Politoloq: Prezident İlham Əliyevin çıxışı yeni Türk geosiyasətinin manifestidir

Politoloq: Prezident İlham Əliyevin çıxışı yeni Türk geosiyasətinin manifestidir"Prezident İlham Əliyevin Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısındakı çıxışı həm məzmun, həm də strateji baxımdan dərin mesajlar ehtiva edirdi. O, bu çıxışında Türk dünyasının artıq sadəcə mədəni-mənəvi birlik deyil, siyasi, iqtisadi və təhlükəsizlik baxımından da formalaşmış güc mərkəzinə çevrildiyini vurğuladı. Əliyevin ritorikasında "vahid güc mərkəzi" anlayışı təsadüfi deyildi – bu, postsovet məkanında və qlobal arenada yeni güc balansının formalaşdığını göstərən siyasi mesaj idi.
Prezidentin vurğuladığı əsas ideya, Türk dünyasının parçalanmış deyil, koordinasiyalı və məqsədyönlü şəkildə hərəkət etməsi zərurətidir. Çünki XXI əsrin geosiyasəti artıq milli təkbaşınalıqla deyil, kollektiv güclə nəticə verir. İlham Əliyev bu kontekstdə TDT-nin yalnız humanitar və iqtisadi platforma deyil, həm də təhlükəsizlik və müdafiə baxımından mühüm mexanizmə çevrilməsini təklif etdi".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

O, qeyd edib ki, hərbi təlimlər məsələsinin önə çəkilməsi, əslində, regional sabitliyin qorunması və ortaq təhlükəsizlik mexanizmlərinin formalaşması zərurəti ilə bağlıdır. Prezidentin fikrincə, Türk dövlətləri eyni tarixi köklərə malik olduqları kimi, eyni təhlükələrlə də üzləşirlər – bu, həm informasiya müharibəsi, həm də real hərbi təhdidlər müstəvisində özünü göstərir. Ona görə də, ortaq hərbi təlimlərin keçirilməsi təkcə müdafiə məsələsi deyil, həm də strateji həmrəyliyin rəmzidir. Əliyev bununla həm də TDT çərçivəsində ortaq müdafiə doktrinasının əsasını qoymağa çağırış etdi:
Politoloq: Prezident İlham Əliyevin çıxışı yeni Türk geosiyasətinin manifestidir"Digər mühüm detal, Prezidentin iqtisadi inteqrasiya və nəqliyyat layihələrinə xüsusi yer ayırması idi. O, Zəngəzur dəhlizi və Orta Dəhliz kimi layihələrin yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün strateji mahiyyət daşıdığını bildirdi. Əliyev vurğuladı ki, bu layihələr Türk dünyasını Çindən Avropaya qədər birləşdirən real logistika və enerji xəritəsinə çevirir.

İlham Əliyevin çıxışında həm də tarixi yaddaş və milli kimlik məsələsinə xüsusi vurğu var idi – o, Türk dünyasının ortaq dəyərlərinin qloballaşma təzyiqinə qarşı mədəni sipər rolunu oynadığını qeyd etdi. Bu, bir növ ideoloji qarşıdurmada Türk sivilizasiyasının mövqeyini gücləndirmək mesajı idi.

Əliyevin TDT-ni vahid güc mərkəzi kimi görmək istəyi, əslində, Türkiyə ilə Azərbaycanın yaratdığı "iki dövlət – bir millət" modelini geniş məkanda – "bir millət – çox dövlət" prinsipinə çevirmək niyyətindən doğur. Bu konsepsiya həm siyasi, həm də mədəni baxımdan Türk dünyasının qlobal miqyasda söz sahibinə çevrilməsini hədəfləyir.

Prezident həmçinin açıq şəkildə bildirdi ki, Türk dövlətlərinin əməkdaşlığı kimsəyə qarşı deyil, amma kimsənin diktəsi altında da olmayacaq. Bu, Azərbaycanın və bütövlükdə Türk dünyasının müstəqil geosiyasi mövqeyini ifadə edən cəsarətli bəyanat idi.

Nəticə etibarilə, İlham Əliyevin çıxışı TDT-nin gələcək strateji istiqamətinin konturlarını müəyyənləşdirdi: iqtisadi inteqrasiya, hərbi koordinasiya, siyasi həmrəylik və mədəni özünüdərk. Bu çıxış təkcə bir liderin fikri deyil, yeni Türk geosiyasətinin manifestidir. Əliyev bir daha sübut etdi ki, Türk dünyasının gələcəyi "bərabər tərəfdaşlıq"dan çox, "vahid güc mərkəzi" ideyasına əsaslanacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 651   Tarix: 08 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"

Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya

16.09.2026 407
.

Böyük Britaniya Baş nazirinin Tramp ilə ilk görüşü gözlənilir

Böyük Britaniyanın Baş naziri Endi Börnhamın gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla ilk dəfə üz-üzə görüşməsi gözlənilir. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Börnham BMT-dəki çıxışı zamanı Böyük Britaniyanın beynəlxalq siyasətd

16.09.2026 246
.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

16.09.2026 164
.

UNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video

Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə

16.09.2026 202
.

İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır

Paytaxtımız Bakı şəhəri son illərdə bir çox iri miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər çərçivəsində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilib. 2017-ci ildə isə ölkəmizin təşəbbüsü və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıd

16.09.2026 171
.

Hər gün yediyimiz bu ət xərçəng riskini artıra bilər - XƏBƏRDARLIQ

Alimlərin diqqətini yalnız kolbasa və bekon çəkməyib. 450 mindən çox insanın iştirak etdiyi araşdırma adətən daha sağlam seçim hesab edilən ətlə bağlı da gözlənilməz nəticələr ortaya qoyub. xarici mediaya istinadən xəbər verir ki, kolbasa, bekon və digər emal olunmuş ət məhsullarını tez-tez yemək məd

16.09.2026 195
.

Tramp Rusiyaya qarşı sanksiyaları təsdiqləyəcək

"ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar üzrə qanun layihəsini imzalayacağına söz verib". xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Maykl Makkol bildirib. "Qaydaları təsdiqlədik, indi qanun layihəsi üzrə son səsvermədən əvvəl tam müzakirə aparmalıyıq. Sənə

16.09.2026 145
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16.09.2026 201
.

Əhdiman və dostu sərbəst buraxıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala

16.09.2026 287
.