Moped və velosipet sürücüləri üçün yeni qaydalar hazırlanır
"Sürücülük hüququ əldə etmək üçün yaş həddi 14 yaşdan yuxarı müəyyən edilib. Yeniyetmələr moped idarə etmək üçün də sürücülük vəsiqəsi ala bilərlər. Əsas odur ki, müraciət edən şəxslərdə öyrənməyə istək olsun".
Bunu BiG.AZ-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib.
O, qeyd edib ki, hazırda yol hərəkəti haqqında qanuna dəyişiklik layihəsi müzakirədədir. Qanun qəbul olunarsa, moped sürücüləri də rəsmi sürücülük vəsiqəsi əldə edə biləcəklər. Eyni zamanda, velosipet istifadəçiləri üçün də qaydalar mövcuddur; 15 yaşdan yuxarı şəxslər velosipetlə yollara çıxa bilərlər:
"Moped sürücülərinin də yollarda olması nəzərə alınaraq, qanunda yaş məsələsi və digər qaydalar dəqiq müəyyən ediləcək. İstifadə edilən mopedlər dövlət qeydiyyatında olmalı və dövlət nömrə nişanı ilə təmin edilməlidir. Bu proses kifayət qədər mürəkkəbdir və 14-15 yaşlı yeniyetmələrin onu tam həyata keçirməsi çətin görünür.
Hazırkı yol hərəkəti problemlərinin səbəblərindən biri 12-13 yaşlı moped istifadəçilərinin olmasıdır. Dövlətin mövqeyi uşaqların moped istifadəsinə qarşı sərt qaydaların tətbiqini tələb edir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 644 Tarix: 14 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Martda hava necə olacaq?
Mart qışla yaz arasında keçid dövrü olduğundan havalar digər aylara nisbətən bu ayda bir qədər dəyişkən keçir. İsti havalar üstünlük təşkil etsə də siklon və antisiklonların ardıcıl respublikamızın ərazisinə daxil olması bəzən temperaturların kəskin aşağı düşməsinə, güclü yağışların yağmasına səbəb olur
27.02.2026 302 Planetdə quraqlıq niyə eyni anda baş vermir? - Alimlər izahını tapdı
Alimlər uzun müddət qlobal istiləşmə səbəbindən bir neçə qitədə eyni anda güclü quraqlıqlar baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edirdilər. Lakin Hindistanın Gandhinagar Texnologiya İnstitutundan tədqiqatçılar müəyyən ediblər ki, okean temperaturunda baş verən dəyişikliklər belə bir ssenarini məhdudlaşdırı
27.02.2026 129 Okeanın altında 20 min illik şirin su anbarı tapıldı - Nyu-Yorku 800 il su ilə təmin edə bilər
Beynəlxalq alimlər qrupu ABŞ-ın Atlantik okeanındakı şərq sahilləri yaxınlığında genişmiqyaslı dənizaltı təmiz su rezervuarının mövcudluğunu təsdiqləyib. Təxminən 20 min il əvvəl formalaşmış bu yataqlar potensial olaraq Nyu-York kimi bir şəhəri yüzillərlə su ilə təmin edə bilər. Qaynarinfo xəbər veri
27.02.2026 154 Tolik efirdə sağollaşdı - Səidə Sultandan İMALI PAYLAŞIM
Xəbər verdiyimiz kimi, Tarix Əliyev (Tolik) bu gün "Tarixin bir günü" proqramının canlı efirində tamaşaçılarına vida edib. xəbər verir ki, vidalaşma sonrası aparıcının son günlər qalmaqal yaşadığı müğənni Səidə Sultanın sosial mediada paylaşımı diqqət çəkib. Paylaşımı təqdim edirik:
27.02.2026 364 Bakı ətrafında torpaq sürüşmələrinin əsas səbəbi: kanalizasiya çatışmazlığı
"Bakı ətrafı ərazilərdə torpaq sürüşmələri əsasən şəhərin inkişafı və tikinti fəaliyyətləri ilə əlaqəlidir. Bu bölgələrdə inşa edilən evlərin çoxunda kanalizasiya sistemi mövcud deyil. Nəticədə qazılan quyulara yığılan məişət çirkab suları torpaq qatlarına təsir göstərir və torpaq laylarının sürüşməsin
27.02.2026 186 Əfqanıstan Pakistanın nüvə təsisatını bombaladı
Pakistan ərazisində yerləşən hərbi obyektə hücum edildiyi barədə məlumat yayılıb. Məlumata görə, zərbə Kakul bölgəsində yerləşən hərbi baza və nüvə təsisatını hədəf alıb. Hücumun Əfqanıstan tərəfindən həyata keçirildiyi iddia olunur. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, ilkin xəbərlərə əsasən
27.02.2026 223 Azərbaycana haker hücumu - Klassik ÜSUL
Elektron Təhlükəsizlik Xidməti (ETX) "Narketing163" adlı qruplaşmanın ölkəmizə qarşı həyata keçirdiyi kiberhücum cəhdlərini aşkarlayaraq qarşısını alıb. ETX-dən -a verilən xəbərə görə, Xidmətin apardığı texniki analiz və indikatorlar üzrə korrelyasiya təhlili nəticəsində qeyd olunan hücumları
27.02.2026 223 "Uniklinika"da nöqsanlar aşkarlanıb
Bir neçə gün əvvəl Bakı şəhərində fəaliyyət göstərən "Uniklinika" adlı özəl tibb müəssisəsinin külli miqdarda vergi borcu yarandığına dair məlumat yaymışdıq. Belə ki, vergi uçotuna "Unikal-A" MMC adı ilə alınan "Uniklinika"nın dövlətə 245 min 734 manat vergi borcu mövcuddur
27.02.2026 270 İlin ilk Ay tutulması olacaq
Martın 3-də ilin ilk Ay tutulması baş verəcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Axşam.az-a verilən məlumata görə, bu, tam Ay tutulması olacaq. Qeyd olunub ki, Yer kürəsinin kölgəsi Ayı tam örtəcək və Ay səmada qırmızımtıl rəngə boyanacaq. Bu hadisə "qanl
27.02.2026 201