Bu laboratoriyada insan beynindən kompüter hazırlanır
Alimlər "süni beyinlərə" qarşı xüsusi simpatiya hissi bəsləmirlər, onların fikrincə, bunlar sadəcə başqa materialdan hazırlanmış kompüterlərdir. BBC jurnalisti Zoi Klaynman İsveçrənin FinalSpark laboratoriyasına baş çəkib və burada alimlərin üzərində işlədiyi qeyri-adi texnologiyanı - Wetware adlanan miniatür "beyin orqanidlərini" öz gözləri ilə görüb. Bu orqanidlər sınaq borularında insanın dəri hüceyrələrindən əldə edilən kök hüceyrələr vasitəsilə yetişdirilir və kiçik neyron yığınlarından ibarət olur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, onlar siqnal ötürmək və məlumat emal etmək qabiliyyətinə malikdirlər, amma bu proses hələ çox sadə səviyyədədir.
Mini-beyinlər necə yaradılır
Orqanidlərin hazırlanması adi dəri hüceyrələrinin yenidən proqramlaşdırılması ilə başlayır. Bu hüceyrələr kök hüceyrələrə çevrilir və daha sonra laborator şəraitdə böyüdülərək "mini-beyinlərə" çevrilir. Mikroskop altında onlar bir neçə kiçik ağ kürəcik kimi görünürlər.
Lakin bu strukturlar hələ çox kövrəkdir və təxminən dörd ay yaşayırlar, çünki hazırda insan beynində olduğu kimi onları qidalandıran qan dövranı sistemini süni şəkildə yaratmaq mümkün deyil. Maraqlıdır ki, bəzi hallarda orqanidlər "ölüm" ərəfəsində qısa müddətli aktivlik artımı göstərirlər, lakin alimlər bunu sadəcə bioloji reaksiya kimi qiymətləndirirlər və romantik mənalar yükləmirlər. Onların fikrincə, bu orqanidlər canlı deyil, sadəcə başqa materialdan düzəldilmiş kompüterlərdir.
Beyin-kompüterlər necə işləyir
FinalSpark laboratoriyasındakı biokompyuterlərdə bu "beyin hissəcikləri" elektrodlar vasitəsilə kompüter sisteminə qoşulur və sadə klaviatura komandalarına reaksiya verə bilir. Onların fəaliyyəti elektroensefaloqrammaya (EEQ) bənzər qrafiklərlə izlənilir.
Bu sahədə tədqiqatlar yalnız "FinalSpark"la məhdudlaşmır. Dünyanın müxtəlif laboratoriyalarında süni neyronlar artıq "Pong" kimi klassik oyunları öyrənməyə, həmçinin Alzheimer və autizm kimi xəstəliklərə qarşı dərman sınaqları üçün istifadə olunmağa başlanıb.
Gələcəyin məqsədi - bioloji və süni ağlın birləşməsi
Alimlər ümid edirlər ki, gələcəkdə Wetware texnologiyası ənənəvi mikrosxemləri əvəz etməyəcək, əksinə onları tamamlayacaq. Bu, insan beyninə xas sürət və enerji səmərəliliyini kompüterlərə qazandırmağa kömək edə bilər.
Qeyd edək ki, daha əvvəl ABŞ alimləri insan düşüncələrini oxuya bilən beyin implantı hazırlamışdılar, ilkin sınaqlarda bu cihazın "fikirləri oxuma dəqiqliyi" 74 faiz təşkil etmişdi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 689 Tarix: 08 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident: "Ümummilli liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur"
"Ümummilli lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizi
15.11.2026 148 Fon der Lyayen: Aİ Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təqdim edəcək
Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen anti-Rusiya sanksiyalarının 22-ci paketini anons edib. "Report" xəbər verir ki, o bu barədə Dublində keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiyaya təzyiqlərin, xüsusən də əlavə sanksiyaları
15.11.2026 178 Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil
Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər
15.11.2026 183 Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb
"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib. "Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlə
15.11.2026 184 Rəsmi Tehran: İran mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır
"İran strateji tərəfdaşları olan və Tehranın mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır". "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Biz həm Rusiya, həm də Çinlə sıx təmasdayıq. Çin və Rusiya bizim stratej
15.11.2026 170 İlham Əliyev: "Radio və televiziya Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır"
"Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da ilk dəfə efirə çıxan Azərbaycan radiosu ötən əsr ərzində xalqımızın ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrildi. Radio uzun illər insanları
15.11.2026 152 İran BAEA ilə əməkdaşlıqda dəyişiklik gözləmir
İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir. "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında əməkdaşlıqda dəyişiklik gözləyə bilmərik. Çünk
15.11.2026 166 Kəndlinin qazancına 2 faizlik vergi: Bazarda qiymətlər arta bilər? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. ABŞ elçiləri Putin və Zelenski ilə görüşdülər: danışıqlar Avropanın təhlükəsizlik gündəliyini dəyişə bilər?. Uşağa şiddətə görə cərimə: qorxutmaq da cəzalanmaya səbəb ola bilər?. 2027-ci ildən aqrar sektorda yeni vergi rejimi
15.11.2026 187 Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın
15.11.2026 201