4 illik universitet təhsili aktuallığını itirirmi? Ekspert rəyi

4 illik universitet təhsili aktuallığını itirirmi? Ekspert rəyiTexnologiya, internet resursları və süni intellektin sürətlə inkişaf etdiyi dövrdə 4 illik universitet təhsilinin zəruriliyi müzakirə olunur.

BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, informasiyaya çıxışın demokratikləşməsi və distant təhsil imkanlarının artması bu sualı daha da aktuallaşdırır:

"UNESCO-nun 2024-cü il hesabatına görə, dünya üzrə 18-24 yaş arasında gənclərin təxminən 38%-i ali təhsilə cəlb olunub. OECD ölkələrində isə bu göstərici 60%-dən yüksəkdir. Azərbaycanda bu rəqəm 38-40% civarındadır.

McKinsey Global Institute-un 2023-cü il hesabatına əsasən, işəgötürənlərin 43%-i universitet məzunlarının əmək bazarına tam hazır olmadığını bildirir. Ekspert qeyd edir ki, klassik 4 illik təhsil texnologiya, proqramlaşdırma və rəqəmsal marketinq sahələrində çox vaxt praktiki bacarıqların formalaşmasında gecikir.

Müsbət tərəflər: Universitet təhsili nəzəri bilikləri və fundamental araşdırma bacarıqlarını möhkəmləndirir. OECD-nin 2024-cü il hesabatına görə, ali təhsilli şəxslərin orta əməkhaqqı orta təhsilli şəxslərdən təxminən 52% yüksəkdir. Tibbi xidmət, hüquq, mühəndislik kimi sahələrdə diplom alternativsizdir.

Mənfi tərəflər: Texnologiya və biznes sahələrində 4 illik təhsil vaxt itkisi kimi qiymətləndirilir. Dünya Bankının 2023-cü il hesabatına görə, texnologiya sahəsində işəgötürənlərin 28%-i rəsmi diplomu artıq əsas kriteriya saymır, daha çox praktik bilik və portfoliyoya önəm verir. Google, IBM və Tesla kimi şirkətlər bəzi vakansiyalar üçün diplom tələbin aradan qaldırıb.

Dünya təcrübəsi göstərir ki, alternativ modellər effektiv ola bilər: Almaniyada "dual təhsil sistemi" tələbələrə nəzəri və praktiki bilikləri paralel təqdim edir, ABŞ-da isə 3-6 aylıq "bootcamp" proqramları texniki bacarıqlar qazandırır. LinkedIn-in 2024-cü il məlumatına görə, İKT sahəsində bootcamp məzunlarının 74%-i 6 ay ərzində iş tapa bilir".

Ekspert vurğulayır ki, universitetlər yalnız nəzəri biliklə kifayətlənməməli, tələbələrə real layihələr, startaplar və innovasiya mərkəzlərində təcrübə imkanları təqdim etməlidir. Kurrikulumlar çevik olmalı, əmək bazarının ehtiyaclarına uyğun yenilənməlidir:

"Nəticə olaraq, 4 illik universitet təhsili tamamilə ləğv edilməməlidir, lakin müasir çağırışlara uyğun şəkildə yenidən qurulmalıdır. Əsas hədəf real bacarıq, çevik düşüncə və əmək bazarına adaptasiya imkanları yaratmaqdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1377   Tarix: 13 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dini dəyərlərə verilən qiymət

İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması ilə yanaşı, xalqımızın tarixi-mədəni və dini irsinin bərpası da diqqət mərkəzində saxlanıldı. Bu baxımdan XIX əsri

16.09.2026 213
.

"Bank of Baku"dan ŞİKAYƏT VAR

Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə

16.09.2026 244
.

Xames Rodriqesdən sürpriz QƏRAR: Kameralar qarşısında pis xəbəri verdi

Kolumbiyalı futbol ulduzu Xames Rodriqes 35 yaşında milli komandadan ayrıldığını açıqlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Kolumbiya millisində 114 oyun keçirən və 28 qol vuran veteran oyunçu azarkeşlərə emosional bir mesajla vida edib. Ulduz milli komanda karyerası ilə bağlı əlamətdar bi

16.09.2026 229
.

ADİL NƏBİYEV: "Yol mədəniyyətinin dəyişməsi sürücülük vəsiqəsinin alınması prosesindən daha əvvəl başlamalıdır"

Şəhər yollarındakı sıxlıq və tıxac artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin problemin səbəbi yalnız avtomobillərin sayının çoxluğu deyil. Bəs tıxacların azalması üçün yalnız yol infrastrukturu kifayətdirmi, yoxsa yol mədəniyyətimizi də dəyişməliyik? Süni intellekt tıxac problemin

16.09.2026 331
.

Böyük Britaniya Baş nazirinin Tramp ilə ilk görüşü gözlənilir

Böyük Britaniyanın Baş naziri Endi Börnhamın gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla ilk dəfə üz-üzə görüşməsi gözlənilir. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Börnham BMT-dəki çıxışı zamanı Böyük Britaniyanın beynəlxalq siyasətd

16.09.2026 291
.

Tramp Rusiyaya qarşı sanksiyaları təsdiqləyəcək

"ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar üzrə qanun layihəsini imzalayacağına söz verib". xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Maykl Makkol bildirib. "Qaydaları təsdiqlədik, indi qanun layihəsi üzrə son səsvermədən əvvəl tam müzakirə aparmalıyıq. Sənə

16.09.2026 221
.

Əhalinin sayı artıb

Ölkə əhalisinin sayı ilin əvvəlindən 14215 nəfər və ya 0,14 faiz artaraq 2026-cı il avqust ayının 1-i vəziyyətinə 10276566 nəfərə çatıb. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DK) məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizin

10:36 50
.

Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) birinci kurs tələbələri ilə bağlı sosial mediada paylaşılan videoya münasibət bildirib. "Qafqazinfo"nun məlumatına görə, açıqlamada qeyd olunub ki, sosial şəbəkədə yayılan video ADMİU rəhbərliyi tərəfindən araşdırılıb. Sözügedə

16.09.2026 368
.

31 yaşlı pişiyin uzunömürlülük sirri - hansı suyu içir?

Tısbağa rəngli pişik ailədə hələ 1995-ci ildə peyda olub. Leslinin mərhum həyat yoldaşı balaca pişiyi üç aylıq olanda alıb. xarici mediaya istinadən xəbər verir ki, ev heyvanları arasında qeyri-adi uzunömürlülük hadisəsi bütün dünyada zooloqların və pişiksevərlərin diqqətini çəkib. Böyük Mançesterd

16.09.2026 252
.