Gün ərzində yuxusuzluqluğunuza çarə olan 5 qida - Daha gümrah edəcək
Gün ərzində yuxulu hiss etməyimiz bəzən gecə necə yatmağımızla bağlı olmur. Əslində, qəbul etdiyiniz qidalar da bu vəziyyətdə mühüm rol oynayır. Qidalar yalnız enerji mənbəyi deyil, həm də fəaliyyət və məhsuldarlığın əsas tənzimləyicisidir. Rafinə karbohidratlarla zəngin qidalanma rejimi qan şəkərini sürətlə qaldırıb endirərək sizi halsız və yorğun sala bilər. Dəmir və vitamin çatışmazlığı olan bir pəhriz isə bədəndə oksigen dövranını azaldaraq yorğunluğa səbəb ola bilər.
Qaynarinfo gün ərzində yorğunluğunuzu aradan qaldıran, vitamin və qida balansınızı qoruyan qidaların siyahısını təqdim edir:
İspanaq
Orqanizmdə dəmir çatışmazlığı yorğunluq və yuxululuğun ən yayılmış səbəblərindəndir və qanazlığına gətirib çıxara bilər. Bu çatışmazlığı aradan qaldırmaq üçün ən yaxşı qidalardan biri ispanaqdır. Çox vaxt "super tərəvəz" adlandırılan ispanaq həm dəmir, həm də maqnezium baxımından zəngindir.
İspanağı rasionunuza daxil etmək sizi bir anda gücləndirməsə də, salatlara, şorbalara və ya omletlərə əlavə etmək gün ərzində yuxululuğu azalda bilər.
Mərcimək
Fol turşusu (B9 vitamini) çatışmazlığı da yorğunluğa səbəb olur və bu problemi aradan qaldırmaqda mərcimək kömək edə bilər. Mərcimək fol turşusu ilə zəngin olan ən yaxşı qidalardan biridir. Zülalla da zəngin olan bu xırda dənələr həm ucuz, həm də asan əldə ediləndir. Yeməklərə və salatlara mərcimək əlavə etmək, həmçinin qovrulmuş şəkildə qəlyanaltı kimi yemək enerjini artırmağın yaxşı üsuludur.
Balqabaq tumu
Balqabaq tumu kiçik olsa da, çox faydalıdır. Bu tumlar maqnezium, sink və sağlam yağlarla zəngindir. Sink immun sisteminin fəaliyyətini gücləndirir, maqnezium isə yorğunluq və stressin azaldılmasında mühüm rol oynayır. Elmi tədqiqatlar maqneziumun yuxu keyfiyyətini yaxşılaşdırdığını göstərir.
Bir ovuc qovrulmuş balqabaq tumunu qəlyanaltıda yemək və ya qatıq, yulaf və salatların üzərinə səpmək gündəlik qəbul üçün kifayətdir.
Banan
Banan şəkər və lifin ideal birləşməsidir. Bu nisbət, rafinə şəkərlərin yaratdığı ani enerji çöküşü olmadan, bədən üçün davamlı enerji mənbəyi yaradır. Kalium çatışmazlığı da halsızlıq və əzələ zəifliyinə səbəb olur. Banan kaliumla zəngindir və sinir, əzələ fəaliyyətini dəstəkləyir.
Diabet və xroniki böyrək xəstəliyi olan şəxslərə isə bananı məhdud miqdarda qəbul etmək tövsiyə olunur.
Yağlı balıqlar
B12 vitamini çatışmazlığı insanın özünü daim yorğun və yuxusuz hiss etməsinə səbəb ola bilər. "Beyin qidası" adlandırılan yağlı balıqlar B12 vitamini ilə zəngindir. Bu vitamin bədəndə qırmızı qan hüceyrələrinin yaranmasını və oksigen daşınmasını təmin edir. Həftədə iki dəfə yağlı balıq yemək B12 çatışmazlığından qaynaqlanan yorğunluğu azaldaraq əhvalı və oyanıqlığı artırır.
Bu balıqları qızartmadan, közdə, sobada və ya buxarda bişirmək ən sağlam üsullardandır.
Unutmamalıyıq ki, bədəndə qida, vitamin və mineral çatışmazlığı yuxululuq və halsızlığa səbəb olur. İspanaq, mərcimək, balqabaq tumu, banan və yağlı balıqlar kimi qida baxımından zəngin məhsullar qan dövranını yaxşılaşdırır, qan şəkərini sabit saxlayır və beyin funksiyalarını dəstəkləyir.
Bu cür balanslı qidalanma nəticəsində insan gün ərzində daha oyaq, diqqətli və məhsuldar qala bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 921 Tarix: 09 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"
"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi
15.11.2026 148 Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları
15.11.2026 178 Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil
Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər
15.11.2026 183 Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb
"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə
15.11.2026 184 Rəsmi Tehran: İran mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır
"İran strateji tərəfdaşları olan və Tehranın mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır". "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Biz həm Rusiya, həm də Çinlə sıx təmasdayıq. Çin və Rusiya bizim stratej
15.11.2026 170 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"
"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları
15.11.2026 152 İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk
15.11.2026 166 Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi
15.11.2026 187 Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın
15.11.2026 201