"Mirzoyanın açıqlaması İrəvanın məsuliyyəti Bakıya ötürmək cəhdidir" - Politoloq

"Mirzoyanın açıqlaması İrəvanın məsuliyyəti Bakıya ötürmək cəhdidir" - PolitoloqErmənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Azərbaycan arasında sülh və kommunikasiyaların açılması haqqında razılaşmaların icrasına hansı amillərin zəmanət verdiyi barədə suala aydınlıq gətirib.

"Belə zəmanətlər işləmir, biz bunu öz təcrübəmizdə də gördük", - deyə Mirzoyan bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanla əldə edilmiş bütün razılaşmalar qarşılıqlı faydalıdır.

Politoloq Nicat Qasımov BiG.AZ-a bildirib ki, Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın "Azərbaycanla razılaşmaların icrasına ən yaxşı zəmanət üçüncü tərəf deyil, qarşılıqlı maraqdır" fikri İrəvanın məsuliyyəti bölüşmək və beynəlxalq nəzarətdən yayınmaq cəhdidir:
"Mirzoyan bu bəyanatla Qərbin prosesdəki rolunu azaltmağa, eyni zamanda Ermənistanın razılaşmaları pozacağı təqdirdə məsuliyyət daşımaq istəmədiyini göstərməyə çalışır.
Ermənistan tərəfi artıq anlayır ki, regionda sülhün real təminatçısı Azərbaycan və onun güc balansıdır. Buna görə də "qarşılıqlı fayda" ifadəsi İrəvanın güzəştləri qəbul etməsini ört-basdır edən diplomatik ritorikadır.
Mirzoyanın Donald Trampın adını çəkməsi də daxili auditoriyaya yönəlmiş populist mesajdır və real danışıqlarda heç bir təsiri yoxdur.
Ermənistan rəhbərliyinin bu açıqlaması sülh prosesinə sadiqlikdən çox, beynəlxalq ictimaiyyət qarşısında imicini qorumaq cəhdidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 717   Tarix: 27 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ aviasiyasında xaosa səbəb olan nasazlığın təfərrüatı açıqlandı

ABŞ-də yüzminlərlə sərnişinin səfərinə təsir edən kütləvi aviasiya sistemləri nasazlığı Federal Aviasiya Administrasiyasının (FAA) köhnəlmiş telekommunikasiya şəbəkəsinin həddindən artıq yüklənməsi nəticəsində baş verib. Buna Arkanzas və Texas ştatlarında yerləşən radar obyektlərindəki marşrutlaşdırıcıla

15.11.2026 187
.

Qazaxıstanda yeni kəpənək növü aşkar edilib

Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi

15.11.2026 205
.

Qəbir ziyarətinə gedənlər qəzaya düşdülər: Xəsarət alanların adları məlum oldu - Video

Ordubad rayonunda sərnişin mikroavtobusunun aşması nəticəsində xəsarət alan 11 nəfərin kimliyi məlum olub. xəbər verir ki, hadisə zamanı 1966-cı il təvəllüdlü Səkinə Həsənova, 1962-ci il təvəllüdlü Səadət Bağırova, 1964-cü il təvəllüdlü Zəhra İmanova, 1962-ci il təvəllüdlü Kəmalə Həsənova, 1988-ci i

15.11.2026 218
.

Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb

ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağı

15.11.2026 146
.

İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk

15.11.2026 166
.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

15.11.2026 169
.

Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini

15.11.2026 187
.

ABŞ-də "doğuş turizmi"nə qarşı tədbirlər: Minlərlə viza ləğv olundu

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti "doğuş turizmi" adlandırılan fəaliyyətdə iştirak edən və ya bu cür səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşların 6 mindən artıq vizasını qüvvədən salıb. xəbər verir ki, bu barədə idarənin "X" sosial şəbəkəsindəki rəsmi hesabınd

15.11.2026 201
.

Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma

Azərbaycanda müəllimlər üçün yeni öhdəliklər müəyyənləşdirilib. İmzalanmış yeni qərara əsasən, təhsilverənlərin etik davranış qaydalarına əlavələr edilib. Yeni tələblərə əsasən, təhsilverənlər uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumalı, onları zərərli vərdişlərdən çəkindirməli

15.11.2026 163
.