Səfir: Ukrayna üçün Azərbaycanın Qarabağ münaqişəsinin həllindəki təcrübəsi dəyərlidir

Səfir: Ukrayna üçün Azərbaycanın Qarabağ münaqişəsinin həllindəki təcrübəsi dəyərlidirBu gün Azərbaycan regional liderliyini fəal şəkildə möhkəmləndirir, strateji tərəfdaşlarla hərtərəfli əməkdaşlığı genişləndirir.

"Report" xəbər verir ki, bunu Ukraynanın Bakıdakı səfiri Yuri Qusev deyib.

Diplomat vurğulayıb ki, oktyabrın 18-də Azərbaycan Müstəqilliyinin Bərpası Gününün 34-cü ildönümünü qeyd edir: "Bu gün Azərbaycan nəinki beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tam bərpa edib, həm də regional liderliyini fəal şəkildə möhkəmləndirir, strateji tərəfdaşlarla siyasi, iqtisadi, enerji və müdafiə sahələrində əməkdaşlığı genişləndirir. Ukrayna Azərbaycanı bu əlamətdar tarix münasibətilə səmimi qəlbdən təbrik edir və ərazi bütövlüyü və dövlət suverenliyi məsələlərində göstərdiyi yardım və ardıcıl dəstəyə görə təşəkkürünü bildirir".

Onun fikrincə, bu gün Ukrayna ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq regionda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinin mühüm amilidir.

"Hər iki ölkəni öz suverenliyini və ərazi bütövlüyünü qorumaq istəyi, həmçinin təhlükəsizlik, enerji, iqtisadiyyat və diplomatiya sahələrində uzunmüddətli inkişaf üçün etibarlı zəmin yaradan fəal əməkdaşlıq birləşdirir. Azərbaycan da Ukrayna kimi dövlət müstəqilliyinin təmin edilməsi və istənilən sülh prosesinin uğuru üçün beynəlxalq dəstəyin həlledici əhəmiyyətini çox yaxşı anlayır", - səfir vurğulayıb.

Diplomat qeyd edib ki, bu gün Rusiya təcavüzü ilə üzləşmiş Ukrayna üçün Azərbaycanın Qarabağ münaqişəsinin həllindəki təcrübəsi xüsusilə dəyərlidir.

"Qarabağ təcrübəsini təhlil edərkən görmək olar ki, hətta uzunmüddətli və dağıdıcı münaqişələrdən sonra belə sülh siyasi iradə, beynəlxalq dəstək və strateji səviyyədə fəaliyyətlərin əlaqələndirilməsi olduqda mümkündür. Bunun mühüm nümunəsi bu il Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın dəstəyi və birbaşa iştirakı ilə sülh bəyannaməsini imzalamasıdır. Regionda təhlükəsizlik vəziyyətini dəyişdirən bu tarixi hadisə beynəlxalq vasitəçilik və liderlərin qətiyyətinin böhran vəziyyətlərini sülh və inkişaf üçün real imkanlara çevirə biləcəyini vurğulayır", - o qeyd edib.

Yuri Qusev hesab edir ki, ədalətli sülh sadəcə müharibənin olmaması deyil, beynəlxalq hüququn gücünün hərtərəfli bərpası və etibarlı və uzunmüddətli təhlükəsizlik zəmanətlərinin yaradılmasıdır.

"Bu kontekstdə Ukraynanın Azərbaycanla tərəfdaşlığı xüsusi əhəmiyyət kəsb edir: regional təhlükəsizlik, enerji və iqtisadi inkişaf sahəsində birgə səylər gələcəkdə hər iki ölkənin sabitliyi və rifahı üçün möhkəm zəmin yaradır", - Ukrayna səfiri əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 634   Tarix: 18 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"

"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları

15.11.2026 152
.

Qara dənizdə yük gəmisinə PUA hücumu olub

Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı

15.11.2026 211
.

Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil

Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər

15.11.2026 183
.

Ukraynalı milyarderin Parisdəki əmlakı müsadirə edilib

Ukraynalı milyarder Konstantin Jevaqonun Fransanın Paris şəhərindəki 40 milyon dollarlıq malikanəsinə həbs qoyulub. Bu, Ukrayna Baş Prokurorluğunun tələbi ilə həyata keçirilib. RBK-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın nəzarət orqanları tərəfindən "Telegram" hesabında açıqlama verilib

15.11.2026 176
.

Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər

Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların

15.11.2026 204
.

Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi

"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın

15.11.2026 201
.

Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub

Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb

15.11.2026 191
.

Koşta: Aİ Ukrayna üzrə danışıqlarda iştirak etmək üçün vahid komanda formalaşdırıb

Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Aİ institutları və "İstəklilər koalisiyası"na daxil olan E5 ölkələri tərəfindən təmsil olunacaq. "Report"un Avropa bürosu xəbər verir ki, bunu Aİ Şurasının sədri Antonio Koşta yekun mətbuat konfransınd

15.11.2026 195
.

Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək

"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i

15.11.2026 182
.