"Müəllim yumruqla uşağımın üzünə vurdu, gözlərində problem yarandı"
Yardımlı rayonunun kəndlərindən birində yaşayan Elnur Məlikov 5-ci sinifdə oxuyan oğlunun müəllim tərəfindən döyüldüyünü iddia edir.
"Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı şikayətçi sosial şəbəkələrdə videolar yayıb.
O bildirib ki, sentyabrın 17-də övladını dərsə yola salıb. Məktəbdə olarkən isə riyaziyyat müəllimi A.Heydərov oğlunu vuraraq ona xəsarət yetirib: "Müəllim dərs tapşırığını yaxşı yerinə yetirmədiyinə görə yumruqla uşağın üzünə zərbə endirib. Bundan sonra uşaqda güclü qorxu-stres yaranıb, evə gələndə kəkələyirdi. Bir neçə gün keçdikdən sonra övladımın problemləri daha da artdı, özündən gedir, heç kimi tanımır. Həmçinin gözlərində, baxışlarında problem yarandı. Bir adamı 2 nəfər kimi görür. Biz uşağı xəstəxanaya apardıq. Orada bildirdilər ki, övladımda güclü qorxu yaranıb və psixologiyası pozulub. Uşağa müalicə yazdılar və qaranlıq otaqda sakit saxlamağı məsləhət gördülər".
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirildi ki, hazırda həmin müraciət əsasında Yardımlı Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır: "Təyin edilmiş müvafiq ekspertizanın rəyi və araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 896 Tarix: 08 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAna Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil
Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər
15.11.2026 183 Paşinyan: Ermənistan yaxın 20 ildə Aİ-nin üzvü ola bilər
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər. "Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb. "Mə
15.11.2026 176 Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi
15.11.2026 187 Prezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"
"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi
15.11.2026 148 İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk
15.11.2026 166 "Empire State Building"ə qalxan cütlüyün işi ağırlaşdı
ABŞ prokurorluğu Nyu-Yorkdakı "Empire State Building" göydələninə dırmaşan rusiyalı ruferlər İvan Kuznetsov və Ancelina Nikolau ilə bağlı ittiham razılaşmasından imtina edib. Axşam.az xəbər verir ki, bu barədə onların vəkili Noem Biel TASS-a açıqlamasında bildirib. Vəkilin sözlərinə görə, prokurorlu
15.11.2026 172 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
15.11.2026 200 Azərbaycana gətirilən bahalı avtomobillərin sayı artdı - Rəqəmlər
Oktyabrda Azərbaycanın avtomobil bazarında median qiymət 3.7 faiz artaraq 19 500 manata çatıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) -a bildirilib ki, bu yüksəliş real bahalaşma ilə deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin tərkibinin dəyişməsi ilə bağlıdır. Palatanın hesablamaların
15.11.2026 204 Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub
Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb
15.11.2026 191