"Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı" layihəsi çərçivəsində gənclərlə görüş keçirilib
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı" layihəsi çərçivəsində Sabirabad və Ağcabədi rayonlarında gənclərlə görüş keçirilib.
Sabirabad rayonunda keçirilən görüş zamanı Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov belə tədbirlərin gənclərin inkişafına və onların media sahəsində fəallığının artırılmasına mühüm töhfə verdiyini qeyd edib. Medianın İnkişafı Agentliyinin nümayəndəsi Əkbər Mikayılov, Gənclər Fondunun regional nümayəndəsi Əli Nağıyev və "Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Aqil İsmayılzadə keçirilən media təlimlərinin gənclərin media savadlılığının artırılması, rəqəmsal mühitdə düzgün məlumat idarəçiliyi bacarıqlarının formalaşdırılması və ictimai fəallığın təşviqi baxımından əhəmiyyətindən danışıblar. Ardınca Space TV-nin Xəbər xidmətinin rəhbəri Elman Vəliyev informasiya təhlükəsizliyi, mediada düzgün məlumatın yoxlanılması, etibarlı mənbələrin seçilməsi və jurnalistikanın praktik aspektləri mövzularından bəhs edib.
Ağcabədi rayonunda keçirilən növbəti görüşdə Medianın İnkişafı Agentliyinin nümayəndəsi Aynur Zeynallı, Gənclər Fondunun regional nümayəndəsi Coşqun İsmayılov və "Regional İnkişaf" İctimai Birliyinin nümayəndəsi Elxan Məmmədov iştirakçıları salamlayaraq bu görüşlərin gənclərin media savadlılığının artırılmasına, onların informasiya cəmiyyətində daha fəal iştirakına və milli mətbuat ənənələrinin təbliğinə mühüm töhfə verdiyini vurğulayıblar. Daha sonra iştirakçılar peşəkar jurnalist və tanınmış aparıcı Ceyhun Səfərov tərəfindən informasiya savadlılığı, rəqəmsal dövrdə medianın rolu, sosial şəbəkələrdə düzgün informasiya idarəçiliyi və yalan xəbərlərə qarşı mübarizə mövzularında məlumatlandırılıblar.
Qeyd edək ki, layihənin əsas məqsədi rəqəmsal əsrdə gənclərin media və informasiya mühitində məsuliyyətli mövqeyinin formalaşdırılması, yeni media alətlərindən istifadə bacarıqlarının inkişaf etdirilməsi, dezinformasiya ilə mübarizədə maarifləndirmə işinin gücləndirilməsi və gənclər arasında həmrəyliyin artırılmasıdır.























BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 704 Tarix: 10 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSosial şəbəkələrdə kompensasiyaya dair yayılan informasiyalar saxtadır - BİRGƏ MƏLUMAT
Sosial şəbəkələrdə və müxtəlif mesajlaşma platformalarında özəlləşdirmə çekləri ilə bağlı guya kompensasiya ödənilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə məlumatında bildirilib
20.07.2026 159 Vasif Məhərrəmli: "Ədalət Şükürovun çox tünd xasiyyəti var"
Vasif Məhərrəmli həmkarı Ədalət Şükürovun xarakteri ilə bağlı danışıb. "Yeni Sabah" xəbər verir ki, o,"Efirdən kənar" verilişində müğənni Ədalət Şükürov və Ceyhun Əliyevlə dostluğundan söz açıb. Əməkdar artist bildirib ki, münasibətləri bu gün də davam etsə də, Ədalət Şükürov kifayə
20.07.2026 206 Keyfiyyətli unu necə seçməli?
Un mətbəxdə ən çox istifadə olunan ərzaq məhsullarından biri olsa da, mağaza rəflərində fərqli marka, növ və təyinatlı məhsulların çoxluğu istehlakçıların seçim etməsini çətinləşdirir. Xüsusilə son illər satışa çıxarılan 1-2 kiloqramlıq "şirniyyat üçün un" adı ilə təqdim olunan məhsullar alıcılard
20.07.2026 211 Endi Börnhem Böyük Britaniyanın yeni baş naziri olacaq
Endi Börnhem bazar ertəsi günü Britaniyanın on ildə yeddinci baş naziri oldu və milləti insanların qayğı göstərdiyi məsələlərə, məsələn, yaşayış xərcləri böhranı və zəif xidmətlərə daha aydın şəkildə diqqət yetirmək üçün "yenidən yönləndirəcəyinə" söz verdi. BİG.AZ Reuters-ə istinadən xəbə
20.07.2026 200 Rusiya Xerson və Zaporojyeyə zərbələr endirdi: Ölən və yaralananlar var
Rusiya ordusunun Ukraynanın Xerson və Zaporojye vilayətlərinə endirdiyi zərbələr nəticəsində azı 5 nəfər həlak olub, 63 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna rəsmiləri məlumat yayıblar. Xerson Vilayət Hərbi Administrasiyasını
20.07.2026 197 Almaniya Azərbaycana yeni səfir təyin etdi
Almaniya Azərbaycana yeni səfir təyin edib. xəbər verir ki, bu barədə APA-ya Almaniya Federal Xarici İşlər Nazirliyindən məlumat verib. Bildirilib ki, Almaniyanın Omandakı sabiq səfiri Dirk Lölke Azərbaycana yeni səfir təyin olunub. Məlumata görə, Dirk Lölke iyulun sonunda diplomatik missiyasının icrasın
20.07.2026 144 İspaniyada meşə yanğını geniş əraziyə yayıldı: 1200 nəfər təxliyə edildi
İspaniyanın Syerra-Norte parkında davam edən güclü meşə yanğınları səbəbindən 28 yaşayış məntəqəsinin sakinləri təxliyə olunub. BİG.AZ DW-yə istinadən xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb. Məlumata görə, iyulun 16-da başlayan yanğın indiyədək təxminən 26 min hektar ərazini əhatə edib
20.07.2026 182 "Kökəlmisən" deyənlərə Zaurdan sərt reaksiya
Zaur Baxşəliyev artıq çəkisi ilə bağlı tənqidlərə cavab verib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə paylaşdığı videoda kökəlməsi ilə bağlı ünvanlanan suallara əsəbiləşib. Zaur bu mövzunun onu narahat etmədiyini deyərək bunları söyləyib:. "Özünüzə niyə dərd edirsiniz ki, kökəldim və y
20.07.2026 300 Özəl bağçalarda qiymət artımının qarşısı alınacaq - MÜTDA
Özəl məktəbəqədər təhsil müəssisəsi xidmət haqqını artırdıqca onun müsabiqədə qalib olmaq şansı azalır. "Yeni Sabah" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, güclü qiymə
20.07.2026 182