Ev almaq istədi, 5 min pulu getdi - Qarabağ veteranına qarşı dələduzluq

Ev almaq istədi, 5 min pulu getdi - Qarabağ veteranına qarşı dələduzluqII Qarabağ savaşının veteranı dələduzluqla üzləşib.

Qaynarinfo xəbər verir ki, hadisə Qusarda baş verib.

Veteran Qadir Hüseynov (şərti) Qusar şəhərindən ev almaq istəyib. Seymur adlı şəxs bu işdə ona yardım edəcəyini bildirib. Lakin bunun müqabilində 5000 manat pul lazım olduğunu deyib.

Qadir Hüseynovun atası hissə-hissə olmaqla həmin məbləği verib. Lakin Seymur vədinə əməl etməyib. Hüquq-mühafizə orqanlarına şikayətdən sonra həmin şəxs saxlanılıb. Məlum olub ki, o başqa bir adama qarşı da torpağına sənəd alacağı vədi ilə 4000 manatlıq dələduzluq edib.

Seymura Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham elan edilib və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Cinayət işinə Qusar Rayon Məhkəməsində hakim Əli Cəlilovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Seymur verilmiş ittiham üzrə özünü təqsirli bilib.

Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun həbsdə və ev dustaqlığında saxlanıldığı 4 ay, 13 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il, 3 ay, 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 592   Tarix: 09 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyan: "Biz Azərbaycanla sülhün əldə olunmasına çox yaxınıq"

Ermənistanın naş naziri Nikol Paşinyan İrəvan və Bakı arasındakı sülh danışıqlarını geri dönüşü olmayan proses hesab edir. Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens ilə danışıqlar zamanı bildirib. "Bizim təəssüratlarımız belədir. Bir neçə gü

21:11 120
.

Klinika sahibinin qətl törədən oğlu - Müəssisədən kənara çıxa biləcək

"Aristokrat" tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törətməkdə təqsirli bilinən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9 il müddətinə azadlıqdan məhrum edilən Həsən Rahimli məntəqə tipli cəzaçəkmə müəssisəsin

15:28 421
.

Avropa təhlükəsizlik üçün B planını düşünməlidir

Avropa Birliyinin Xarici İşlər Şurasının iclası üçün Brüsseldə toplaşan Aİ müdafiə nazirləri qitənin qarşısında duran ən mürəkkəb və həssas məsələlərdən biri - Ukraynaya dəstək mövzusunu müzakirə edəcəklər. xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın müdafiə naziri Mixaylo Fedorovun iclasda iştira

11:16 198
.

İrandakı etirazlarda ölənlərin sayı 160 mini keçib

İranda etiraz dalğası davam edir və rəsmi qurumların təhlükəsizlik tədbirlərini sərtləşdirməsi fonunda gərginlik daha da artır. Son günlər ölkənin müxtəlif şəhərlərində sosial-iqtisadi problemlər, siyasi azadlıqların məhdudlaşdırılması və hökumətin idarəetmə siyasətinə qarşı narazılıqlar yenidən küç

17:00 210
.

Xamenei məhv ediləcəyindən qorxur - təcili tədbirlər görülüb

Əli Xamenei ABŞ-ın hücumu reallaşarsa məhv edilməsi ehtimalını ciddi qəbul edib. İranın ali lideri Əli Xamenei sui-qəsd ehtimalına görə səlahiyyətlərini İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Şurasına həvalə edib. xarici KİV-ə istinadla bildirir ki, daha əvvəl xəbər verildiyi kimi, İranın Əli Xameneini

19:15 188
.

İran Witkoff və Kushner-in ABŞ təyyarədaşıyan gəmisinə səfəri barədə əvvəlcədən məlumatlandırılıb

İran və Oman ABŞ-ın xüsusi sülh elçisi Steve Witkoff və ABŞ Prezidenti Donald Trumpın kürəkəni Jared Kushnerin şənbə günü USS Abraham Lincoln təyyarədaşıyan gəmisinə səfəri barədə əvvəlcədən xəbərdar edildiyi bildirilir. CNN xəbər verib ki, Tehran və Maskat səfər barədə əvvəlcədən məlumatlandırılıb

12:43 243
.

Təcrübəçi adı altında ödənişsiz iş: Hüquqsuz əmək və əmək bazarında sui-istifadə - HÜQUQŞÜNASDAN AÇIQLAMA

Dövlət və özəl müəssisələrdə işə qəbul prosesində "təcrübəçi" anlayışından istifadə uzun müddətdir mövcuddur. Lakin bu anlayışın bəzi hallarda əmək münasibətlərinin rəsmiləşdirilməsindən yayınmaq vasitəsinə çevrildiyi müşahidə olunur. Təcrübə adı altında insanlar əmək müqaviləsi bağlanmadan

12:12 245
.

Avropa yenidən silahlanmalıdır - İsveç Baş Qərargah rəisi

Avropanın öz nüvə önləyici vasitəsinə ehtiyacı var. Bu fikri İsveç Silahlı Qüvvələrinin Baş Komandanı Mikael Klaesson Sveriges Radioya verdiyi müsahibədə səsləndirib və qitənin yenidən silahlanmasının zəruri olduğunu etiraf edib. xarici mediaya istinadən xəbər verir ki, Klaesson Avropa üçün nüvə çəkindirm

11:32 207
.

Sabah 45 kənddə qaz kəsiləcək

Sabirabad və Hacıqabul rayonlarının bəzi kənlərində qaz təchizatında fasilə yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən magistiral qaz kəmərində təmir-bərpa və digər texniki işlərin görülməs

20:28 167
.

TOP MP3