Kurs dövrü: Məktəb sinifdən çəkilir, təhsil bazara çıxır
"Repetitorluqdan kurs sisteminə keçid Azərbaycan təhsilində illərlə yığılan struktur problemlərin nəticəsidir. Son 5-7 ildə kurslara axının artması məktəb və müəllimin cəmiyyətdəki nüfuzunun azalması ilə bağlıdır. Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin məlumatına görə, 2024-cü ildə imtahanlarda iştirak edən 132 min abituriyentin 70 faizi kurslarda hazırlaşıb. Bu isə məktəbin əsas təhsil funksiyasının kurslara ötürülməsi deməkdir".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
O, qeyd edib ki, Təhsil haqqında Qanunda özəl kursların fəaliyyəti nəzərdə tutulsa da, nəzarət mexanizmləri zəifdir. Hazırda fəaliyyət göstərən kursların cəmi 35-40 faizi rəsmi lisenziyaya malikdir. Qalanları fərdi şəkildə və ya qeydiyyatsız "tədris mərkəzləri" kimi işləyir. Bu vəziyyət təhsilin özəlləşməsindən çox, nəzarətsiz bazar modelinə bənzəyir:
"Kurslar şagirdlərə sınaq imtahanları, test bankları və nəticə hesabatı kimi imkanlar yaratsa da, bir çox hallarda məqsəd keyfiyyət deyil, gəlirdir. Qrup doluluğu və valideynin ödəmə qabiliyyəti dərs keyfiyyətindən daha vacib olur. Müəllimlərin seçimində də peşəkarlıqdan çox şəxsi nəticə və tanınırlıq önə çıxır.
Nəticədə, məktəb formal təhsil yeri kimi qalır, əsas tədris kurslarda aparılır. Bu, dövlət təhsil sisteminin zəifləməsi və sosial bərabərsizliyin artması ilə nəticələnir. Kurslara gedə bilməyən aztəminatlı ailələrin övladları təhsil yarışından kənarda qalır.
Beynəlxalq təcrübə göstərir ki, Finlandiya, Estoniya kimi ölkələrdə məktəb təhsili elə formalaşdırılıb ki, əlavə hazırlığa ehtiyac yoxdur. Azərbaycanda isə bu balans tam əksinə işləyir. Əgər məktəb sistemi gücləndirilməsə və kurslar nəzarətə götürülməsə, yaxın illərdə məktəb sadəcə sertifikat verən yerə, kurslar isə real təhsil məkanına çevriləcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 670 Tarix: 27 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi endirib
ABŞ və İsrail ordusu İranın Təbriz şəhərini hava hücumuna məruz qoyub. Bu barədə Şərqi Azərbaycanın Böhranların İdarə Edilməsi İdarəsinə istinadən ISNA məlumat yayıb. Şərqi Azərbaycanın Böhranların İdarə Edilməsi İdarəsinin baş direktoru Məcid Fərşi bildirib ki, Neft-Kimya Müəssisəsinə hava zərbəsi endirilib
30.03.2026 438 Prezident 31 Mart Soyqırımı Günü ilə bağlı paylaşım etdi - Foto
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib. Axşam.az paylaşımı təqdim edir:
10:58 96 Dünyanın ən dar evi - Eni cəmi 63 santimetrdir
Peruda yerləşən unikal bir evin eni cəmi 63 santimetrdir. Bu tikili dünyada tam funksional olan ən dar yaşayış obyektləri hesab olunur. xəbər verir ki, kiçik ölçülərinə baxmayaraq, ev rahat yaşayış üçün bütün əsas şəraitlə təmin olunub. Onun daxilində mətbəx, hamam, yataq otağı, yemək sahəsi, iş otağı
30.03.2026 526 "Nestle"nin 12 ton şokoladlı vaflisi oğurlandı
İsveçrənin qida nəhəngi "Nestle" İtaliyadakı istehsal müəssisəsindən Polşaya göndərilən təxminən 12 ton şokoladlı vafli yükünün oğurlandığını açıqlayıb. Trend xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin verdiyi məlumata görə, təxminən 414 min ədəd məhsulu daşıyan nəqliyyat vasitəsi və yü
30.03.2026 486 Türkiyədə yoxa çıxan qız Belqrad yaxınlığında tapıldı
Türkiyədə itkin düşən, Moskva vilayətinin Odintsovo şəhərindən olan 21 yaşlı tələbə Kristina M. Serbiyada tapılıb. " xəbər verir ki, bu barədə "Shot" Telegram kanalı məlumat yayıb. Məlumata görə, gənc qız Belqrad yaxınlığında aşkarlanıb və onun vəziyyətinin yaxşı olduğu bildirilir. "Qı
11:16 89 Küveyt tankerinin Dubay sahillərində toqquşması nəticəsində neft sızması qeydə alınmayıb
Şəhər hakimiyyəti bildirib ki, Dubay sularında neftlə dolu Küveytə məxsus tankerin vurulması nəticəsində neft sızması və ya xəsarət alan olmayıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Küveytin dövlət xəbər agentliyi KUNA-nın məlumatına görə, daha əvvəl Küveyt Neft Korporasiyası Dubay sahillərində lövbə
10:16 131 Latviya Ukraynaya 6,8 milyon avro həcmində yardım paketi təqdim edəcək
Latviya hökuməti Ukraynaya 6,8 milyon avro həcmində yeni yardım paketinin təqdim edilməsi barədə qərar qəbul edib. "Report" xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Bayba Braje sosial şəbəkələrdə məlumat verib. "6,8 milyon avro həcmində bu yardım paketi Ukraynanın enerj
30.03.2026 260 Tramp İranı Xarq adası və neft quyularını bombalamaqla hədələyib
ABŞ Prezidenti Donald Tramp İranın Xarq adasını, neft quyularını bombalamaqla hədələyib. APA xəbər verir ki, ABŞ Prezidenti bu barədə paylaşımında bildirib. Donald Tramp qeyd edib ki, İranda hərbi əməliyyatların dayandırılması məqsədilə yeni və daha ağlabatan rejimlə ciddi danışıqlar aparırlar: "Böyü
30.03.2026 447 Aviasiya yanacaq böhranı ilə üzləşir: Biletlər bahalaşır, uçuşlar azaldılır
Dünya aviaşirkətləri yanacaq qiymətlərinin kəskin artması səbəbilə biletləri bahalaşdırmağa və reyslərin sayını azaltmağa başlayıb. Eyni zamanda sektorun gələcək gəlirliliyi sərnişin tələbinin necə dəyişəcəyindən asılıdır. Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" yazır. ABŞ, İsrail v
30.03.2026 453