"Ayaqda göyərmə ciddi xəstəlik əlaməti ola bilər" - Həkim
Ayaqda qəfil əmələ gələn göyərmələr (hematom və ya dərialtı qan sızmaları) çoxlarını narahat edir. Bəzən adi zərbə ilə bağlı olan bu vəziyyət, bəzi hallarda orqanizmdə ciddi pozğunluqlardan xəbər verir.
Terapevt Nigar Məmmədova BiG.AZ-a bildirib ki, göyərmələr əsasən dərialtı kapilyar damarların zədələnməsi nəticəsində yaranır.
"Əgər göyərmə zərbə və ya sıxılma nəticəsində əmələ gəlibsə, bu, adətən 5-7 günə keçib gedir. Amma heç bir travma olmadan təkrarlanan və ya geniş sahəni əhatə edən göyərmələr diqqət tələb edir.
Ayaqda göyərmənin bir neçə əsas səbəbi var:
Qan dövranı pozğunluqları: Damarların zəifləməsi, varikoz və kapilyarların kövrəkləşməsi nəticəsində baş verir.
Qan laxtalanma sisteminin pozulması: Qanda trombositlərin azalması və ya laxtalanma faktorlarının çatışmazlığı.
Qaraciyər və böyrək xəstəlikləri: Bu orqanların fəaliyyəti zəiflədikdə, laxtalanma mexanizmi pozulur.
Vitamin çatışmazlığı: Xüsusilə C və K vitaminlərinin azlığı damar divarlarını zəiflədir.
Dərmanların yan təsiri: Aspirin, hormonal və qandurulaşdırıcı preparatlar damar keçiriciliyini artıraraq göyərməyə səbəb ola bilər.
Əgər göyərmələr tez-tez təkrarlanır, ağrı və şişkinlik müşahidə olunursa, özbaşına keçməsini gözləmək olmaz. Mütləq həkimə müraciət edilməlidir.
Sağlam qidalanma, vitamin balansının qorunması və damar sağlamlığına diqqət göyərmələrin qarşısını almaqda mühüm rol oynayır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1278 Tarix: 22 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşQara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
15.11.2026 211 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il
15.11.2026 169 Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu
Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:
15.11.2026 170 Tokayev rüşvətxor məmurlardan danışdı: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərlərinin saxlanılmasını genişmiqyaslı rüşvətxorluğun göstəricisi kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. Təhlükəsizlik Şurasının operativ iclasınd
15.11.2026 202 Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi
15.11.2026 187 "Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı
ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu
15.11.2026 172 Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini
15.11.2026 187 Qazaxıstanda yeni kəpənək növü aşkar edilib
Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi
15.11.2026 205 Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın
15.11.2026 201