Qida məhsullarının təhlükəsizliyinə əməl etməyənləri hansı cəzalar gözləyir?
"İnzibati Xətalar Məcəlləsinin 220-ci maddəsində qida təhlükəsizliyinin pozulması ilə bağlı müddəalar öz əksini tapmışdır".
Bunu BiG.AZ-a zərərli qida məhsulları istehsal edən müəssisələrin cəzalandırılması ilə bağlı açıqlamasında vəkil Turan Abdullazadə bildirib.
O, qeyd edib ki, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə-fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir:
"Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə-fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Həmin Məcəllənin 222-ci maddəsinə əsasən, ekoloji təmiz kənd təsərrüfatının tələblərinə cavab verməyən kənd təsərrüfatı və qida məhsullarına ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının milli əmtəə nişanının vurulmasına, ekoloji təmiz kənd təsərrüfatı və qida məhsullarının dövriyyəsi ilə məşğul olan şəxslər tərəfindən həmin məhsulların ənənəvi üsullarla istehsal edilmiş məhsullarla qarışdırılmasına və spesifikliyinin qorunmamasına görə-fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.
Bu maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi baxır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 743 Tarix: 13 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMinaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
15.11.2026 396 İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk
15.11.2026 166 Rusiyada məktəbli anasını elektron siqaretə görə öldürdü, cəsədi çamadanda gizlətdi
Noyabrın əvvəlində itkin düşən 38 yaşlı qadının meyiti park ərazisində çamadanın içərisində tapılıb. Qadının qətlində əsas şübhəli onun 14 yaşlı oğludur. -ya istinadən xəbər verir ki, təmizlikçi işləyən qadının meyiti Sankt-Peterburqun kənarındakı meşə-park ərazisində çamadanın içərisində aşkarlanıb
15.11.2026 207 Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il
15.11.2026 169 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların
15.11.2026 204 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə
15.11.2026 164 Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa
15.11.2026 149 Bayraktar: "Akkuyu" AES-in ilk reaktoru yaxın zamanda istifadəyə veriləcək
"Akkuyu" atom elektrik stansiyasının (AES) ilk reaktoru yaxın zamanda işə başlayacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkə hesabında bildirib. "Uğurla irəliləyən "Akkuyu" AES-i
15.11.2026 182 Koşta: Aİ qlobal Sİ yarışında geriləməni aradan qaldırmağa çalışır
Avropa İttifaqı (AI) öz texnoloji potensialını gücləndirmək, süni intellektə (Sİ) investisiyaları artırmaq, eyni zamanda, yeni texnologiyaların təhlükəsiz və məsuliyyətli istifadəsini təmin edərək, bu sahədə aparıcı mövqelərə nail olmaq niyyətindədir. "Report"un Avropa bürosunun məlumatın
15.11.2026 189