Bibliyadakı Sodom və Qomorra şəhərləri hardadır? - Arxeoloqlardan yeni iddia

Bibliyadakı Sodom və Qomorra şəhərləri hardadır? - Arxeoloqlardan yeni iddiaİordaniyada, Ölü dənizin sahilində aparılan qazıntılar nəticəsində Bibliyada "günah şəhərləri" kimi tanınan yaşayış məntəqələrinin gerçəkdən mövcud olduğu və onların müəyyən yerlərdə yerləşdiyi sübut olunub.

Qaynarinfo xəbər verir ki, "Daily Mail" nəşrinin məlumatına görə, tapıntılar arasında Sodomun Bəb-əd-Dra, Qomorranın isə Numer şəhərlərində yerləşdiyi müəyyən edilib. Hər iki yaşayış məntəqəsi Erkən Tunc dövründə məskunlaşıb, lakin sonradan yanğın nəticəsində məhv olaraq tamamilə tərk edilib.

Adma və Tsevoim şəhərlərinin Fifa və Xanazir bölgələri ilə əlaqəli olduğu da müəyyənləşdirilib, lakin onların dəqiq identifikasiyası üçün əlavə qazıntılar tələb olunur.

Buna qarşılıq, müasir Səfi şəhərinə yaxın yerləşən Siqor (Zoar) Tunc dövründən Bizans dövrünə qədər fasiləsiz məskunlaşma ilə seçilir. Burada aparılan qazıntılar zamanı kilsələr, qəbir daşları, insan qalıqları və qədim bir peyğəmbərin dua etdiyi, şəhərin xilas olunmasını istədiyi mağara aşkar edilib.

Arxeoloq Taytus Kennedinin sözlərinə görə, Siqorda aşkar edilən tapıntılar Bibliya rəvayətlərinə reallıq qazandırır və bəzi şəhərlərin məhvi ilə bağlı hadisələri tarixi kontekstdə izah etməyə kömək edir.

Beş şəhərin hamısı qədim çay yataqları boyunca, şimaldan cənuba uzanan təpə silsiləsi üzərində yerləşir ki, bu da Bibliya təsvirlərinə tam uyğun gəlir.

"Eyni coğrafi ərazidə bir-birinə bənzər beş şəhərin eyni hadisələri yaşaması onları Bibliyada qeyd olunan düzənlik şəhərləri ilə eyniləşdirmək üçün çox inandırıcı əsas yaradır", deyə Kennedi bildirib.

Qədim Əhdi-Cədiddə (Əhdi-Ətiqdə) bu şəhərlərin zalımlıq, korrupsiya və mənəvi tənəzzül kimi günahlara görə Tanrının oddan ibarət cəzası ilə məhv edildiyi qeyd olunur. Sodom və Qomorra "günahlarının ağırlığı və sədalarının çoxluğu" səbəbilə Tanrı tərəfindən həlak edilmişdi. Peyğəmbər Lot və ailəsi isə salehliklərinə görə xilas olmuş, Siqor şəhəri onlara sığınacaq vermişdi.

Bəb-əd-Dra şəhərindəki qəbiristanlıqlarda tapılan yanmış məzarlar, "Göydən od yağması"na dair Bibliya təsvirini təsdiqləyir. Kennedinin dediyinə görə, qazıntılar zamanı məzarların yuxarı hissədən yandığı aşkarlanıb ki, bu da yuxarıdan gələn yanğının nəticəsini göstərir.

Qomorra ilə eyniləşdirilən Numer şəhərində isə insan qalıqları dağılmış bir qüllənin altında tapılıb, bu da qəfil fəlakətin baş verdiyini göstərir.

Hər iki şəhər coğrafi baxımdan Siqorla üst-üstə düşür və təpə silsiləsi boyunca, şimaldan cənuba uzanan qədim düzənlik yaxınlığında yerləşir ki, bu da Bibliya hekayəsinə uyğundur.

Radiokarbon tədqiqatları bəzi dağıntıların daha erkən tarixdə baş verdiyini göstərsə də, keramika və digər arxeoloji materiallar Bibliya xronologiyasına uyğun gəlir. Bu da Bəb-əd-Dra və Numer şəhərlərinin çox güman ki, Sodom və Qomorra olduğunu təsdiqləyir.

Fifa və Xanazir bölgələrində aparılan qazıntılar da oxşar yanğın və dağıntı izlərini ortaya çıxarıb ki, bu da Bibliyada Adma və Tsevoim şəhərlərinin məhvi barədə məlumatlarla üst-üstə düşür.

Kennedi bildirib: "Bu ərazilər daha dərindən və rəsmi şəkildə qazılmalıdır ki, daha dəqiq nəticələr əldə olunsun".

Sodom və Qomorra kimi bu şəhərlər də dağıntılardan sonra tərk edilib və bu, Bibliyada təsvir olunan ilahi cəza konsepsiyasına tam uyğun gəlir.

Müasir Səfi yaxınlığında yerləşən Zoar isə yeganə xilas olan şəhər kimi tanınır və Bibliyada Lotun sığındığı yer kimi qeyd edilir. Son 30 ildə aparılan qazıntılar burada iki böyük Bizans kilsəsini, Roma dövrünə aid qaleni, nabatey yaşayış məntəqəsini və tunc dövrünə aid keramika nümunələrini üzə çıxarıb.

Kennedinin sözlərinə görə, əsas tapıntı Lot mağarasının aşkarlanması olub. Mağarada erkən və orta tunc dövrünə aid keramika, eləcə də Lotla əlaqələndirilən yazıları olan Bizans dövrü kilsə qalıqları tapılıb.

Tarixi mənbələr – o cümlədən VI əsrə aid Madaba xəritəsi və I əsr tarixçisi İosif Flaviyin qeydləri – Siqorun yerləşdiyi yeri təsdiqləyir. 369-cu ilə aid Opsis adlı yepiskopun məzar daşı və xristian ziyarətçilərin (məsələn, Egeriyanın) qeydləri də Siqorun tarixi əhəmiyyətini bir daha sübut edir.

Kennedi yekun olaraq qeyd edib: "Bu səbəbdən Zoar çox vacibdir. Çünki biz onun yerini bu gün də dəqiq bilirik. Tarix boyu heç vaxt itirilməyib".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 951   Tarix: 21 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

15.11.2026 211
.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

15.11.2026 169
.

Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu

Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:

15.11.2026 170
.

Tokayev rüşvətxor məmurlardan danışdı: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərlərinin saxlanılmasını genişmiqyaslı rüşvətxorluğun göstəricisi kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. Təhlükəsizlik Şurasının operativ iclasınd

15.11.2026 202
.

Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi

15.11.2026 187
.

"Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı

ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu

15.11.2026 172
.

Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini

15.11.2026 187
.

Qazaxıstanda yeni kəpənək növü aşkar edilib

Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi

15.11.2026 205
.

Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi

"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın

15.11.2026 201
.