Direktor olmaq çətinləşib: Test yox, "nazir əlaqəsi" lazımdır

Direktor olmaq çətinləşib: Test yox, "nazir əlaqəsi" lazımdır"2012-ci ildən etibarən məktəb direktorlarının işə qəbulu müsahibə üsulu ilə həyata keçirilməyə başladı və bu layihə 2014-cü ilə qədər davam etdi. Təhsil sahəsi inkişaf etmiş ölkələrdə direktorların seçimi standart prosedurdur. Əvvəllər direktorlar əsasən yaxşı müəllimlər arasından seçilirdi, lakin yaxşı müəllim olmaq yaxşı idarəçi olmaq demək deyil".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Elşən Qafarov bildirib.

O, qeyd edib ki, Nazir Emin Əmrullayev vəzifəyə gələndən sonra məktəb direktorlarının işə qəbul prosesi nazirliyin öz rəhbərliyi altında həyata keçirilməyə başladı. 2022-ci ildə Regional Təhsil İdarəsi yaradıldı və direktor müavinlərinin, eləcə də digər rəhbər şəxslərin işə qəbulu onların səlahiyyətinə verildi:

"Hazırda isə direktorların təyinatı bazar xarakteri almağa başlayıb. Məktəblər şagird sayına görə bölünür: 150-ə qədər şagirdli məktəblərin direktorları müsahibə yolu ilə, 500-ə qədər şagirdli məktəblərin direktorları Regional Təhsil İdarəsi tərəfindən, 500-dən yuxarı şagirdli məktəblərin direktorları isə ölkə səviyyəsində imtahan yolu ilə təyin olunur. Bu sistem nəticəsində ölkə üzrə hər 4 məktəbdən biri vakant qalır.

Müsahibələrin şərtləri belə mürəkkəbləşib ki, xətti keçmək üçün bəzən birbaşa nazirin özü ilə əlaqə yaratmaq lazım olur. Bu isə prosesin şəffaflığına böyük zərbə vurur.

Beynəlxalq təcrübə göstərir ki, direktorların işə qəbulu test və müsahibə mərhələsi əsasında həyata keçirilməlidir. Test mərhələsi bir neçə mərhələdən ibarət olmalı, namizədin bilgi bacarıqları və dünyagörüşü də qiymətləndirilməlidir. Uğur qazananlar ilkin olaraq 6 aylıq sınaq müddəti üçün vəzifəyə təyin olunmalı, eyni zamanda kurslara cəlb edilərək praktik və nəzəri biliklər öyrədilməlidir.

Bu sistem həm direktorların peşəkarlığını artırar, həm də məktəb idarəçiliyində şəffaflığı təmin edər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 3118   Tarix: 24 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qara dənizdə üç gəmi vuruldu, iki "F-16" havaya qaldırıldı

Noyabrın 13-ü və 14-də Rumıniyanın Qara dəniz sahilləri yaxınlığında üç ticarət gəmisi pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb. "Digi24"ə istinadən xəbər verir ki, nəticədə Ukraynaya doğru hərəkət edən yük gəmisinə ziyan dəyib, digər iki gəmidə isə yanğın baş verib. Rumıniyanı

15.11.2026 175
.

Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb

ABŞ Qida və Dərman Administrasiyası (FDA) "Medline" şirkətinin istehsal etdiyi qüsurlu ortopedik döşəklərlə bağlı yeddi nəfərin həyatını itirdiyini açıqlayıb. xəbər verir ki, bu barədə FDA-nın rəsmi saytında məlumat yayımlanıb. Məlumata görə, "Medline" şirkətinə yeddi ölüm və 35 ağı

15.11.2026 146
.

Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini

15.11.2026 187
.

Rəsmi Tehran: İran mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır

"İran strateji tərəfdaşları olan və Tehranın mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır". "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Biz həm Rusiya, həm də Çinlə sıx təmasdayıq. Çin və Rusiya bizim stratej

15.11.2026 170
.

Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində

Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE

15.11.2026 188
.

Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə

15.11.2026 164
.

"Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı

ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu

15.11.2026 172
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. BİG.AZ Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullard

15.11.2026 200
.

Yataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto

Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb. xəbər verir ki, universitetin açıqlamasında deyilir:. "Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib. Universite

15.11.2026 345
.