Qadın telefonunu bir il 80 faiz şarj etdi: Nəticəsi nə oldu?

Qadın telefonunu bir il 80 faiz şarj etdi: Nəticəsi nə oldu?Telefonu 80 faizdən çox doldurmamaq batareyanın ömrünü bir il və ya daha çox uzada bilər. Bir iPhone 16 Pro Max istifadəçisi bu iddianı yoxlamaq qərarına gəlib və tam bir il ərzində telefonu yalnız 80 faizə qədər dolduraraq təcrübə aparıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, məqsəd bu üsulun batareyanın vəziyyətinə necə təsir etdiyini öyrənmək olub.

Qadın telefonunu heç vaxt 80 faizdən çox, həmçinin 20 faizdən az doldurmamağa çalışıb. Bu üsul "20-80 qaydası" kimi tanınır. O, həm USB-C kabeli, həm də simsiz enerji ilə doldurma üsullarından istifadə edib.

"Smartfonun 100 faizə qədər dolmadığını görmək qəribə idi, amma bunun batareya üçün faydalı olub-olmayacağını öyrənmək istəyirdim", - o bildirib.

Bir ildən sonra batareya vəziyyəti

Bir illik təcrübə və 299 doldurma dövrü nəticəsində onun iPhone 16 Pro Max batareyasının tutumu 94 faiz səviyyəsində qalıb. Müqayisə üçün, heç bir məhdudiyyət tətbiq etməyən həmkarının eyni model telefonu 308 dövr sonra 96 faiz batareya tutumuna sahib olub.

Qadın etiraf edib ki, nəticə gözlədiyi qədər təsirli olmayıb:

"Düşünürdüm ki, batareya ideal vəziyyətdə qalacaq, amma fərq demək olar ki, yoxdur", - o söyləyib. O, həmçinin qeyd edib ki, 80 faizlik limit gündəlik istifadədə çətinliklər yaradıb xüsusilə səyahətlərdə və aktiv şəkildə şəkil çəkərkən tez-tez enerji planlaşdırmaq lazım gəlib.

Təcrübə nəticəsində qadın belə qənaətə gəlib ki, adi istifadəçi üçün 80 faizlik doldurma limiti ciddi üstünlük vermir. Ola bilsin ki, bu üsul bir neçə illik dövrdə batareyanın ömrünü artırır, amma bir il ərzində fərq hiss olunmur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1786   Tarix: 22 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gürcüstan Aİ-yə üzvlüklə bağlı şərt irəli sürdü

Gürcüstan Abxaziya və Cənubi Osetiya olmadan Avropa İttifaqına (Aİ) qoşulmayacaq. xəbər verir ki, bu barədə "Sputnik Near Abroad" Telegram kanalı məlumat yayıb. Məlumata görə, bu şərti Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili səsləndirib. Nəşr bildirib ki, "Gürcüstan Abxaziya v

11:37 144
.

Dörd ildən üç ilə: Ali təhsildə yeni model nələri vəd edir?

"Universitetdə dörd il oxumağa alışmış bir nəsil üçün "üç ilə bakalavr" fikri ilk baxışda cəlbedici səslənir. Bir il az təhsil, bir il az xərc, əmək bazarına bir il tez çıxış. Tələbənin hesabı sadədir: diplom cibdə, həyat bir il tez başlayır. Amma ali təhsildə hər şey bu qədər sadə hesablanmır

12:07 160
.

Süni intellekt və gələcək

Süni intellekt artıq həyatımızın bir çox sahəsinə daxil olub. Təhsil, səhiyyə, biznes və hətta gündəlik məişətdə süni intellektdən istifadə genişlənir. Bəs texnologiyanın sürətli inkişafı gələcəyimizi necə dəyişəcək? Süni intellekt iş yerlərimizi əlimizdən alacaq? İnsan əməyini tamamilə əvəz etmək realdırmı

15:30 73
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

10:23 197
.

Azərbaycanda zəlzələ oldu

Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. BİG.AZ xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyi

16.09.2026 281
.

"Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur" - Yenilənib

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiy

15:12 97
.

Kirpik qaynağı ilə bağlı araşdırma: 25 qadından 24-də gənə aşkarlanıb

Gözəllik məqsədilə geniş istifadə olunan kirpik uzatma proseduru ilə bağlı yeni araşdırma diqqətçəkən nəticələr ortaya qoyub. Alimlər uzun müddət və müntəzəm şəkildə kirpik uzatdıran şəxslərdə göz ətrafında parazitlərin və digər qalıqların toplanması riskinə diqqət çəkiblər. Qaynarinfo xəbər verir ki

16.09.2026 323
.

Hellouin təhlükə altında: İsti hava bayramın əsas simvolunu məhv edə bilər

Bu il Hellouin üçün yetişdirilən balqabaqlar ənənəvi fənərlər hazırlamaq üçün çox kiçik ola bilər. Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, buna rekord istilik dalğaları və məhsulun inkişafına mənfi təsir göstərən uzunmüddətli quraqlıq səbəb olub. Narıncı balqabaqlar ənənəv

16.09.2026 232
.

Azərbaycanda ana övladını mirasdan məhrum etdirdi

Biləsuvar Rayon Məhkəməsində ananın oğluna qarşı gələcəkdə mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi tələbinə dair mülki işə baxılıb. "Qafqazinfo" xəbər verir ki, işin hallarına görə, iddiaçı oğlunun uzun müddət ərzində ona qarşı kobud və hörmətsiz davrandığını, ailə münasibətlərini

12:57 176
.