Azərbaycanın tikinti şirkəti faktiki müflis olub
Tikinti fəaliyyəti ilə məşğul olan "Diadem" ASC 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb.
Valyuta.az xəbər verir ki, şirkət ötən ili 5,5 milyon manat xalis zərərlə tamamlayıb.
Bu, əvvəlki illə müqayisədə 7,4 milyon manatlıq pisləşmə deməkdir. Belə ki, 2023-cü ildə "Diadem" 1,9 milyon manat xalis mənfəət əldə etmişdi.
Şirkətin illik gəlirləri 30,4 milyon manata düşüb ki, bu da ötən ilə nisbətən 28 milyon manat və ya 47,9 % azalma deməkdir. Eyni zamanda, maya dəyəri xərcləri də 32,4 milyon manat təşkil edərək əvvəlki illə müqayisədə 31,2 % azalıb.
Nəticədə, əvvəlki il 11,3 milyon manat ümumi mənfəət əldə edən şirkət bu dəfə 2 milyon manatlıq ümumi zərərlə üzləşib. Maliyyə xərclərinin 7,3 milyon manata qədər artması isə şirkətin vergiyəqədərki nəticəsini 6,9 milyon manatlıq zərərə çevirib.
Bu göstəricilər fonunda "Diadem"in cəmi aktivləri 114,4 milyon manata yüksəlib. Bu, ötən ilin sonuna nisbətən 11,2 % artım deməkdir. Eyni zamanda, cəmi öhdəliklər 17,2 % artaraq 114,8 milyon manata çatıb. Nəticədə, şirkətin kapitalı mənfiyə düşüb – 2024-cü ilin sonunda mənfi 408,6 min manat təşkil edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1216 Tarix: 10 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aybəniz Haşımovaya vəzifə verildi
Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. "Qafqazinfo" xəbər verir ki, müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın 6-sı bu vəzifəyə təyin olunub. Bu gün isə artıq kollektivə təqdim edilib. Qeyd edək ki
15:48 350 Bu məlumatları yayanlar məsuliyyət daşıyacaq
Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" yeni Plenum qərarı qəbul edib və məhkəmə təcrübəsinə bir sıra yeniliklər gətirib. xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb. Bildirilib ki, əvvəllər bir şəxs digər şəxsə qarşı yalan məlumatlar yaydığı halda şərəf və ləyaqəti
14:10 200 Niyə kabab kefirdə marinad edilməlidir? - İncə məqam
Bir çox insan kabab üçün ən yaxşı marinad barədə mübahisə edir, lakin bir inqrediyent digərlərini ardıcıl şəkildə geridə qoyur. Kefir artıq uzun illərdir yumşaq ətin sirri hesab olunur, baxmayaraq ki, bir çoxları onun gücünü hələ də lazımi qədər qiymətləndirmir. -ın xəbərinə görə, aşpazlar izah edirlə
19:30 1 Naxçıvanın yeni Baş naziri kimdir?
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin təqdimatı əsasında Naxçıvan Ali Məclisi Cabbar Musayevin MR-in yeni Baş naziri təyin olunması barədə qərar qəbul edib. "Qafqazinfo"nun məlumatına görə, indiyədək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Cabbar Hafiz oğl
12:21 277 Şəhid anası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva yaşadığı Goranboy rayonunun Faxralı kəndində xəstəlik səbəbindən dünyasını dəyişib. O, bu gün dəfn edilib. Qeyd edək ki, 1995-ci il təvəllüdlü Kərim Yusifov MAXE kim
13:38 259 Klinika sahibinin qətl törədən oğlu - Müəssisədən kənara çıxa biləcək
"Aristokrat" tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törətməkdə təqsirli bilinən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9 il müddətinə azadlıqdan məhrum edilən Həsən Rahimli məntəqə tipli cəzaçəkmə müəssisəsin
15:28 315 ABŞ Cənubi Qafqaza qayıdır: Vensin Bakı və İrəvan gündəliyi
"ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin 9-10 fevral tarixlərində Ermənistana, 10-11 fevral tarixlərində isə Azərbaycana səfəri bir sıra mühüm məqamlarla diqqət çəkir. İlk növbədə qeyd etmək lazımdır ki, ABŞ-ın regiona son yüksək səviyyəli səfəri 2008-ci ildə dövrün vitse-prezidenti Dik Çeynini
14:15 212 Hansı daha kalorilidir- qızardılmış, yoxsa qaynadılmış yumurta?
Bir çox insan yumurtanı sadə və istənilən halda eyni olan məhsul hesab edir. Lakin dietoloqlar çoxdan bilirlər ki, hazırlanma üsulu onun kaloriliyini düşünüldüyündən daha çox dəyişir. Qızardılmış və qaynadılmış variantlar arasındakı fərq isə hətta illərlə qidalanmasına diqqət edənləri belə təəccübləndir
18:15 85 Oğlu əsgərlikdən qayıtdı
Müğənni Nurlan Əzizbəyli oğluna qovuşub. Axşam.az xəbər verir ki, sənətçi övladının əsgərlikdən qayıtdığını bildirib. "Canım oğlum, xoş gəldin. Qovuşdurana şükür" deyə, ifaçı paylaşımında yazıb. Qeyd edək ki, N.Əzizbəylinin 2 övladı var
10:35 319