"Sürücü dedi ki, düş, avtobusu sürmürəm..." - Video

"Sürücü dedi ki, düş, avtobusu sürmürəm..." - VideoBakıda 3 nömrəli avtobus sürücüsünün hərəkəti sərnişinlərin narazılığına səbəb olub.

"Qafqazinfo" xəbər verir ki, "TikTok"da yayılan videoda sürücünün sərnişinlərə kobud rəftar etdiyi iddia olunub.

Videonu paylaşan Azadə Həsənxanova bildirib ki, hadisə bu gün səhər radələrinə İnşaatçılar prospektində baş verib: "Avtobusda o qədər sıxlıq var idi ki, ön qapıdan minmək mümkün deyildi. Yaşlı bir qadın arxa qapıdan mindi. Xanıma artıq əyləşmək üçün yer vermişdilər, oturmuşdu. Sürücü dedi ki, aşağıya düş, avtobusu sürmürəm və sürmədi də. Başa düşürəm, arxadan minəndə sürücülər cərimə olunur. Amma o qədər insaflı sürücülər var, düşünürlər ki, hər kəs bu saatda evdən çıxırsa, çörəkpulu qazanmağa gedir. Həmin qadının halı avtobusda pisləşdi, çənəsi əsə-əsə düşdü. Biz getdiyimiz yerə gecikdik, sürmədi. Sürücü 102-yə zəng etdikdən sonra avtobusu sürdü, "Gənclik" metrosuna gəldik. "Mall"un yanından dönüb qayıtmalı idi, sərnişinlər də dedi ki, qayda-qanun var, niyə dönmədin? Bizi metronun qarşsısında saxladı ki, düşün, avtobusda nasazlıq var".

Məsələ ilə bağlı "Baku Bus"a sorğu ünvanladıq. Müraciətimizə cavab olaraq bildirildi ki, bu gün saat 08:00–09:00 radələri arasında "BakuBus" MMC-nin istismarında olan 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusda sürücü ilə sərnişin arasında insident baş verib: "Hadisə ilə bağlı hazırda araşdırma aparılır. Məsələnin aydınlaşdırılması videomüşahidə kameraları vasitəsilə həyata keçirilir. Qeyd edək ki, videogörüntülərin çıxarılması prosesi avtobusun axşam saatlarında depoya təhvil verilməsindən sonra həyata keçirilir. Araşdırmanın nəticələrinə əsasən, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat təqdim ediləcək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 729   Tarix: 22 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

15.11.2026 211
.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

15.11.2026 169
.

Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu

Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:

15.11.2026 170
.

Tokayev rüşvətxor məmurlardan danışdı: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərlərinin saxlanılmasını genişmiqyaslı rüşvətxorluğun göstəricisi kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. Təhlükəsizlik Şurasının operativ iclasınd

15.11.2026 202
.

Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi

15.11.2026 187
.

"Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı

ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu

15.11.2026 172
.

Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini

15.11.2026 187
.

Qazaxıstanda yeni kəpənək növü aşkar edilib

Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi

15.11.2026 205
.

Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi

"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın

15.11.2026 201
.