Ödənilməmiş maska cərimələrindən sərhəddə problem yaranar

Ödənilməmiş maska cərimələrindən sərhəddə problem yaranarBir neçə şəxsin koronavirus dövründə təhlükəsizlik qaydalarına riayət etmədikləri üçün yazılmış cərimələri ödəmədiyi məlum olub.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi normativ hüquqi aktlarla bağlıdır. Həmin maddənin 7-ci bəndində deyilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir:

"Məhz bu normanı rəhbər tutmaqla vətəndaşlar, açıq havada maska taxmamağa görə yazılmış protokol əsasında qəbul edilmiş qərarla bağlı, cərimənin yazıldığı yer üzrə məhkəməyə müraciət edərək cərimənin silinməsini xahiş edə bilərlər.

Həmçinin, İnzibati Xətalar Məcəlləsinin 11-ci maddəsinə görə, inzibati xətalar üzrə qərarların qəbul və icrası həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun həyata keçirilir. Yəni inzibati xətalarla bağlı icraat başlanılıbsa, həmin vaxt məsuliyyət qüvvədə olmalıdır.

İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi mövcuddur. Həmin aktlar qüvvəyə mindiyi vaxtadək törədilmiş və inzibati tənbeh tətbiq edilməmiş xətalara da şamil edilir.

Əgər inzibati xəta və ya hüquqazidd əməl sonradan ləğv olunubsa və cəza icra olunmayıbsa, bu vətəndaşın hüquqi vəziyyətini yaxşılaşdıran hal kimi tətbiq oluna bilər.

Beləliklə, açıq havada maska taxmamağa görə cərimələr ləğv edildiyindən, vətəndaşlar icra olunmamış cərimələrin silinməsi üçün məhkəməyə müraciət edə bilərlər.

Lakin vətəndaş məhkəməyə müraciət etməyibsə və məhkəmənin qərarı onun xeyrinə yoxdursa, cəriməni ödəməli olacaq. Ödəniş edilməzsə, ölkəni tərk edərkən sərhəddə və digər rəsmi hallarda problem yarana bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1079   Tarix: 21 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

15.11.2026 211
.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

15.11.2026 169
.

Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu

Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:

15.11.2026 170
.

Tokayev rüşvətxor məmurlardan danışdı: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərlərinin saxlanılmasını genişmiqyaslı rüşvətxorluğun göstəricisi kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. Təhlükəsizlik Şurasının operativ iclasınd

15.11.2026 202
.

Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi

15.11.2026 187
.

"Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı

ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu

15.11.2026 172
.

Yaxın Şərqdə münaqişə başlayandan bəri Hörmüz bölgəsində azı 25 dənizçi ölüb

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb. "Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarini

15.11.2026 187
.

Qazaxıstanda yeni kəpənək növü aşkar edilib

Şərqi Qazaxıstandakı Arkalık dağlarında elmə əvvəllər məlum olmayan gecə kəpənəyi növü aşkar edilib. "Report" xəbər verir ki, bu barədə Şimali Qazaxıstan Universitetinə istinadən ölkənin mediası məlumat yayıb. Kəpənəyə tanınmış Qazaxıstan tarixçisi, akademik və tədqiqatçı Manaş Kozıbayevi

15.11.2026 205
.

Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi

"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın

15.11.2026 201
.