İlham Əliyev TDT-yə üzv ölkələr arasında birgə hərbi təlimləri təklif etdi

İlham Əliyev TDT-yə üzv ölkələr arasında birgə hərbi təlimləri təklif etdi"Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışı zamanı üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib.

Prezident bildirib:

"Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsini təklif edirik."

Bu təklif diqqətçəkəndir, çünki TDT hələ ortaq hərbi təlim keçirməyib. Lakin təşkilata üzv ölkələr – Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan – ayrı-ayrı vaxtlarda ortaq hərbi təlimlər həyata keçiriblər. Buna görə də belə bir təklifin irəli sürülməsi gözlənilən idi. Hazırda isə bu təlimlərin keçirilməsinə böyük ehtiyac var".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.

O, qeyd edib ki, TDT-yə tamhüquqlu və müşahidəçi üzv ölkələrin hərbi sistemləri fərqlidir. Məsələn, Macarıstan və Türkiyə NATO modelinə, Mərkəzi Asiya ölkələrinin çoxu isə keçmiş SSRİ hərbi sisteminə malikdir. Azərbaycan isə son illərdə aparılan islahatlarla NATO və Türkiyə modelinə uyğunlaşmışdır. Yəni təşkilat daxilində vahid ordu sistemi yoxdur:
İlham Əliyev TDT-yə üzv ölkələr arasında birgə hərbi təlimləri təklif etdi"Prezidentin təklifi ilə keçiriləcək birgə hərbi təlimlər üzv və müşahidəçi ölkələrin orduları arasındakı fərqlərin müəyyənləşdirilməsinə imkan verəcək və gələcəkdə ortaq TDT ordusunun yaradılmasına hazırlıq rolunu oynaya bilər. Bu həm də potensial əskiklikləri üzə çıxarmaq baxımından mühümdür.

Belə təlimlər gələcəkdə "Türk NATO-su"nun yaradılması üçün vacib addım ola bilər. Tahlillərə görə, TDT-nin gələcəkdə NATO-ya bənzər təhlükəsizlik mexanizmlərinə və Avropa İttifaqına bənzər iqtisadi inteqrasiyaya sahib olması mümkündür. Bu prosesdə ABŞ və Böyük Britaniyanın marağı da nəzərə çarpır.

Qeyd edək ki, NATO əsasən Avropa xarakterli hərbi təşkilatdır. ABŞ isə digər strateji regionlarda NATO tipli alyansların formalaşmasına dəstək verir. Buna nümunə olaraq AUKUS (Avstraliya, Birləşmiş Krallıq, ABŞ), QUAD (ABŞ, Yaponiya, Hindistan, Avstraliya) və Abraham Accords göstərilə bilər. Bu baxımdan, TDT-nin gələcəkdə hərbi qanadının olması ehtimalı istisna deyil.

Mərkəzi qərargahın ehtimal olunan yeri Türkiyə olsa da, Azərbaycanda da qərargah yerləşməsi mümkündür, xüsusən Ağdam və Xocalı kimi strateji məntəqələrdə.

Nəticə etibarilə, Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi indiki mərhələdə "Türk NATO-su"nun yaradılması mənasına gəlməsə də, bu ideyanın müzakirədə olduğunu və gələcəkdə reallaşa biləcək layihələrdən biri olduğunu göstərir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 687   Tarix: 14 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə tekstildə daralmanın mərkəzində sifariş var: PMI 44,1-ə gerilədi

Tekstildə PMI avqustda 44,1-ə geriləyərkən, yeni sifarişlər 40,5-ə düşdü. Enes Dikmen əsas riskin sifarişlərin gələcək görünürlüğündəki zəifləmə olduğunu bildirib. İstanbul Sənaye Palatasının (İSO) 2026-cı ilin avqust ayı üzrə Türkiyə Sektoral PMI məlumatları tekstil sektorunda daralmanın yenidən sürətləndiyin

16.09.2026 235
.

Bakıdakı ŞOK qiymətlər - 1,5 milyona mənzil, 7 min manatlıq kirayə ev

Bakıda evlərin və kirayə mənzillərin qiyməti ildən-ilə artır. Bəs görəsən, paytaxtın ən bahalı evlərinin yerləşdiyi ərazilər harada yerləşir? Orada qiymətlər neçəyədir?. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc -a açıqlamasında bildirib ki, paytaxtın ən bahalı mənzilləri 1 milyo

16.09.2026 249
.

Rusiya-Ukrayna müharibəsində son vəziyyət: 5 nəfər öldü, sərnişin qatarına da zərbə endirildi

Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları davam edir. Sentyabrın 16-da Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol şəhəri yaxınlığına endirdiyi dron zərbəsi nəticəsində sərnişin mikroavtobusuna zərbə dəyib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə

16.09.2026 209
.

Azərbaycanda zəlzələ oldu

Saatlı stansiyasından 25 km cənubda İmişli rayonunda zəlzələ qeydə alınıb. BİG.AZ xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 43 km olub. Zəlzələ hiss edilməyi

16.09.2026 256
.

Hər gün yediyimiz bu ət xərçəng riskini artıra bilər - XƏBƏRDARLIQ

Alimlərin diqqətini yalnız kolbasa və bekon çəkməyib. 450 mindən çox insanın iştirak etdiyi araşdırma adətən daha sağlam seçim hesab edilən ətlə bağlı da gözlənilməz nəticələr ortaya qoyub. xarici mediaya istinadən xəbər verir ki, kolbasa, bekon və digər emal olunmuş ət məhsullarını tez-tez yemək məd

16.09.2026 251
.

Azadlıq heykəlinin məşəli 110 ildir bağlıdır: 1916-cı ildə nə baş verib?

Hər il milyonlarla turist Nyu-Yorkdakı Azadlıq heykəlini ziyarət edir, lakin onun məşəlinə qalxmağa icazə verilmir. Abidənin ən yüksək müşahidə meydançasına giriş hələ 1916-cı ildə bağlanıb. Bu gün turistlər Azadlıq heykəlinin tacına qədər 162 pillə qalxa bilirlər, lakin məşələ aparan yolu artıq 11

16.09.2026 238
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

10:23 80
.

"Bank of Baku"dan ŞİKAYƏT VAR

Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə

16.09.2026 244
.

Türk dünyası və İslam həmrəyliyi güclənməkdədir

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrindən ibarət heyəti qəbul etdi, görüşdə mühüm mesajlar verdi. Ölkə rəhbərinin səsləndirdiyi fikirlə

16.09.2026 225
.