Qazaxıstan–Azərbaycan əməkdaşlığına güclü təkan verən səfər

Qazaxıstan–Azərbaycan əməkdaşlığına güclü təkan verən səfərİki dost ölkənin liderlərinin – Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin səyləri sayəsində Qazaxıstan və Azərbaycan arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir. Son üç il ərzində Prezident İlham Əliyevin Qazaxıstana yeddi dəfə, Prezident Kasım-Jomart Tokayevin isə Azərbaycana altı dəfə səfər etmələri iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir. Bu intensiv qarşılıqlı səfərlər Azərbaycan və Qazaxıstan arasında siyasi dialoqun davamlı xarakter daşıdığını və liderlər səviyyəsində etimadın möhkəm olduğunu sübut edir.
Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaq dəyərlər iki ölkənin münasibətlərinin əsasını təşkil edir. Bu dəyərlər əsrlər boyu formalaşıb, xalqlarımız arasında qarşılıqlı hörmətin və dostluğun möhkəmlənməsinə xidmət edib. Hazırda Qazaxıstanda iki yüz minə yaxın azərbaycanlı yaşayır və onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində fəal çalışır, Qazaxıstanın ictimai-siyasi həyatında yaxından iştirak edərək iki xalq arasında dostluq və qardaşlıq münasibətlərinin daha da güclənməsinə töhfə verirlər.
Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Bu proses məqsədyönlü dövlət siyasəti, biznes icmalarının nümayəndələri arasında fəal dialoq, qarşılıqlı faydalı və tərəfdaşlıq münasibətlərinin inkişafına ümumi sadiqlik sayəsində mümkündür. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb ki, bu da 2–3 il əvvəllə müqayisədə 2,5 dəfə çoxdur. Nizamnamə kapitalı 300 milyon ABŞ dolları olan Birgə İnvestisiya Fondu yaradılıb.
Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır. Eyni zamanda, investisiya təşviqləri də səmərə verməkdədir. Azərbaycanda Qazaxıstan kapitalı ilə fəaliyyət göstərən korporasiya və kommersiya strukturlarının sayı 250-yə çatıb. Eləcə də, qardaş ölkədə Azərbaycan investorlarının fəallığı müşahidə edilməkdədir. Bu dinamikanın sayəsində Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, qarşı tərəfin ölkəmizə yatırımları 136 milyon dollara çatıb.
Astana Azərbaycan Respublikasının Qarabağ bölgəsinin bərpasına dəstək göstərir. Qazaxıstan Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa edib. Bu Mərkəz mühüm mədəni-maarif müəssisəsinə çevrilib, hazırda orada 100-ə yaxın uşaq təhsil alır.
Son illər Prezident İlham Əliyevin Qazaxıstana müntəzəm xarakter alan səfərləri, eləcə də qardaş ölkənin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri dövlətlərarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir.
Oktyabrın 20-də Qazaxıstana yeddinci səfərini gerçəkləşdirən Azərbaycan Prezidentinin həmkarı Kasım-Jomart Tokayevlə ötən müddətdə apardığı müzakirələr faydalı və səmərəli olmaqla münasibətlərin yeni mərhələyə daxil olmasına əhəmiyyətli təsir göstərib.
Astanadakı görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə "Orta dəhlizin inkişafı" (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı olub. Təqdimat mərasimində qeyd edilib ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulanıb ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.
Daha sonra hər iki dövlət başçısının iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi olub, prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Mətbuata bəyanatında Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, Qazaxıstan inkişaf və modernləşmə yolu ilə inamla irəliləyir. Son illər Prezident Kasım-Jomart Tokayevin həyata keçirdiyi islahatlar, modernləşmə kursu, müasir texnologiyaların, o cümlədən süni intellektin inkişafı Qazaxıstanın inkişaf və modernləşmə yolu ilə inamla irəlilədiyini nümayiş etdirir. Dövlətimizin başçısı Qazaxıstanın beynəlxalq nüfuzu da möhkəmləndiyini xüsusi vurğulayıb.
Prezident İlham Əliyev bildirilib ki, Bakı və Astananın fəal qarşılıqlı fəaliyyəti ciddi geosiyasi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı diqqətə çatdırıb: "Bu gün ölkələrimiz arasında aktiv qarşılıqlı fəaliyyət həm də çox mühüm geosiyasi əhəmiyyətə malikdir. Bu gün yeni nəqliyyat marşrutları açıldıqca, daha geniş Avrasiya regionunda birləşdirici layihələr həyata keçirildikcə, Qafqaz və Mərkəzi Asiya daha sıx əlaqələndikcə və tez-tez vahid coğrafi məkan çərçivəsində fəaliyyət göstərdikcə, bütün bunlar qarşılıqlı fəaliyyətin konkret nəticələr verməsini təmin etmək üçün daimi diqqət və təbii ki, dövlət başçılarının iştirakını tələb edir".
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatında söyləyib ki, Qazaxıstan və Azərbaycan yaxın gələcəkdə ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədir. "Sevindirici haldır ki, ikitərəfli əməkdaşlığın inkişafı üzrə hərtərəfli proqram (Qazaxıstan və Azərbaycan – red.) qrafik üzrə həyata keçirilir. Danışıqlar zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirildi və biz yaxın gələcəkdə ikitərəfli ticarət dövriyyəsini iki dəfə artırmaq və onu 1 milyard dollara çatdırmaq üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəldik", - deyə Qazaxıstan Lideri vurğulayıb.
Hazırda iki ölkə arasında ticarət dövriyyəsi artmaqda davam edir, humanitar əməkdaşlıq da genişlənir. Buna görə də Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri dövlətlərimiz arasında sosial-iqtisadi əməkdaşlığın daha da inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Əminik ki, bu səfər sənaye kooperasiyasının inkişafına, birgə infrastruktur layihələrinin reallaşdırılmasına və Avropa ilə Asiyanı Azərbaycan üzərindən birləşdirən nəqliyyat dəhlizinin təşviqinə güclü təkan verəcək. Qazaxıstan ictimaiyyəti bu səfəri səmimiyyətlə qarşılayır. Əminik ki, birgə inkişaf və ortaq gələcək üçün ölkələrimizin böyük potensialı mövcuddur.

Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 880   Tarix: 21 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

15.11.2026 211
.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

15.11.2026 169
.

Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu

Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:

15.11.2026 170
.

Tokayev rüşvətxor məmurlardan danışdı: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərlərinin saxlanılmasını genişmiqyaslı rüşvətxorluğun göstəricisi kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. Təhlükəsizlik Şurasının operativ iclasınd

15.11.2026 202
.

Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi

15.11.2026 187
.

"Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı

ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu

15.11.2026 172
.

Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini

15.11.2026 187
.

Qazaxıstanda yeni kəpənək növü aşkar edilib

Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi

15.11.2026 205
.

Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi

"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın

15.11.2026 201
.