Ramiz Mehdiyevin cinayət işi üzrə - Yeni detallar məlum oldu

Ramiz Mehdiyevin cinayət işi üzrə - Yeni detallar məlum olduÖtən həftə dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və çirkli pulların yuyulması kimi xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyev vəkilləri vasitəsilə aktiv hərəkətə keçib.

"Qafqazinfo"nun məlumatına görə, müdafiəçilər Mehdiyev barəsində hələ ev dustaqlığı qətimkan tədbiri seçilməzdən əvvəl qəbul edilmiş bir sıra qərarlardan apellyasiya şikayəti veriblər.

Bu məqsədlə onlar Dövlət Təhlükəsizliyi Xidmətindəki (DTX) cinayət işinin materialları ilə, DTX-nin vəsatəti əsasında Səbail Rayon Məhkəməsi tərəfindən çıxarılmış qərarlarla tanış olublar.

Həmin sənədlər arasında Ramiz Mehdiyevin ətrafında kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinin 13 avqust 2025-ci il tarixli qərarı da var.

Bu qərarın "boz kardinal"ın ifşa olunmasında xüsusi rol oynadığı hesab olunur. Belə ki, rabitə kanalları ilə ötürülən məlumatların ələ keçirilməsi, "Şərq-Qərb" nəşriyyatı və daha sonra digər ünvanlarda aparılan axtarış tədbirləri məhz bu qərar əsasında həyata keçirilib.

Görünür ki, Ramiz Mehdiyev vəkillərinə bu istiqamətdə xüsusi göstəriş verib və müdafiəsinin qurulması üçün mümkün hüquqi addımların atılmasını tapşırıb.

Qeyd edək ki, 87 yaşlı Ramiz Mehdiyev hazırda ev dustaqlığı şəraitində saxlanılır. Ona qarşı irəli sürülən ittihamlar ölkə gündəmini zəbt edib. Cinayət prosesində iştirak edən R.Mehdiyev və ailəsi mahiyyəti yayılmış ittihamı təsdiq və ya təkzib edən hər hansı açıqlama verməyib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 870   Tarix: 21 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bayram günlərində 31 nəfər zəhərlənib

Bayram günləri ilə əlaqədar 20-30 mart tarixlərində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 31 müraciət daxil olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə KTM məlumat yayıb. Bildirilib ki, müraciət edənlərdən 12-si dərman, 1-i siçan dərmanı (rodensit), 1-i də

17:51 0
.

Azərbaycanda xarici media orqanlarının fəaliyyətinə dair yeni tələb müəyyənləşib

Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri dövlət qeydiyyatına alınması barədə üç iş günü müddətində Medianın İnkişafı Agentliyinə məlumat verməlidir. "Report" xəbər verir ki, Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, bununla bağlı "Hüquqi şəxsləri

15:38 158
.

İranın raket istehsalında önəmli rolu olan general öldürüldü

İranda daha bir əsas fiqur öldürülüb. "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, İranın raket layihəsinin irəliləməsində əsas rol oynayan Cəmşid Eşaqi ailəsi ilə birlikdə öldürülüb

19:00 1
.

Prezident 31 Mart Soyqırımı Günü ilə bağlı paylaşım etdi - Foto

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edilib. Axşam.az paylaşımı təqdim edir:

10:58 188
.

31 Mart soyqırımından 108 il ötür

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımdan 108 il ötür. Axşam.az xəbər verir ki, 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən, çox sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib

10:04 190
.

Hollan çox nadir "Mercedes" aldı - dünyada cəmi 150-si var

Erlinq Halan lüks avtomobillərin qiymətini bilir. -ın xarici mediaya istinadən xəbərinə görə, "Mançester Siti"nin hücumçusunun kolleksiyasına 350.00 funt sterlinq dəyərində Aston Martin DBX 707, 300.00 funt sterlinq dəyərində Rolls-Royce Cullinan və Porsche 911 GT3 daxildir. Məlumata görə

19:30 1
.

ABŞ-İran Gərginliyi Fonunda Neft Bahalaşır: Azərbaycan üçün Maaş və Pensiya Artımı Gözlənilirmi? - İQTİSADÇIDAN AÇIQLAMA

ABŞ-İran gərginliyinin artması və mümkün hərbi toqquşma ehtimalları qlobal enerji bazarlarında ciddi dalğalanmalara səbəb olub. Xüsusilə Brent nefti qiymətlərinin 125 dollar həddini aşması neft ixrac edən ölkələr üçün gözlənilməz maliyyə üstünlüyü yaradıb. Bu artım fonunda Azərbaycan kimi enerji gəlirlərində

11:30 261
.

Bakının qəsəbələrində yağış fəsadlarının aradan qaldırılması davam etdirilir

Bakıda və qəsəbələrdə bir neçə gün ərzində yağan aramsız yağışlar nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilmişdir, bir çox yerlərdə yığılan sular artıq təmizlənsədə bəzi ərazilərdə bu iş davam etdirilir. Mövcud vəziyyətlə bağlı sakinlər tərəfindən rayon icra hakimiyyətlərinə müraciətlə

17:33 70
.

500 Manatlıq Maaşla Qurulan Ailə: Məcburiyyət, yoxsa Faciənin Başlanğıcı? - PSİXOLOQDAN AÇIQLAMA

Azərbaycanda ailə qurmaq hələ də bir çox hallarda şəxsi seçimdən çox, sosial və ailə təzyiqinin nəticəsi kimi formalaşır. Xüsusilə gənclərin maddi imkanları yetərli olmadığı halda, sırf valideynlərin istəyi ilə evləndirilməsi cəmiyyətin ən həssas problemlərindən birinə çevrilib. 500-600 manat maaş ala

12:29 315
.

TOP MP3