Papanın gizlətdiyi sirrlər: Vatikan kitabxanasında nə var və ora necə daxil olmaq olar?

Papanın gizlətdiyi sirrlər: Vatikan kitabxanasında nə var və ora necə daxil olmaq olar?Dünyada elə məkanlar var ki, ora daxil olmaq ya son dərəcə çətindir, ya da tamamilə mümkünsüzdür. Bu səbəbdən həmin yerlər çoxsaylı miflər, gizli nəzəriyyələr və reallıqdan uzaq fərziyyələrlə əhatə olunur. Onlardan biri də Vatikan kitabxanasıdır.

Qaynarinfo-nun xəbər verir ki, Vatikan ərazisində iki fərqli qurum - kitabxana və arxiv mövcuddur. Hər ikisi eyni binada yerləşsə də, onların giriş qaydaları məhduddur.

Arxiv və kitabxana haqqında təsəvvür yaradan ən təsirli məqam onların miqyasıdır: sənəd rəflərinin ümumi uzunluğu 85 kilometrə çatır. Bunun 42 kilometri birbaşa kitabxananın payına düşür.

Uzun illər ərzində "Archivum Secretum Vaticanum" adlandırılan arxiv barədə yanlış fikirlər formalaşmışdı. Latınca "secretum" sözü "gizli" deyil, "şəxsi" mənasını verir. Yəni bu, Papa tərəfindən idarə olunan şəxsi arxivdir və eyni zamanda Vatikan dövlət arxivi funksiyasını da daşıyır.

Bu anlaşılmazlıqlar və yayılan şayiələr səbəbindən 2018-ci ilin payızında Papa Fransisk arxivin adını dəyişərək "Archivum Apostolicum Vaticanum" - yəni Vatikan Apostol Arxivi adlandırıb.

Turistlər üçün arxiv və kitabxanaya giriş məhduddur, çünki orada saxlanılan əlyazmalar və sənədlər son dərəcə kövrəkdir və misilsiz tarixi əhəmiyyətə malikdir. Ora daxil olmaq bilet almaq qədər asan olmasa da, mümkünsüz də deyil - əsasən alimlər və tədqiqatçılar bu məqsədlə xüsusi icazə alırlar.

Bəzi tədqiqatçılar "Reddit" platformasında Vatikan kitabxanası və arxivində işləmək təcrübələrini bölüşüblər. Onların dediyinə görə, giriş icazəsi almaq üçün aşağıdakı şərtləri yerinə yetirmək lazımdır:

* uyğun ixtisas üzrə ən azı magistr diplomu təqdim etmək;
* təhsil müəssisəsindən tövsiyə məktubu göstərmək;
* hansı mövzuda işlədiyinizi və hansı materialı araşdırmaq istədiyinizi izah etmək.

Bir istifadəçi yazır: "Sən məşhur alim olmalı deyilsən. Mənim kimi bir çox aspirant da orada tədqiqat aparırdı".

Kitabxanada işləmək prosesi ciddi qaydalarla həyata keçirilir. Əvvəlcə Vatikan ərazisinə daxil olur, İsveçrə qvardiyasının və Vatikan jandarmasının yoxlamasından keçirsiniz. Daha sonra hər iki quruma girişlərin yerləşdiyi həyətə daxil olursunuz.

Qeydiyyatdan keçərkən şəxsi əşyalarınızı qarderobda saxlamalısınız; telefonla daxil olmaq qadağandır. Məlumatları qeydə almaq üçün adətən kağız, qələm və noutbukdan istifadə edilir.

Arxivdə mövcud fondların çap və əl yazması kataloqları yerləşir. Kitabxanada isə elektron kataloqdan və "Wi-Fi" bağlantısından istifadə mümkündür. Beləliklə, araşdırmaçılar material sifariş edib arxiv işçisindən tələb olunan sənədləri əldə edə bilirlər. Bir çox əlyazma artıq rəqəmsal formatda ictimaiyyət üçün açıqdır.

Kitabxana qədim əlyazmaların və kitabların möhtəşəm kolleksiyasına sahibdir. Arxivdə isə aşağıdakı materiallar mövcuddur:

* erkən orta əsrlərdən Avropanın müxtəlif bölgələrindən gələn hesabat və məktublar;
* papaların elçilərinə aid sənədlər;
* Papa vilayətlərinin idarəetmə işləri ilə bağlı materiallar;
* mühasibat kitabları və rəsmi aktlar;
* müxtəlif tarixi əlyazmalar və sənədlər.

Bu sənədlərin hər biri mühüm tarixi dəyərə malik olsa da, onların arasında sensasiyalı və gizlədilmiş sirlər olduğu barədə iddialar daha çox mif xarakteri daşıyır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 881   Tarix: 22 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

15.11.2026 211
.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

15.11.2026 169
.

Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu

Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:

15.11.2026 170
.

Tokayev rüşvətxor məmurlardan danışdı: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərlərinin saxlanılmasını genişmiqyaslı rüşvətxorluğun göstəricisi kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. Təhlükəsizlik Şurasının operativ iclasınd

15.11.2026 202
.

Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi

15.11.2026 187
.

"Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı

ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu

15.11.2026 172
.

Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini

15.11.2026 187
.

Qazaxıstanda yeni kəpənək növü aşkar edilib

Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi

15.11.2026 205
.

Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi

"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın

15.11.2026 201
.