"İnsanların çoxu yoxsullaşacaq": Süni intellektin xaç atasından kütləvi işsizlik XƏBƏRDARLIĞI

"İnsanların çoxu yoxsullaşacaq": Süni intellektin xaç atasından kütləvi işsizlik XƏBƏRDARLIĞISüni intellekt sahəsinin banilərindən sayılan alim və fizik Ceffri Xinton texnoloji inkişafın qlobal əmək bazarına təsiri barədə narahatedici açıqlama verib. Onun sözlərinə görə, süni intellektin geniş tətbiqi nəticəsində çox az sayda insanın sərvəti sürətlə artacaq, əksəriyyət isə daha da yoxsullaşacaq.

Lent.az xəbər verir ki, onun sözlərinə görə, bu, süni intellektin günahı deyil. Kapitalist sistemi elə qurulub ki, iri korporasiyalar texnologiyadan maksimum fayda götürür, nəticədə gəlir bir neçə şəxsin əlində cəmlənir.

Xinton hesab edir ki, iri şirkətlərin süni intellektdən istifadəsi kütləvi işsizliyə səbəb olacaq, xüsusilə ofis və inzibati sahələrdə çalışanların yerləri tam avtomatlaşdırıla bilər. Bu proqnozları beynəlxalq hesabatlar da təsdiqləyir: Beynəlxalq Əmək Təşkilatının açıqlamasına əsasən, məhz kargüzarlıq işləri generativ süni intellekt qarşısında ən həssas sahədir.

Alim həmçinin universal baza gəliri ideyasını da dəstəkləmir. Onun fikrincə, insanların yalnız gəlirlə təmin edilməsi problemi həll etmir, çünki işsiz qalan insan dəyər və ləyaqət hissini itirə bilər.

Ceffri Xinton yaxın 5–20 il ərzində superintellektin yaranacağını ehtimal edir və bunun bəşəriyyət üçün ya böyük üstünlüklər, ya da fəlakətli nəticələr gətirə biləcəyini vurğulayır. "Google"dan ayrıldıqdan sonra o, süni intellektin inkişafı ilə bağlı narahatlıqlarını açıq şəkildə ifadə etməyə başlayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 827   Tarix: 20 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda evli kişi özündən 13 yaş kiçik qızı qaçırdı

Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə

12:48 164
.

Hellouin təhlükə altında: İsti hava bayramın əsas simvolunu məhv edə bilər

Bu il Hellouin üçün yetişdirilən balqabaqlar ənənəvi fənərlər hazırlamaq üçün çox kiçik ola bilər. Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, buna rekord istilik dalğaları və məhsulun inkişafına mənfi təsir göstərən uzunmüddətli quraqlıq səbəb olub. Narıncı balqabaqlar ənənəv

16.09.2026 227
.

Cahangir Əsgərovun qızı Nyu-Yorkda 7,5 milyonluq əmlak alıb

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun qızı Məlahət (Mila) Əsgərova bu il iyunun 30-da Nyu-Yorkda 7,5 milyon dollara əmlak alıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında məlumat paylaşıb. Onun sözlərinə görə, söhbət Manhettenin Çelsi rayonundak

12:06 179
.

ABŞ-dan Səudiyyə Ərəbistanına Husilərlə mübarizədə dəstək gözlənilir

ABŞ-ın Yəməndə şiə hərəkatı "Ənsar Allah"a (Husilər) qarşı mübarizədə Səudiyyə Ərəbistanını və onun Yəməndəki müttəfiqlərini dəstəkləyəcəyi ehtimal olunur. xəbər verir ki, bu barədə Rusiya Beynəlxalq İşlər Şurasının proqram meneceri və "Yaxın Şərq Kaleidoscope" Telegram kanalını

11:56 124
.

Xankəndi, Xocalı, Xocəvənd və Ağdərə inkişafının yeni dövrünə qədəm qoyur

2024-cü il sentyabrın 19-da Azərbaycan-Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərində

10:15 134
.

"Leobank" kütləvi şikayət atəşinə tutuldu

Rəqəmsal bankçılıq xidməti olan "Leobank"ın tətbiqində və daxili əməliyyat sistemində kütləvi texniki nasazlıq yaranıb. "Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə bankın fəaliyyətindən narazı olan yüzlərlə müştəri şikayət paylaşmağa başlayıb. İstifadəçilərin sözlərinə görə, bi

16.09.2026 300
.

Paşinyan Rusiya hərbi bazası ilə bağlı açıqlama verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsini heç vaxt gündəmə gətirmədiyini bildirib. xəbər verir ki, onun sözlərini "Sputnik Armenia" Telegram kanalı yayıb. "Baş nazir 2018-ci ildən etibarən Rusiya Prezidenti Vladimir Putinlə əlaqə saxladığın

11:27 135
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

10:23 151
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

10:21 153
.