"Bir uşaq dil və ədəbiyyatı sevirsə, bu onun riyaziyyatı sevməyəcəyi demək deyil" - Psixoloq

"Bir uşaq dil və ədəbiyyatı sevirsə, bu onun riyaziyyatı sevməyəcəyi demək deyil" - PsixoloqUşaqların tədrisə marağı onların şəxsiyyət tipi və yaradıcı qabiliyyəti ilə sıx bağlıdır. Bəzi uşaqlar ədəbiyyat, dil və incəsənət kimi humanitar fənlərə üstünlük verir, bəziləri isə texniki fənlərdə daha uğurlu olur. Ancaq müasir dövrdə valideynlər və müəllimlər çox vaxt uşaqların texnoloji sahələrdə də bacarıqlı olmasını istəyirlər.

Uşaq psixoloqu Günel Əliyeva BiG.AZ-a bildirib ki, uşağı texniki istiqamətə yönləndirməyin əsasında zorla öyrətmək deyil, maraq oyatmaq dayanmalıdır:

"Bir uşaq dil və ədəbiyyatı sevirsə, bu onun riyaziyyatı sevməyəcəyi demək deyil. Sadəcə, fənn ona uyğun formada təqdim edilməlidir. Texniki fənləri quru qaydalarla yox, real həyatla əlaqələndirsək, uşaq maraqlanmağa başlayır.

Uşağın təxəyyül və yaradıcılıq qabiliyyəti onun texniki təfəkkürünü inkişaf etdirmək üçün çox dəyərlidir:
Humanitar uşaqların bədii düşüncə tərzi güclüdür. Bu xüsusiyyət onlara dizayn, mühəndislik və ya proqramlaşdırma kimi sahələrdə fərqli baxış qazandıra bilər. Yəni məqsəd, uşağın yaradıcılığını öldürmək yox, onu elmlə birləşdirmək olmalıdır."
Bu cür uşaqlar üçün ən yaxşı üsul humanitar və texniki fənlərin inteqrasiyasıdır.Məsələn, tarixlə riyaziyyatı birləşdirib statistik məlumatları analiz etdirmək, ya da dil öyrənərkən proqramlaşdırma terminlərindən istifadə etmək olar. Beləcə uşaq texniki sahəni abstrakt deyil, tanış kontekstlərdə öyrənir.

Əgər uşaq texniki fənni öz maraqları ilə əlaqələndirə bilirsə, onda o, öyrənməyə qarşı daxili motivasiya qazanır. Bu isə məcburi öyrənmədən qat-qat effektlidir.

Humanitar yönümlü uşaqları texniki fənlərə cəlb etməyin açarı emosional yaxınlıq və praktiki öyrənmədir. Uşağın təbiətinə uyğun təqdim edilən bilik onun həm intellektini, həm də yaradıcılığını inkişaf etdirir".
Texniki fənləri sevdirmək, onları maraqlı göstərməkdir. Uşaqlar öyrəndiklərinin həyatla necə əlaqəli olduğunu gördükdə, texnologiya və elmə qarşı təbii maraq yaranır."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 755   Tarix: 10 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.