Oktyabr gecələri işıqlanacaq: Səma iki fərqli möcüzəyə ev sahibliyi edəcək
Bu ay səma həvəskarlarını iki ayrı təbii hadisə gözləyir.
Qaynarinfo "TRT Haber"ə istinadən xəbər verir ki, "Drakonidlər" və "Orionidlər" meteor yağışları ayın iki fərqli dövründə gecələri işıqlandıracaq. İşıq çirkliliyindən uzaq, qaranlıq bir məkandan səmaya baxanlar bu nadir kosmik mənzərənin şahidi ola biləcəklər.
NASA "Orionidlər"i "ilin ən gözəl meteor yağışlarından biri" kimi təsvir edir. Bu meteor yağışları barədə əsas tarixlər və detalları təqdim edirik:
6–10 oktyabr tarixləri arasında, xüsusilə Şimal yarımkürəsində yaşayanlar "Drakonidlər" meteor yağışını müşahidə edə biləcəklər. Ən güclü təsirin 8 oktyabr Bakı vaxtı ilə saat 23:00-da baş verməsi gözlənilir.
Meteorlar adını aldıqları "Drako" (Əjdaha) bürcünün baş hissəsindən keçir. Onları ən yaxşı şəkildə gecə yarısından əvvəl, səmanın şimal-qərb istiqamətində görmək mümkündür. Hər il eyni intensivlikdə olmasa da, "Drakonidlər" bəzən saatda yüzlərlə meteorun müşahidə oluna bildiyi təsirli "səma fırtınaları" yarada bilir. Lakin bu il Ayın parlaq hilal mərhələsində olması görünürlüğü qismən azalda bilər. Müşahidə şansını artırmaq üçün şəhər işıqlarından uzaq bir yer seçmək və Ay işığından qorunmaq tövsiyə olunur.
Ayın ikinci yarısında isə növbə "Orionidlər" meteor yağışına çatacaq. 21 oktyabr gecəsi zirvəyə çatması gözlənilən bu hadisə zamanı saatda təxminən 20 meteor səmada parlayacaq. NASA, "Orionidlər"i "ilin ən gözəl meteor yağışlarından biri" kimi qiymətləndirir.
Bu meteorlar məşhur "Halley" quyruqlu ulduzunun arxasında buraxdığı qalıqlardan əmələ gəlir. Yer kürəsi "Halley"in orbitindən keçərkən bu hissəciklər atmosferə daxil olur və yanaraq parlaq izlər buraxır.
"Orionidlər" 26 sentyabr–22 noyabr tarixləri arasında müşahidə edilə bilər, lakin ən əlverişli vaxt 21 oktyabr gecəsi, gecə yarısından sonrakı saatlardır. Həmin gecə səmada Ay görünməyəcəyi üçün müşahidə şəraiti son dərəcə uyğun olacaq. Şimal yarımkürəsində şərq-cənub-şərq, Cənub yarımkürəsində isə şimal-şərq istiqamətinə baxmaq tövsiyə olunur.
Qaranlıq bir məkanda, isti bir örtük və bir qədər səbrlə bu "səma möcüzəsinin" dadını çıxarmaq istəyənlər üçün oktyabr ayı tam mənasında ulduz izləmə dövrünə çevriləcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 835 Tarix: 09 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq
"TələbəPlus" vasitəsilə tələbələrə yeni üstünlük təqdim olunub. "Qafqazinfo" xəbər verir ki, belə ki, artıq tələbələr "BakıKart" üzrə gediş haqqını "TələbəPlus" kartı ilə ödədikdə 10% bonus əldə edə biləcəklər. Bonus həm fiziki "TələbəPlus" kartı, hə
16.09.2026 180 Bu ölkədə 1 əsr yaşayanların sayı 100 mini keçdi - Yeni rekord
Yaponiyada 100 və daha yuxarı yaşda olan insanların sayı ilk dəfə 100 mini keçərək 107 min 677 nəfərə çatıb. Bununla da ölkədə 100 yaşdan çox yaşayanların sayı ardıcıl 56-cı il artaraq yeni rekorda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin məlumatın
16.09.2026 115 Bakıdakı ŞOK qiymətlər - 1,5 milyona mənzil, 7 min manatlıq kirayə ev
Bakıda evlərin və kirayə mənzillərin qiyməti ildən-ilə artır. Bəs görəsən, paytaxtın ən bahalı evlərinin yerləşdiyi ərazilər harada yerləşir? Orada qiymətlər neçəyədir?. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc -a açıqlamasında bildirib ki, paytaxtın ən bahalı mənzilləri 1 milyo
16.09.2026 202 Türkiyədə tekstildə daralmanın mərkəzində sifariş var: PMI 44,1-ə gerilədi
Tekstildə PMI avqustda 44,1-ə geriləyərkən, yeni sifarişlər 40,5-ə düşdü. Enes Dikmen əsas riskin sifarişlərin gələcək görünürlüğündəki zəifləmə olduğunu bildirib. İstanbul Sənaye Palatasının (İSO) 2026-cı ilin avqust ayı üzrə Türkiyə Sektoral PMI məlumatları tekstil sektorunda daralmanın yenidən sürətləndiyin
16.09.2026 186 Bu zabitlərin hərbi rütbədə olma müddəti - Azaldılır
Zabitlərin hərbi rütbədə olma müddəti ilə bağlı qanunvericiliyə dəyişiklik edilir. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Hərbi xidmətkeçmə haqqında" Qanuna təkli
16.09.2026 227 "Kurtlar Vadisi Pusu" serialı ilə bağlı araşdırma başladı - FETÖ ilə əlaqə
Xəbər verdiyimiz kimi Türkiyədə Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində "Kurtlar Vadisi Pusu" serialının ssenaristlərinə qarşı araşdırma aparılmasına qərar verilib. Türkiyə mediasına istinadla xəbər veri
16.09.2026 212 Kirpik qaynağı ilə bağlı araşdırma: 25 qadından 24-də gənə aşkarlanıb
Gözəllik məqsədilə geniş istifadə olunan kirpik uzatma proseduru ilə bağlı yeni araşdırma diqqətçəkən nəticələr ortaya qoyub. Alimlər uzun müddət və müntəzəm şəkildə kirpik uzatdıran şəxslərdə göz ətrafında parazitlərin və digər qalıqların toplanması riskinə diqqət çəkiblər. Qaynarinfo xəbər verir ki
16.09.2026 155 "Bank of Baku"dan ŞİKAYƏT VAR
Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə
16.09.2026 176 Azadlıq heykəlinin məşəli 110 ildir bağlıdır: 1916-cı ildə nə baş verib?
Hər il milyonlarla turist Nyu-Yorkdakı Azadlıq heykəlini ziyarət edir, lakin onun məşəlinə qalxmağa icazə verilmir. Abidənin ən yüksək müşahidə meydançasına giriş hələ 1916-cı ildə bağlanıb. Bu gün turistlər Azadlıq heykəlinin tacına qədər 162 pillə qalxa bilirlər, lakin məşələ aparan yolu artıq 11
16.09.2026 116