Nobel Sülh mükafatı alan Mariya Korina Maçado kimdir? - BİOQRAFİYA
"Yeddi müharibəni bitirdim" deyərək Nobel Sülh mükafatına layiq olduğunu dəfələrlə vurğulayan ABŞ prezidenti Donald Trampın arzusu puç oldu. 2025-ci il üçün Nobel Sülh mükafatı venesuelalı siyasətçi Mariya Korina Maçadoya verilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ABŞ prezidenti Donald Trampın mükafatı alması üçün dəfələrlə çağırışlar edilib və İsrailin baş naziri Benyamin Netanyahu təşəbbüsə rəhbərlik edib. İsrailin baş nazirinin mətbuat ofisi sosial mediada Trampın boynunda Nobel Sülh mükafatı medalını taxdığını göstərən süni intellektlə yaradılmış bir görüntü yayıb.
Bütün çağırışlara baxmayaraq, "Yeddi müharibəni bitirdim" sözləri ilə mükafata layiq olduğunu tez-tez vurğulayan Tramp gözlədiyini ala bilmədi. Venesuela Milli Assambleyasının keçmiş üzvü və müxalifət lideri Mariya Korina Maçado 2025-ci il Nobel Sülh mükafatını alıb.
Mariya Korina Maçado kimdir?
Mariya Korina Maçado siyasətçi, sənaye mühəndisi və müxalifət lideridir, 1967-ci il oktyabrın 7-də Venesuelanın paytaxtı Karakasda anadan olub. O, Andrés Bello Katolik Universitetində sənaye mühəndisliyi təhsili alıb və sonra IESA-da maliyyə üzrə magistr dərəcəsini bitirib.
Venesuelanın uzun müddətdir mövcud olan Çavismo rejiminə qarşı müxalifətçiliyi ilə tanınan Maçado ölkənin ən nüfuzlu müxalifətçilərindən biridir. O, 2011-ci ildən 2014-cü ilə qədər Venesuela Milli Assambleyasının üzvü kimi fəaliyyət göstərib. Daha sonra özünün "Vente Venesuela" adlı siyasi hərəkatını təsis edib və onun milli koordinatoru kimi fəaliyyət göstərib.
Maçado demokratik dəyərləri, şəffaf seçkiləri və insan haqlarını müdafiə edən qatı müxalifət mövqeyindən çıxış edir. O, Nikolas Maduronun administrasiyasının dəfələrlə təzyiqləri və məhdudiyyətləri ilə üzləşib və 2023-cü ildə keçirilən müxalifətin praymerizlərində böyük fərqlə qalib gəlməsinə baxmayaraq, 15 il müddətinə dövlət vəzifəsi tutmaq imtiyazından məhrum edilib. Nəticədə, o, 2024-cü il prezident seçkilərində iştirak edə bilməyib, əvəzində Korina Yorisi dəstəkləyib.
Mübarizələri beynəlxalq miqyasda rezonans doğuran Maçado Venesuelada azadlıq və demokratiya mübarizəsinin simvoluna çevrilib. 2024-cü ildə o, azadlıq düşüncəsinə görə Saxarov mükafatına və İnsan Haqları üzrə Vatslav Havel mükafatına layiq görülüb.
Bu gün Mariya Korina Maçado həm Venesuelada, həm də beynəlxalq aləmdə demokratiya, insan haqları və azadlıqlar uğrunda mübarizənin simvolik simalarından biri kimi tanınır.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 959 Tarix: 10 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ Ukrayna hərbçilərinin hazırlığını artırıb
ABŞ 2026-cı ilin II rübündə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hazırlıq miqyasını 25%-dən çox genişləndirib. "Report" xəbər verir ki, bu məlumatlar Pentaqonun və ABŞ Dövlət Departamentinin baş müfəttişləri tərəfindən hazırlanmış yeni məruzədə yer alıb. ABŞ-nin qanunverici hakimiyyət qolunu
15.11.2026 212 Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə
15.11.2026 176 Tokayev rüşvətxor məmurlardan danışdı: "Heç kimə konstitusiyanı ələ salmağa icazə verilmir"
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev "Samruk-Kazına" və "Qazaxıstan Dəmir Yolları" şirkətlərinin rəhbərlərinin saxlanılmasını genişmiqyaslı rüşvətxorluğun göstəricisi kimi qiymətləndirib. xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. Təhlükəsizlik Şurasının operativ iclasınd
15.11.2026 202 Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub - YENİLƏNİB
Minaya düşərək həlak olan şəxs 2 övlad atası olub. -ın məlumatına görə, Ağstafa rayonunda minaya düşərək həlak olan, Qazax rayonunun Ürkməzli kənd sakini, 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov ailəli olub, 2 övladı var. Hadisə nəticəsində ağır xəsarətlər alan 1982-ci il təvəllüdlü Sahib İzo
15.11.2026 396 "Başı ağrıyırmış, hamama gedib..." - Yataqxanada tələbənin ölümünün təfərrüatı - VİDEO
Azərbaycan Tibb Universitetinin (ATU) yataqxanasında tələbə qızın ölümü ilə bağlı bəzi detallar məlum olub. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, tələbənin meyitini onunla birlikdə yaşayan bacısı aşkarlayıb. Yataqxanada qalan tələbələrdən biri hadisə barədə danışıb:. "Bir sayl
15.11.2026 231 İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk
15.11.2026 166 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların
15.11.2026 204 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
15.11.2026 200 Azərbaycanda pambıq istehsalının 4 illik proqnozu açıqlanıb
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur. 2028-ci ildə pambıq istehsalının 373,8 min to
15.11.2026 195