8 ildir evlərinə həsrət qalıblar: "Eurostroy S.S" mənzilləri təhvil vermir (VİDEO)
Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Firdovsi Məmmədov 17 ünvanında yerləşən "Sipark" yaşayış kompleksindəki evlərini 6 il əvvəl təhvil almalı olan insanlar hələ də MTK-nın yolunda ayaq döyməli olur.
Qaynarinfo xəbər verir ki, REAL TV-yə danışan sakinlərin sözlərinə görə, 2017-ci ildə onlar "Eurostroy S.S" şirkəti ilə müqavilə imzalayıblar.
Şikayətçilər iddia edir ki, 2 ilə yekunlaşmalı olan binanın tikintisi artıq 8 ildir bitmək bilmir. Həmçinin sakinlər kirayə ödənişlərini də vaxtlı-vaxtında ala bilmirlər. Şirkət hər ay ödəməli olduğu məbləği həftələr ərzində hissə-hissə ödəyir:
"300 manata müqavilə bağlayıblar, bu ərazidə də evlərin kirayə qiymətləri qalxıb. 500 manatdan aşağı kirayə yoxdur. Evi də 9 ildir nə qədər gözləyək? Hər dəfə söz verirlər, nəticəsi də yoxdur. Həftəyə 100 manat ödəyirlər. Mən də ehtiyacımı ödəyə bilmirəm. Ev pulunu verə bilmirəm, kirayəçiyəm. Müdiriyyət bizə demişdi ki, 5 -10 noyabr arası evlər təhvil veriləcək. Biz çox əziyyət çəkirirk. 9 ildir gəlib gedirik, heç bir nəticə yoxdur. Tikinti də göz qabağındadır. Buranı 1 aya təhvil vermək olar?"
Sözügedən şirkətin əməkdaşı isə problemdən xəbərdar olduqlarını, sakinlərə işlərlə bağlı vaxtaşırı məlumat verdiklərini bildirib:
"Bu yaxınlarda sakinlərlə görüşmüşük və onlara bu barədə geniş məlumat vermişik. Müəyyən səbəblərdən bir az gecikmələrimiz olub. Demək olar ki, 3 blok artıq hazırdır. Onların liftləri də gəlib. Liftlərin quraşdırılması və dam örtüyünün örtülməsi istiqamətində işlər gedir. İlin sonunadək həmin 3 bloku sakinlərə təhvil verəcəyik. Qalan digər bloklar isə onlardan 4-5 ay sonra təhvil veriləcək. Ödənişlərdə də müəyyən gecikmələr var, amma heç bir sakin deyə bilməz ki, biz hər həftə pul almırıq. Kirayə pulu, demək olar ki, ödənilir. Müəyyən gecikmə olubsa, o pullar da hesablanıb həmin sakinlərə qəpiyinə qədər ödəniləcək. Kirayə ilə bağlı heç kəsin 1 manatı da şirkətdə qalmayacaq".
Daha ətraflı videomaterialda:
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 495 Tarix: 08 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMakiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"
Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya
16.09.2026 407 Böyük Britaniya Baş nazirinin Tramp ilə ilk görüşü gözlənilir
Böyük Britaniyanın Baş naziri Endi Börnhamın gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla ilk dəfə üz-üzə görüşməsi gözlənilir. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Börnham BMT-dəki çıxışı zamanı Böyük Britaniyanın beynəlxalq siyasətd
16.09.2026 246 "SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO
Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini
16.09.2026 164 UNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video
Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə
16.09.2026 202 İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır
Paytaxtımız Bakı şəhəri son illərdə bir çox iri miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər çərçivəsində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilib. 2017-ci ildə isə ölkəmizin təşəbbüsü və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıd
16.09.2026 171 Hər gün yediyimiz bu ət xərçəng riskini artıra bilər - XƏBƏRDARLIQ
Alimlərin diqqətini yalnız kolbasa və bekon çəkməyib. 450 mindən çox insanın iştirak etdiyi araşdırma adətən daha sağlam seçim hesab edilən ətlə bağlı da gözlənilməz nəticələr ortaya qoyub. xarici mediaya istinadən xəbər verir ki, kolbasa, bekon və digər emal olunmuş ət məhsullarını tez-tez yemək məd
16.09.2026 195 Tramp Rusiyaya qarşı sanksiyaları təsdiqləyəcək
"ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar üzrə qanun layihəsini imzalayacağına söz verib". xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Maykl Makkol bildirib. "Qaydaları təsdiqlədik, indi qanun layihəsi üzrə son səsvermədən əvvəl tam müzakirə aparmalıyıq. Sənə
16.09.2026 145 Ramiz Mehdiyevin işində onlar da dindirilib
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə
16.09.2026 201 Əhdiman və dostu sərbəst buraxıldı
Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala
16.09.2026 287