Səfir: Somali və Azərbaycan vətəndaşları viza almaq məcburiyyətində qalmayacaqlar

Səfir: Somali və Azərbaycan vətəndaşları viza almaq məcburiyyətində qalmayacaqlarYaxın bir ildə Somali və Azərbaycan vətəndaşları qarşılıqlı səfər zamanı viza almaq məcburiyyətində qalmayacaqlar.

"Report"un Türkiyə bürosuna Somalinin Azərbaycandakı qeyri-rezident səfiri Fathudin Ali Mohamed (iqamətgahı Ankarada yerləşir - red.) bunu bildirib.

O deyib ki, Azərbaycan və Somali diplomatik pasport sahibləri üçün vizasız rejim tətbiq etmək barədə razılığa gəlib və artıq hər iki ölkədən olan diplomatlar qarşılıqlı səyahət edə bilərlər: "Növbəti belə bir razılaşma bir neçə aydan sonra xidməti pasport sahibləri üçün əldə ediləcək. 2026-cı il ərzində isə ümumi pasport sahibləri də bu yenilikdən faydalana biləcəklər".

Türkiyə ilə Somali arasında enerji müqaviləsinin mövcud olduğunu xatırladan səfir gələn ilin əvvəlində bu iki ölkə arasında aparılan əməkdaşlıqda Azərbaycanın da iştirak edəcəyini qeyd edib: "Azərbaycan Somalidə Türkiyə ilə birlikdə neft qazma işlərində iştirak edəcək".

Təhsil sahəsində də ölkəmizlə əməkdaşlığın davam etdiyini qeyd edən səfir Somali hökuməti vasitəsilə Bakıda 20 somalili tələbənin Azərbaycan dövlət təqaüdü ilə müxtəlif universitetlərdə təhsil aldığını vurğulayıb: "Yaxın gələcəkdə isə Azərbaycan və Somalinin təhsil nazirlikləri arasında imzalanan müqaviləyə görə müəllim və professorlarımız arasında da mübadilə olacaq və qarşılıqlı seminarlar veriləcək".

Qeyd edək ki, oktyabrın 15-16-da Uqandanın paytaxtı Kampala şəhərində Qoşulmama Hərəkatının (QH) 19-cu Nazirlər İclası çərçivəsində keçirilən ikitərəfli görüşlər zamanı Azərbaycan və Uqanda hökumətləri arasında diplomatik və xidməti pasport sahibləri, həmçinin Azərbaycan və Somali hökumətləri arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında sazişlər imzalanıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 538   Tarix: 19 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Fars körfəzində gərginlik: İran raket zərbəsi endirdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində İsrailə məxsus olduğu bildirilən "Express Halfong" konteyner gəmisinə raket zərbəsi endirdiyini açıqlayıb. " xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb. Bəyanatda qeyd olunur: "SEPAH Fars körfəzind

11:40 226
.

"Çek çap edib satırdılar" - Nazirliyə qarşı fırıldaq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Maliyyə Nazirliyinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Əzimov Elnur, Adgözəlov Emin və Qarayev Nazimin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xəbər verir ki, proses təqsirləndirilən şəxs Elnur Əzimovun ifadəsi il

18:45 218
.

Azərbaycanda "İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası" dəyişib

Nazirlər Kabineti 1 may 200-ci il tarixli qərarı ilə təsdiq edilmiş "İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası"nda dəyişiklik edib. "Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra elektron hərracların və ya dəyər

15:21 279
.

Kişi çatışmazlığı yaşanan ölkə qadınlarından türklərə ÇAĞIRIŞ

Litvalı qadınlar 40 yaşdan yuxarı türk kişilərə müraciət ediblər: "Burada kişi tapmaq çox çətindir, Litva sizin üçün mükəmməl yerdir. Biz yetkin kişiləri sevirik və Avropanın ən gözəl qızlarına sahibik". -ın xarici mediaya istinadən xəbərinə görə, bəzi Litvalı qadınların 40 yaş və yuxarı tür

18:30 302
.

"Konsert məni qocaldır"

"Konsert məni qocaldır. Bunu başa düşdüm. Ona görə də Kənana (prodüseri Kənan Bayramov - red.) dedim ki, bir gün oxumaq istəyirəm. Bu il doğrudan yoruldum. Enerjim gedir, tükənir. Bu il ağır oldu mənə". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Qonaqcanlı" verilişin

12:37 333
.

Aynur Dadaşovanın evində toy olacaq

Müğənni Aynur Dadaşovanın evində toy olacaq. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" proqramında danışıb. O bildirib ki, bacısı qızının xeyir işinə hazırlaşırlar:. "Bacımın bir övladı var, ona analıq edirəm. Allah hamının balasını xoşbəxt etsin. Biz qudamızla bacıyıq. Ə

14:18 467
.

İranın raket istehsalında önəmli rolu olan general öldürüldü

İranda daha bir əsas fiqur öldürülüb. "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, İranın raket layihəsinin irəliləməsində əsas rol oynayan Cəmşid Eşaqi ailəsi ilə birlikdə öldürülüb

19:00 193
.

Ağcabədidə qanunazid toy: Bələdiyyə sədrinin bacısı uşaqları evləndilər

Azərbaycanda qohum evliliyi hadisəsi baş verib. "Unikal"a istinadən xəbər verir ki, Ağcabədi rayonu Avşar kəndində iki bacının övladları (xalaoğlu-xalaqızı) evlənib. Vəfa və Səadət adlı bacıların övladlarının toy mərasimi mart ayının 27-də olub. Məlumata görə, evlənən cütlük Ağcabədi rayonu

14:54 378
.

Bazarlarda Təhlükə: Texniki Kartof Qida Kimi Satılır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son dövrlərdə bazarlarda satılan kartofun keyfiyyəti ilə bağlı narahatlıqlar artmaqdadır. Xüsusilə "texniki kartof" adı ilə tanınan, əsasən sənaye məqsədləri üçün nəzərdə tutulan məhsulların qida üçün yararlı kartof kimi satışa çıxarılması istehlakçıların sağlamlığı baxımından ciddi sualla

12:53 333
.

TOP MP3