağıq".
"Etimad KİDS" bağçasında uşağın başı yarıldı, ailəsinə xəbər verilmədi (FOTO)"Etimad KİDS" bağçasında uşağın başı yarıldı, ailəsinə xəbər verilmədi (FOTO)"Etimad KİDS" bağçasında uşağın başı yarıldı, ailəsinə xəbər verilmədi (FOTO)"Etimad KİDS" bağçasında uşağın başı yarıldı, ailəsinə xəbər verilmədi (FOTO)"Etimad KİDS" bağçasında uşağın başı yarıldı, ailəsinə xəbər verilmədi (FOTO)"Etimad KİDS" bağçasında uşağın başı yarıldı, ailəsinə xəbər verilmədi (FOTO)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 947   Tarix: 27 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda ana övladını mirasdan məhrum etdirdi

Biləsuvar Rayon Məhkəməsində ananın oğluna qarşı gələcəkdə mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi tələbinə dair mülki işə baxılıb. "Qafqazinfo" xəbər verir ki, işin hallarına görə, iddiaçı oğlunun uzun müddət ərzində ona qarşı kobud və hörmətsiz davrandığını, ailə münasibətlərini

12:57 211
.

İlham Əliyevin 23 illik prezidentlik fəaliyyəti: inkişafdan Zəfərə, Zəfərdən yeni mərhələyə

"2003-cü il Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin il, 15 oktyabrda İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçildi. Cənab İlham Əliyevin prezidentliyi dövrünü yalnız seçki tarixləri ilə xarakterizə etmək mümkün deyil. Bu dövr Azərbaycanın dövlətçilik

15:17 140
.

İlham Əliyev Türkiyə ilə bağlılığımızdan danışdı

"Türkiyə-Azərbaycan əlaqələrinin, təbii ki, xüsusi yeri, rolu var. Deyə bilərəm ki, dünya miqyasında buna oxşar əlaqələr yoxdur". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bildirib. "Bir-birin

17:07 121
.

Roblox təhlükəsi Azərbaycanda da gündəmdə: Valideynlər övladlarını necə qoruya bilər? - PSİXOLOQDAN AÇIQLAMA

Uşaqların böyük maraq göstərdiyi "Roblox" platforması ilə bağlı təhlükəsizlik narahatlıqları Azərbaycanda da gündəmə gəlib. Bakıda yeniyetmənin intiharı ilə bağlı aparılan araşdırmada onun "Roblox" platformasında qarşılaşdığı məzmunun mümkün təsiri də araşdırılır. Hadisə bir dah

12:47 255
.

"Burger King" maaşımızı vermir" - Şikayət

"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı -a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib. Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlay

17:37 126
.

Bakıda torpaq alarkən nələrə diqqət etmək lazımdır?

"Torpaq bazarında qiymətlərə təsir edən əsas amillərdən biri mərkəzdən məsafə və nəqliyyat əlçatanlığıdır. Mərkəzə və əsas biznes zonalarına yaxın torpaq sahələrinə tələbat daha yüksək olduğundan onların qiyməti də adətən baha olur". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə eksper

12:31 168
.

TDT çərçivəsində Bakıda keçirilən görüşlər Azərbaycanın rolunu önə çıxarır

Bir neçə gün əvvəl Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin dini liderlərinin, bu gün isə Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda bir araya gəlməsi Azərbaycanın TDT çərçivəsindəki münasibətlərinin yüksək səviyyəsini, eləcə də bu əlaqələrin sistemli və çoxşaxəli xarakterini nümayiş etdirir

17:09 122
.

Türk Dövlətləri Təşkilatı: regional birlikdən qlobal gücə çevrilə bilər

"Türk Dövlətləri Təşkilatının (TDT) qarşısında duran əsas məsələlərdən biri artıq yalnız üzv dövlətlər arasında əlaqələrin inkişaf etdirilməsi deyil, bu əməkdaşlığın beynəlxalq münasibətlər sistemində daha təsirli və çevik instituta çevrilməsidir. 2009-cu ildə Naxçıvan Zirvə görüşü ilə formalaşa

17:24 125
.

Azərbaycanın Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri Rumıniyanın Baia Mare şəhəri oldu

17 sentyabr tarixində Rumıniyanın Baia Mare şəhərinin meri Ioan Doru Denkuş və Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Baia Mare və Xankəndi şəhərləri arasında qardaşlaşma sazişin imzanması haqqında niyyət protokolu imzalayıblar

16:12 142
.