Ali təhsil və işsizlik: Gənclərin əmək bazarına inteqrasiyasında boşluqlar və perspektivlər
"Ali məktəbi bitirən gənclərin əmək bazarına inteqrasiyası hələ də Azərbaycan təhsil sisteminin zəif tərəfidir. Bu, təkcə iş tapmaq problemi deyil, həm də praktik bilik və iş təcrübəsinin formalaşmaması ilə bağlıdır. Universitetlərdə nəzəri bilik üstünlük təşkil etdiyindən məzunlar əmək bazarının tələblərinə tam uyğun səriştələrə malik olmadan çıxırlar. Dövlət Statistika Komitəsinin 2024-cü il məlumatına görə, məzunların yalnız 42 faizi ixtisasına uyğun iş tapır, 30 faizi isə 6 ay ərzində işsiz qalır".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
O, qeyd edib ki, "Təhsil haqqında" Qanuna əsasən, ali təhsil müəssisələri tədrisi əmək bazarının tələblərinə uyğun təşkil etməli və tələbələrin istehsalat təcrübəsi keçməsi üçün müəssisələrlə əməkdaşlıq qurmalıdır. Lakin praktikada çox universitetdə bu maddə formal xarakter daşıyır. Tələbələr müəssisələrdə real fəaliyyətə cəlb olunmur, bu isə onları işəgötürən üçün qeyri-cazibədar edir:
"Elm və Təhsil Nazirliyinin son illərdə tətbiq etdiyi Dual təhsil modeli və Universitet–müəssisə əməkdaşlığı layihələri isə bu boşluğu aradan qaldırmağa yönəlib. 2023-cü ildə 14 universitetdə pilot proqramda tələbələr dərs vaxtının 60 faizini universitetdə, 40 faizini müəssisədə keçirmiş və iştirak edənlərin 48 faizi təcrübə keçdiyi müəssisələrdə daimi işlə təmin olunmuşdur. ADA Universiteti, UNEC, Qərbi Kaspi və ADPU kimi ali məktəblərdə yaradılan karyera mərkəzləri də tələbələrin real layihələrdə iştirakına, sahibkarlıq və sosial bacarıqlarının inkişafına şərait yaradır.
Buna baxmayaraq, sistem bütün universitetlərdə eyni səviyyədə tətbiq olunmur. Xüsusilə humanitar ixtisaslarda təcrübə yerləri tapmaq çətindir, müəssisələr isə əlavə resurs tələb etdiyinə görə tələbə qəbul etməyə maraqlı olmur. Burada dövlətin stimullaşdırıcı mexanizmləri — vergi güzəştləri və sosial sığorta dəstəyi — önəmli rol oynaya bilər.
Rəqəmsal təşəbbüslər də mühümdür. "Məzun+" platforması vasitəsilə tələbələrin CV-ləri elektron bazada toplanır və işəgötürənlərlə birbaşa əlaqə yaradılır.
Dual təhsil modelinin genişləndirilməsi, təcrübə mərkəzlərinin müstəqil fəaliyyəti, işəgötürənlərin prosesə cəlb olunması və hüquqi stimullar gənclərin iş tapma ehtimalını artıracaq. Bu siyasət davamlı xarakter aldıqda, universitet məzunlarının əmək bazarına çıxışı daha səmərəli və dayanıqlı olacaq".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 904 Tarix: 23 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGürcüstan Aİ-yə üzvlüklə bağlı şərt irəli sürdü
Gürcüstan Abxaziya və Cənubi Osetiya olmadan Avropa İttifaqına (Aİ) qoşulmayacaq. xəbər verir ki, bu barədə "Sputnik Near Abroad" Telegram kanalı məlumat yayıb. Məlumata görə, bu şərti Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili səsləndirib. Nəşr bildirib ki, "Gürcüstan Abxaziya v
11:37 144 Dörd ildən üç ilə: Ali təhsildə yeni model nələri vəd edir?
"Universitetdə dörd il oxumağa alışmış bir nəsil üçün "üç ilə bakalavr" fikri ilk baxışda cəlbedici səslənir. Bir il az təhsil, bir il az xərc, əmək bazarına bir il tez çıxış. Tələbənin hesabı sadədir: diplom cibdə, həyat bir il tez başlayır. Amma ali təhsildə hər şey bu qədər sadə hesablanmır
12:07 160 Süni intellekt və gələcək
Süni intellekt artıq həyatımızın bir çox sahəsinə daxil olub. Təhsil, səhiyyə, biznes və hətta gündəlik məişətdə süni intellektdən istifadə genişlənir. Bəs texnologiyanın sürətli inkişafı gələcəyimizi necə dəyişəcək? Süni intellekt iş yerlərimizi əlimizdən alacaq? İnsan əməyini tamamilə əvəz etmək realdırmı
15:30 73 Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
10:23 197 Azərbaycanda zəlzələ oldu
Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. BİG.AZ xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyi
16.09.2026 281 "Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur" - Yenilənib
"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiy
15:12 97 Kirpik qaynağı ilə bağlı araşdırma: 25 qadından 24-də gənə aşkarlanıb
Gözəllik məqsədilə geniş istifadə olunan kirpik uzatma proseduru ilə bağlı yeni araşdırma diqqətçəkən nəticələr ortaya qoyub. Alimlər uzun müddət və müntəzəm şəkildə kirpik uzatdıran şəxslərdə göz ətrafında parazitlərin və digər qalıqların toplanması riskinə diqqət çəkiblər. Qaynarinfo xəbər verir ki
16.09.2026 323 Hellouin təhlükə altında: İsti hava bayramın əsas simvolunu məhv edə bilər
Bu il Hellouin üçün yetişdirilən balqabaqlar ənənəvi fənərlər hazırlamaq üçün çox kiçik ola bilər. Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, buna rekord istilik dalğaları və məhsulun inkişafına mənfi təsir göstərən uzunmüddətli quraqlıq səbəb olub. Narıncı balqabaqlar ənənəv
16.09.2026 232 Azərbaycanda ana övladını mirasdan məhrum etdirdi
Biləsuvar Rayon Məhkəməsində ananın oğluna qarşı gələcəkdə mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi tələbinə dair mülki işə baxılıb. "Qafqazinfo" xəbər verir ki, işin hallarına görə, iddiaçı oğlunun uzun müddət ərzində ona qarşı kobud və hörmətsiz davrandığını, ailə münasibətlərini
12:57 176