Paşinyan tezliklə Qazaxıstana səfər edəcəyini təsdiqləyib
Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana rəsmi səfərinin tezliklə baş tutacağını açıqlayıb.
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Respublika Günü münasibətilə yazdığı təbrik mesajında bildirib.
"Ümid edirəm ki, yaxın gələcəkdə baş tutması planlaşdırılan Qazaxıstana rəsmi səfərim zamanı dostluq, rifah və gələcəyə yönəlmiş ikitərəfli strateji münasibətlərin inkişafı naminə Ermənistan-Qazaxıstan dövlətlərarası gündəliyini müzakirə edəcəyik", - Paşinyan qeyd edib.
O, mesajında həmçinin Tokayevin rəhbərliyi altında Qazaxıstanda müstəqilliyin möhkəmləndirilməsinə, institutların inkişafına və ölkənin sosial-iqtisadi rifahının təşviqinə yönəlmiş islahatların vacibliyini vurğulayıb.
Xatırladaq ki, avqustun əvvəlində Qazaxıstan liderinin mətbuat xidməti Paşinyanın ölkəyə rəsmi səfərinə hazırlıqların aparıldığını açıqlamışdı. Səfərin 2025-ci ilin sonlarına planlaşdırıldığı bildirilirdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 565 Tarix: 26 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
29 yaşlı kişi sirkə turşusundan öldü
Gəncədə zəhərlənmə hadisəsi baş verib. 1997-ci il təvəllüdlü T.Quliyev evdə sirkə turşusu içərək zəhərlənib. T.Quliyev xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, 29 yaşlı kişi həyatını itirib. Faktla bağlı araşdırma aparılır. /APA
08.02.2026 183 "Bloomberg": Rusiya əmək bazarındakı böhran səbəbindən Hindistan və Şri-Lankaya müraciət edib
Rusiya əmək bazarındakı böhran fonunda Hindistan, Şri-Lanka və digər Asiya ölkələrinə rekord sayda işçi üçün müraciət edib. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Məlumata görə, 2025-ci ildə Rusiya Daxili İşlər Nazirliyi əcnəbilərə 240 mindən çox iş icazəs
08.02.2026 204 Həmin şagirdin sinif yoldaşı: "Dünən liseydə dedi ki…"
Hazırda "İdrak" liseyinin darvazaları bağlıdır, kənar şəxslər içəri buraxmırlar. "Yeni Sabah"ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, qapı polis nəzarəti ilə açılır və liseyin həyətinə yalnız valideynlər və şagirdləri götürməyə gələn yaxınları buraxılır. Şagirdlər evə göndərilir
08.02.2026 521 Rusiya ABŞ-nin Zaporojye AES-lə bağlı təklifini rədd edib
Rəsmi Moskva Vaşinqtonun Ukraynadakı münaqişəni həll etmək üçün Zaporojye Atom Elektrik Stansiyasını ABŞ-ın nəzarətinə keçirmək təklifinə qarşı çıxıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Amerikanın təklifinə görə, ABŞ Zaporojye AES-ə nəzarə
08.02.2026 174 Qızıl və gümüş yenidən BAHALAŞDDI
Dünya bazarında qızıl və gümüş yenidən bahalaşıb. BİG.AZ -a istinadən bildirir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troy unsiyasının qiyməti 90,3 dollar artaraq 4 979,8 dollar təşkil edib. Gümüş isə 0,18 dollar artaraq 76,9 dollara bərabər olub. Qeyd edək ki, 2026-cı ilin fevral ayı üçü
08.02.2026 180 Ermənistanda hərbi hissədə əsgərin meyiti tapıldı
Ermənistanda hərbi hissələrin birində hərbçinin meyiti tapılıb. -ın erməni KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. "Fevralın 7-də Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müqavilə ilə xidmət edən əsgər Davi
08.02.2026 174 İtaliyada dəmiryol relslərində partlayıcı qurğu aşkar edildi
İtaliyanın şimalında bir sıra qatar qəzaları baş verib və bu, həm yüksəksürətli şəhərlərarası, həm də regional qatarlarda gecikmələrə səbəb olub. xəbər verir ki, bu barədə EFE xəbər agentliyi İtaliya dövlət dəmiryol şirkətinin açıqlamasına istinadən məlumat yayıb. İlk hadisə səhər saatlarında Kastel-Maccor
08.02.2026 157 Hindistanda yeni ənənə: İnsanlar qorxu içində timsahlara ibadət etməyə başladılar
Hindistanın Odişa ştatında, Bhitarkanika Milli Parkı ərazisində yerləşən kəndlərin sakinləri timsahlara ibadət etməyə başlayıblar. bildirir ki, bu barədə "Kalinga TV" məlumat yayıb. Məlumata görə, son on il ərzində bölgədə timsahların sayı əhəmiyyətli dərəcədə artıb. Milli park ərazisi onlar
08.02.2026 237 Zelenski Rusiyanın raket və dron istehsalçılarına qarşı sanksiyalar tətbiq etdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın dron və raket istehsalında iştirak edən şirkət və şəxslərə qarşı sanksiyalar haqqında fərmanların imzalandığını deyib. bildirir ki, bu barədə o, "Facebook" səhifəsində açıqlama verib. Zelenski əlavə edib ki, digər fərmanla Rusiyanın maliyyə sektorun
08.02.2026 143