Almaniyada qızı tərəfindən bıçaqlanan merlə bağlı dəhşətli təfərrüat: Saatlarla işgəncə edilib
Almaniyanın Xerdeke şəhərinin meri İris Ştaltserin bıçaqlanması ilə bağlı dəhşətli təfərrüat üzə çıxıb. Məlum olub ki, övladlığa götürülmüş 17 yaşlı qız hücumdan əvvəl qadına bir neçə saat ərzində işgəncə verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" nəşri hüquq-mühafizə orqanlarına istinadla məlumat yayıb.
İris Ştaltser polisə hadisənin necə baş verdiyini danışıb. Onun sözlərinə görə, qızı evin zirzəmisində ona saatlarla işgəncə verib, üzərinə aerozol dezodorant və alışqanla hücum edərək saçlarını və geyimini yandırmağa çalışıb. Qız "intiqam almaq istədiyini" söyləyib. Bundan sonra o, anasına bıçaqla hücum edib.
Hadisə oktyabrın 7-də baş verib. Qeyd edək ki, İris Ştaltser hadisədən cəmi bir həftə əvvəl - sentyabrın 28-də Xerdeke şəhərinin meri seçilmişdi.
İstintaqın ilkin versiyasına görə, hadisədən sonra qız təcili yardıma özü zəng edib və əvvəlcə "anama bir neçə kişi hücum edib" deyə yalan məlumat verib. Xilasedicilər mer Ştaltseri evin qonaq otağında kresloda tapıblar.
Ştaltserin bədənində 13 bıçaq yarası olub. Bundan əlavə, o, küt alətlə baş nahiyəsindən ağır xəsarətlər alıb. Həkimlər bildiriblər ki, hazırda siyasətçinin həyatına təhlükə yoxdur.
Polis hadisə yerində qan izləri aşkarlayıb, lakin onların bir hissəsinin polis gəlməzdən əvvəl silindiyi müəyyən edilib. Ekspertlər sonradan həmin izləri müəyyənləşdirə biliblər.
İstintaq zamanı övladlığa götürülmüş digər yeniyetmənin - 15 yaşlı oğlanın çantasında hücumda istifadə olunduğu ehtimal edilən bıçaq və qanlı geyimlər tapılıb. Geyimlərin 17 yaşlı qıza məxsus olduğu güman edilir. Oğlanın hadisəyə qarışıb-qarışmadığı hələ araşdırılır.
Məlum olub ki, ötən yay ana ilə qız arasında artıq zorakılıq və bıçaqla hədələmə halları baş veribmiş. Eyni zamanda, ailə daxilində oğlanla da tez-tez gərgin münasibətlər yaşanıb.
Prokurorluq hadisəni qəsdən adam öldürməyə cəhd kimi deyil, ağır bədən xəsarəti yetirmə kimi qiymətləndirib. Buna görə də həbs qərarı çıxarılmayıb. Hazırda hər iki övladlığa götürülmüş uşaq Almaniyanın Uşaq və Gənclər Xidmətinin himayəsinə verilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 927 Tarix: 12 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezidentin 1 həftəsi... - Video
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. "Qafqazinfo" icmalı təqdim edir:
15.11.2026 135 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır
Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi
15.11.2026 182 Boşanma, gizli səs yazısı və təhdid iddiası - Madyar qalmaqalın mərkəzində
Macarıstanın Baş naziri Peter Madyar keçmiş həyat yoldaşı, 2019-2023-cü illərdə ölkənin ədliyyə naziri olmuş Yudit Varqaya qarşı hədə-qorxu ilə tələb etmə və məişət zorakılığı törətməkdə ittiham olunur. xəbər verir ki, bu barədə MTI informasiya agentliyi məlumat yayıb. Məlumata görə, müxalifətdəki "FİDE
15.11.2026 188 Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Aidiyyəti qurumlar tərəfindən hücumların qarşısının alınması və araşdırılması istiqamətində müvafiq tədbirlə
15.11.2026 164 ABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb
ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu
15.11.2026 212 Qara dənizdə yük gəmisinə PUA hücumu olub
Qara dənizdə, Rumıniyanın ərazi sularında Palau bayrağı altında hərəkət edən "Larissa 1" yük gəmisi pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. "Report" xəbər verir ki, bu barədə Rumıniyanın "Ziua de Constanța" portalı məlumat yayıb. Onun məlumatına görə, hadisə noyabrı
15.11.2026 211 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
15.11.2026 396 HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb
İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı
15.11.2026 154 Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları
15.11.2026 178