"Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzində "möcüzəli dərd"lər artıb...
Hələ Sahil Babayevin dövründə Əmək və Əhalinin Sosail Müdafəsi Nazirliyinin (ƏƏSMN) "yükü" olan "Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzinin indi də yeni nazir Anar Əliyevin, hətta rayonun icra başçısının başına bəla olması barədə xəbər yayılıb.
Bu barədə Mia.az-ın poçtuna daxil olan məktubda deyilir ki, bu sanatoriyada ötən illərdəki xoşagəlməz hallar bu gün də davam etməkdədir:
"Hörmətli media nümayəndələri! Ümid edirəm, müraciətim sizin vasitənizlə cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə çatacaq. Dövlət başçısına müraciət etməyimizin səbəbi əlaqədar qurumların müraciətimizlə bağlı hərəkətsizliyidir. Söhbət "Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzi adı ilə fəaliyyət göstərən, lakin antisanitariyanın hökm sürdüyü, ciddi maliyyə pozuntularının olması barədə iddiaların olduğu "sanatoriyadan" gedir.
Obyektin rəhbəri Elşən Əmiralanovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqəyə girib "otkad" əməliyyatları həyata keçirir.Sanatoriyada natəmizlik barədə dəfələrlə şikayət etsək də nəticəsi yoxdur.
Bu il sanatoriyaya üz tutan yüzlərlə pasiyent narazı qayıdır. Əksəriyyəti də sözegedən Nazirliyin xətti ilə gələn qazilər, əlillər və şəhid ailələridir.
İddialarımızı sübut etməyə hazırıq. Sanatoriyada antisanitariya, keyfiyyətsiz qidalanma, başıpozuqluq pasiyentləri boğaza yığdı.
Şikayət edənlərlə də müəssisənin rəhbəri kobud davranıb. Dərd ondadır ki, yerli icra hakimiyyəti də onlardan gələn şikayəti qulaqardına vurur. Sanatoriyanın rəhbəri Elşən Əmiralanov və onun avtoş oğlu Qoca Əmiraslanov rayonda hamının yanında İcra Hakimiyyəti də daxil olmaqla, hamının hesabını çatdırdıqlarını iddia edirlər.
Həmin qurumlar arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adını xüsusi çəkirlər. Hər göndərilən xəstəyə görə guya "haqq" ödədikləri deyilir. Doğrudanmı, belə mötəbər nazirlik bu cür yollara gedir?!
Xahiş edirik, həmin müəssisənin işi və onun İcra Hakimiyyəti ilə qaranlıq əlaqələrinin araşdırılmasına yardımçı olsanız!"
Xatırladaq ki, bir neçə il əvvəl də bu sanatoriyadan narazılıq, eyni zamanda, antisanitariya ilə bağlı rəsmi qurumların yoxlaması olub.
Yoxlama ilə "Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi"ndə ciddi nöqsanlar aşkar edilib: "Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, həmçinin sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. Müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçilərin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib. Eyni zamanda, müəssisənin qida məhsullarının saxlanıldığı anbarda mal qonşuluğu qaydalarına əməl edilmədiyi, istehlak üçün nəzərdə tutulmuş ət və ət məhsullarının, süd və süd məhsullarının baytarlıq-sanitariya ekspertizasından keçmədiyi və istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb".
Qida Təhlükəsizliyi Agentliyi məhz sadalanan bu neqativ hallarla bağlı müəssisəni cəzalandırıb.
Məsələyə ilə bağlı araşdırmamız davam edəcək.
Qarşı tərəfin münasibətini də yazıya əlavə etməyə hazırıq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1446 Tarix: 22 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnternetin qiyməti artırılır: Bərbad xidmət fonunda bahalaşma nə dərəcədə düzgündür? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda sabit internet tarifləri ilə bağlı yeni dəyişiklik internet istifadəçilərinin xərclərini yenidən gündəmə gətirib. Oktyabrın 1-dən qiyməti 18 manat və ya daha aşağı olan sabit genişzolaqlı internet tariflərinin minimum 25 manata çatdırılması nəzərdə tutulur. Bildirilir ki, dəyişiklik tarifləri
11:27 212 "Bank of Baku"dan ŞİKAYƏT VAR
Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə
16.09.2026 256 Kirpik qaynağı ilə bağlı araşdırma: 25 qadından 24-də gənə aşkarlanıb
Gözəllik məqsədilə geniş istifadə olunan kirpik uzatma proseduru ilə bağlı yeni araşdırma diqqətçəkən nəticələr ortaya qoyub. Alimlər uzun müddət və müntəzəm şəkildə kirpik uzatdıran şəxslərdə göz ətrafında parazitlərin və digər qalıqların toplanması riskinə diqqət çəkiblər. Qaynarinfo xəbər verir ki
16.09.2026 317 Hellouin təhlükə altında: İsti hava bayramın əsas simvolunu məhv edə bilər
Bu il Hellouin üçün yetişdirilən balqabaqlar ənənəvi fənərlər hazırlamaq üçün çox kiçik ola bilər. Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, buna rekord istilik dalğaları və məhsulun inkişafına mənfi təsir göstərən uzunmüddətli quraqlıq səbəb olub. Narıncı balqabaqlar ənənəv
16.09.2026 229 Natiq Cəfərli Azərbaycanda hərbi xidmət sisteminin dəyişdirilməsini təklif etdi
İqtisadçı Natiq Cəfərli Gürcüstanda tətbiq olunan hərbi xidmət sistemi barədə fikirlərini bildirib və Azərbaycanda ordu islahatlarının dərinləşdirilməsinin vacibliyini qeyd edib. -nun xəbərinə görə, Natiq Cəfərli qeyd edib ki, bir neçə il əvvəl Gürcüstanda Türkiyənin iştirakı və məsləhətləri ilə ord
16.09.2026 269 Azadlıq heykəlinin məşəli 110 ildir bağlıdır: 1916-cı ildə nə baş verib?
Hər il milyonlarla turist Nyu-Yorkdakı Azadlıq heykəlini ziyarət edir, lakin onun məşəlinə qalxmağa icazə verilmir. Abidənin ən yüksək müşahidə meydançasına giriş hələ 1916-cı ildə bağlanıb. Bu gün turistlər Azadlıq heykəlinin tacına qədər 162 pillə qalxa bilirlər, lakin məşələ aparan yolu artıq 11
16.09.2026 255 İnvestisiya, istehsal və məşğulluq: Azad iqtisadi zonalar nə vəd edir?
"Azad iqtisadi zonalar müasir iqtisadiyyatda investisiyaların cəlb edilməsi, istehsalın genişləndirilməsi və yeni iş yerlərinin yaradılması baxımından mühüm alətlərdən biri hesab olunur. Bu zonalarda sahibkarlar üçün vergi və gömrük güzəştlərinin, sadələşdirilmiş inzibati prosedurların və digə
12:46 131 Dörd ildən üç ilə: Ali təhsildə yeni model nələri vəd edir?
"Universitetdə dörd il oxumağa alışmış bir nəsil üçün "üç ilə bakalavr" fikri ilk baxışda cəlbedici səslənir. Bir il az təhsil, bir il az xərc, əmək bazarına bir il tez çıxış. Tələbənin hesabı sadədir: diplom cibdə, həyat bir il tez başlayır. Amma ali təhsildə hər şey bu qədər sadə hesablanmır
12:07 153 "Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur" - Yenilənib
"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiy
15:12 0