Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi
İnnovasiya lideri Bakcell media nümayəndələri ilə birlikdə Qarabağa səfər edib. Bakcell tərəfindən təşkil edilən "İnnovasiyaların Qarabağda tətbiqi" adlı iki günlük tədbir çərçivəsində innovasiya və süni intellektin Qarabağın bərpası, dövlət-özəl tərəfdaşlığı, təhsil ekosistemi, həmçinin media sahəsinin inkişafındakı rolu vurğulanıb.
Tədbirdə Bakcell-in baş icraçı direktoru Klaus Müller çıxış edərək Qarabağın gələcəyində innovasiyaların strateji əhəmiyyətini vurğulayıb: "Qarabağ Azərbaycanın gələcəyi və milli qürurunun simvoludur. Bakcell olaraq biz innovasiyaları bu torpağın inkişafı və yenilənməsi üçün aparıcı vasitə kimi görürük. Qarabağın bərpasında süni intellekt və rəqəmsal həllərin tətbiqi regionun sabahını formalaşdıracaq," – deyə Klaus Müller qeyd edib.
Tədbir çərçivəsində Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanovanın moderatorluğu ilə panel müzakirəsi keçirilib. Müzakirədə Bakcell-in marketinq direktoru Elxan Sadıqzadə, Qarabağ Universitetinin elm və innovasiyalar üzrə prorektoru Fariz Əhmədov, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev və əməkdar jurnalist, ASAN Radio və ASAN TV-nin direktoru Emin Musavi iştirak ediblər.
Paneldə "İnnovasiyaların Qarabağda tətbiqi və mediada innovasiyaların rolu" mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Qarabağda innovativ yanaşmaların tətbiqi, regionun sosial-iqtisadi inkişafında rəqəmsal texnologiyaların əhəmiyyəti, süni intellektin biznes, media və cəmiyyətə təsiri təqdim olunub. Həmçinin, rəqəmsal transformasiyanın potensialı və Qarabağ üçün perspektiv innovativ həllər diqqət mərkəzində olub.
Səfərin ikinci günü "Süni intellekt və innovasiya" mövzusunda təlim və vörkşopla davam edib. Sessiya zamanı media mühitində süni intellektin tətbiqi, yaradıcı sənayelərdə rəqəmsal trendlər və innovativ yanaşmalar müzakirə olunub.
Səfərin sonunda iştirakçılar Şuşa və Xankəndinin əsas tarixi məkanlarını ziyarət edərək, şəhərlərin müasir inkişaf tempi və unikal atmosferi ilə yaxından tanış olublar.
Bakcell-in Qarabağa bu səfəri şirkətin innovasiyaya və milli inkişaf dəyərlərinə əsaslanan strateji yanaşmasının göstəricisidir. Bu təşəbbüs Azərbaycanın innovasiya ekosisteminin inkişafı istiqamətində atılan növbəti addımdır.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.









BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 721 Tarix: 13 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMinaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
15.11.2026 396 İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk
15.11.2026 166 Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi
Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb
15.11.2026 207 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il
15.11.2026 169 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların
15.11.2026 204 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə
15.11.2026 164 Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa
15.11.2026 149 Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək
"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i
15.11.2026 182 Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır
Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın
15.11.2026 189