"Qardaşlar Mebel" milyonluq tenderlərin qalibi necə olur?
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu invertarların satın alınması ilə bağlı tenderə yekun vurub
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Qardaşlar Mebel" QSC seçilib.
İnstitut sözügedən şirkətdən 52 545,4 AZN-lik invertar alacaq. Bu məbləğ satınalma predmetinin ehtimal olunan qiymətindən 4 856 AZN azdır.
İnvertarlara müxtəlif rəflər, çalışma masası, yan masa, İSO dəri, İSO parça, toplantı masası və kreslo daxildir.
Açıq mənbələrdə qeyd olunan məlumata görə, "Qardaşlar Mebel" şirkəti 2015-ci ildən fəaliyyət göstərir. Şirkətin sahibi 100 faizlik səhm paketi ilə Mirəzyev Əli Məmməd oğludur. QSC-nin icra strukturuna isə onun qardaşı Hüseyn Mirzəyev rəhbərlik edir.
Nizamnamə kapitalı 3 050 manat olan şirkətin hüquqi ünvanı kimi Binəqədi rayonu, Biləcəri Yeni Yaşayış Massivi, ev 37 göstərilir.
Mediada gedən məlumatlara görə, 2018-ci Əli Mirzəyev barəsində cinayət işi açılıb. İş adamı dələduzluqda ittiham olunub. Bu məlumatın təkzib edilməsinə dair heç bir qeydə rast gəlinmir. İşin nəticəsi haqqında da açıq mənbələrdə məlumat yoxdur.
Media həmçinin yazır ki, Əli Mirzəyev "Nömrə -1" Tədris Mərkəzi, "Tarqovı"da yerləşən "Coffeaphore" kofe evi, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən mebel fabrikinin sahibidir.
"Qardaşlar Mebel" QSC 2025-ci ilin 9 ayı ərzində müxtəlif dövlət qurumlarının keçirdiyi 14 tenderin qalibi olub. Bu müsabiqələr üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 1 746 241,59 AZN-dir.
Azərbaycanda başqa mebel şirkətləri də var. Lakin nədənsə satınalma müsabiqələrində əsasən "Qardaşlar Mebel" qalib elan edilir. Bunun sirri hələ ki, çözülməyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 790 Tarix: 09 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlər Yer mantiyasında gözlənilməz deformasiya aşkar etdi
Yer mantiyasının dərinliklərində alimlər ən geniş yayılmış minerallardan birində gözlənilməz xüsusiyyətlər aşkar ediblər. Əvvəllər nadir hesab olunan kiçik qüsurların əslində planetimizin daxili qatlarında baş verən hərəkətlərdə daha böyük rol oynaya biləcəyi müəyyən edilib. Qaynarinfo xəbər verir ki
31.03.2026 327 Hollan çox nadir "Mercedes" aldı - dünyada cəmi 150-si var
Erlinq Halan lüks avtomobillərin qiymətini bilir. -ın xarici mediaya istinadən xəbərinə görə, "Mançester Siti"nin hücumçusunun kolleksiyasına 350.00 funt sterlinq dəyərində Aston Martin DBX 707, 300.00 funt sterlinq dəyərində Rolls-Royce Cullinan və Porsche 911 GT3 daxildir. Məlumata görə
31.03.2026 432 Avropa Birliyinin yüksək vəzifəli diplomatları Buça qırğınını anmaq üçün Ukraynaya gəliblər
Avropa Birliyinin baş diplomatı Kaya Kallas və bir neçə Aİ xarici işlər naziri Buça qırğınının dördüncü ildönümünü qeyd etmək və blok daxilində AB yardımı ilə bağlı gərginlik fonunda Ukraynaya dəstəklərini bildirmək üçün Kiyevə gəliblər. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, Ukraynanın xarici işlə
31.03.2026 272 İtaliya dağlarında cəmi 1 avroya ev - Bu necə mümkündür?
Liquriya regionu təkcə dənizi ilə deyil, həm də gözəl dağ kəndləri ilə tanınır. Şimali İtaliyanın bu bölgəsi indi "1 avroya ev" layihəsi çərçivəsində iki yaşayış məntəqəsini - Pinyone və Triora kəndlərini satışa çıxarıb. Hər iki kənd zəngin tarixi keçmişi ilə seçilir. Qaynarinfo NLC portalın
31.03.2026 310 Aynur Dadaşovanın evində toy olacaq
Müğənni Aynur Dadaşovanın evində toy olacaq. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İncə səhər" proqramında danışıb. O bildirib ki, bacısı qızının xeyir işinə hazırlaşırlar:. "Bacımın bir övladı var, ona analıq edirəm. Allah hamının balasını xoşbəxt etsin. Biz qudamızla bacıyıq. Ə
31.03.2026 543 Aprelin ilk günündə 25 dərəcə isti olacaq
Aprelin 1-də Bakıda 21, rayonlarda 25 dərəcə isti gözlənilir. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərd
31.03.2026 287 İt əl çəkdi, motal əl çəkmədi
Rusiyanın "Avrasiya" təşkilatı davamlı olaraq Qarabağdan könüllü olaraq köçmüş ermənilərə humanitar yardım göndərməyə davam edir. xəbər verir ki, dünən daha 140 ton yardım onlara çatdırılıb. Qeyd edək ki, Ermənistan tərəfi dəfələrlə bu yardımlara gərək olmadığını bəyan edib. Hətta bir qədə
31.03.2026 426 Partlayış səsləri eşidiləcək - MN
31 mart-3 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv ediləcək. xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb. "Partlayış səsləri ilə əlaqəda
31.03.2026 372 İşəgötürən işçiyə əlavə vəzifə yükləyə bilərmi?
"İşçiyə onun əmək funksiyalarından əlavə başqa şəxsin əmək funksiyalarının yüklənməsi yalnız işçinin öz razılığı ilə mümkündür". Bunu BİG.AZ-a açıqlamasında vəkil Ramil Süleymanov bildirib. O, qeyd edib ki, işçi ilə işəgötürən arasında razılaşma qurulduqda, əlavə işlər üçün əməkhaqqı artırılara
31.03.2026 335