Mehriban Əliyeva səfirliyin inzibati ofisinin açılışında - Fotolar
Bu gün Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışı olub.
"Qafqazinfo" xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin tədbirdə iştirak ediblər.
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov səfirliyinin inzibati ofisi barədə məlumat verib. Bildirilib ki, səfirliyin inzibati ofisi Müqəddəs Pyotr Bazilikasına aparan əsas küçə olan Via Conciliazioneda, Vatikanın Apostol Sarayına çox yaxın bir ərazidə yerləşir. Burada Vatikana məxsus rəsmi qurumlar, eləcə də Müqəddəs Taxt-Tacda akkreditə olunmuş bir neçə səfirliyin inzibati ofisləri də yerləşir.
Diqqətə çatdırılıb ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər son illərdə qarşılıqlı maraqlar, hörmət və səmərəli əməkdaşlıq ruhunda yüksələn xəttlə inkişaf edir, bu işbirliyi getdikcə daha da dərinləşir və şaxələndirilir.
Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Vatikanın dövlət katibi kardinal Pietro Parolin çay süfrəsi arxasında ikitərəfli münasibətlərə və beynəlxalq gündəliyə aid məsələlər, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Müqəddəs Taxt-Tacın dünyada bir milyarddan çox katolik üçün mənəvi və ideoloji mərkəz olduğunu nəzərə alsaq, Azərbaycanın buradakı diplomatik nümayəndəliyinin fəaliyyəti ölkəmizin həqiqətlərini dünya birliyinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycanın Müqəddəs Taxt-Tac yanında səfirliyinin rəsmi təsis edilməsi haqqında Qanunu imzalayıb. 2022-ci ildə İlqar Muxtarov ölkəmizin Müqəddəs Taxt-Tacda ilk rezident səfiri təyin olunub.















BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 579 Tarix: 18 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTrampın reytinqi xeyli aşağı düşüb - Yeni nəticə açıqlandı
ABŞ Prezidenti Donald Trampın reytinqi son dövrlərdə ciddi şəkildə aşağı düşüb. Xüsusilə onun İrana yönəlik siyasətinə ictimai dəstəyin zəiflədiyi müşahidə olunur. "The Hill" qəzetinin Massaçusets Universiteti tərəfindən keçirilən sorğuya istinadən yaydığı məlumata görə, respondentlərin cəm
21:30 65 Bazarlarda Təhlükə: Texniki Kartof Qida Kimi Satılır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Son dövrlərdə bazarlarda satılan kartofun keyfiyyəti ilə bağlı narahatlıqlar artmaqdadır. Xüsusilə "texniki kartof" adı ilə tanınan, əsasən sənaye məqsədləri üçün nəzərdə tutulan məhsulların qida üçün yararlı kartof kimi satışa çıxarılması istehlakçıların sağlamlığı baxımından ciddi sualla
12:53 333 Qızılın SON qiyməti
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 44,9 dollar artaraq 4 602,4 dollar təşkil edib. Bizim.Media xəbər verir ki, gümüş isə 1,93 dollar artaraq 72,5 dollara bərabər olub
21:00 107 Heqset: Yaxın günlər həlledici olacaq və İran bunu bilir
Yaxın günlər İranla hərbi münaqişədə həlledici olacaq. "Report"un məlumatına görə, bunu ABŞ-nin müharibə naziri Pit Heqset jurnalistlər üçün brifinqdə bildirib. "Biz öz şərtlərimizi müəyyən etdik. Yaxın günlər həlledici olacaq. İran bunu bilir", - o bəyan edib. Xatırladaq ki, AB
21:45 32 Bu seriallar axşam yayımlanmayacaq
Bu gün "Kıskanmak" və "A.B.İ" serialları yayımlanmayacaq. Axşam.az xəbər verir ki, buna səbəb eyni saatlarda Türkiyə-Kosova matçının yayımlanması olacaq. Buna görə də "NOW" və Türtkiyənin "ATV" kanalı seriallarının yeni bölümünü yayımlamamaq qərarı alıb
17:27 352 Hollan çox nadir "Mercedes" aldı - dünyada cəmi 150-si var
Erlinq Halan lüks avtomobillərin qiymətini bilir. -ın xarici mediaya istinadən xəbərinə görə, "Mançester Siti"nin hücumçusunun kolleksiyasına 350.00 funt sterlinq dəyərində Aston Martin DBX 707, 300.00 funt sterlinq dəyərində Rolls-Royce Cullinan və Porsche 911 GT3 daxildir. Məlumata görə
19:30 181 Mayda da 2 bayramı bir gündə qeyd edəcəyik - 14 gün iş olmayacaq
Martda olduğu kimi, mayda da Azərbaycanda qeyri-iş günlərinin sayı çoxdur. "Qafqazinfo" 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür. Belə ki, 9 May - Faşiz
16:23 441 İranda daha bir general ÖLDÜRÜLDÜ
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ və İsrailin endirdiyi zərbə nəticəsində İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin müşaviri, general-leytenant Camşid Eshaqinin öldüyünü açıqlayıb. Bizim.Media xəbər verir ki, bu barədə SEPAH komandiri general-mayor Əhməd Vahidi bəyanat verib. Məluma
22:00 1 Avropa Birliyinin yüksək vəzifəli diplomatları Buça qırğınını anmaq üçün Ukraynaya gəliblər
Avropa Birliyinin baş diplomatı Kaya Kallas və bir neçə Aİ xarici işlər naziri Buça qırğınının dördüncü ildönümünü qeyd etmək və blok daxilində AB yardımı ilə bağlı gərginlik fonunda Ukraynaya dəstəklərini bildirmək üçün Kiyevə gəliblər. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Ukraynanın xarici işlə
14:25 263