207 saylı körpələr evi ilə bağlı İDDİA: Direktor ərzaqları öz bağçasına daşıtdırıb?
207 saylı dövlət uşaq bağçasının valideynləri iddia edirlər ki, müəssisənin direktoru Yeganə Sadıqova dövlət büdcəsi hesabına təmin olunan ərzaqları özünə məxsus digər özəl uşaq bağçasına daşıtdırır. Valideynlərin sözlərinə görə, bağçada hər bir uşaq üçün əlavə olaraq 20 manat məbləğində "fond pulu" toplanır.
Həmin pulu ödəməyən uşaqlar isə bağçadan uzaqlaşdırılır. Baku TV iddiaların nə dərəcədə əsaslı olduğunu öyrənmək üçün 207 saylı bağçada olub. Bağçanın tərbiyəçisi Rəna Qocayeva bildirib ki, Yeganə Sadıqova bu iddialara görə ərizə yazaraq vəzifəsindən ayrılıb: "Yeganə müəllimə bu söhbətlərə görə ərizəsini yazıb işdən çıxıb. "Fond pulu" burada könüllüdür, məcburi deyil. Yeganə xanımın bağçası yoxdur, özünün tədris mərkəzi var, o da təzəlikcə fəaliyyətə başlamışdı. O dedi ki, əgər mənim haqqım, əməyim itirilirsə, onda ərizəmi yazıb gedirəm".
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, paytaxtdakı 207 nömrəli körpələr evi-uşaq bağçasının fəaliyyətinə dair iddialarla bağlı araşdırma aparılır: "Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Aşkarlanmış nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür. Müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq addımlar atılır".
Daha ətraflı Baku TV-nin videomaterialında:
BAKU.WS
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 647 Tarix: 08 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSüni intellekt bazarında təhlükə siqnalı - texnologiya şirkətlərinin səhmləri kəskin düşdü
Süni intellektin inkişaf tempinin təhlükəsizliyi ilə bağlı narahatlıqlar texnologiya bazarında ciddi dalğalanmaya səbəb olub. The İndependentın məlumatına görə, AI şirkətlərinin rəhbərlərinin inkişaf tempinin yavaşladılmasına dair açıqlamalarından sonra texnologiya şirkətlərinin səhmlərində kəskin eni
16.09.2026 206 Ramiz Mehdiyevin işində onlar da dindirilib
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə
16.09.2026 201 ABŞ-İran müharibəsində son vəziyyət: Vaşinqtonda müharibənin dayandırılması ilə bağlı yeni addım
ABŞ-İran müharibəsi davam edərkən, Vaşinqtonda münaqişənin dayandırılması ilə bağlı siyasi təzyiqlər artır. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, ABŞ Nümayəndələr Palatası sentyabrın 15-də prezident Donald Trampın Konqresin icazəsi olmadan İrana qarşı hərbi əməliyyatları davam etdirməsinin qarşısın
16.09.2026 233 Hellouin təhlükə altında: İsti hava bayramın əsas simvolunu məhv edə bilər
Bu il Hellouin üçün yetişdirilən balqabaqlar ənənəvi fənərlər hazırlamaq üçün çox kiçik ola bilər. Qaynarinfo "The Independent"ə istinadən xəbər verir ki, buna rekord istilik dalğaları və məhsulun inkişafına mənfi təsir göstərən uzunmüddətli quraqlıq səbəb olub. Narıncı balqabaqlar ənənəv
16.09.2026 121 "Bank of Baku"dan ŞİKAYƏT VAR
Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə
16.09.2026 176 Hər gün yediyimiz bu ət xərçəng riskini artıra bilər - XƏBƏRDARLIQ
Alimlərin diqqətini yalnız kolbasa və bekon çəkməyib. 450 mindən çox insanın iştirak etdiyi araşdırma adətən daha sağlam seçim hesab edilən ətlə bağlı da gözlənilməz nəticələr ortaya qoyub. xarici mediaya istinadən xəbər verir ki, kolbasa, bekon və digər emal olunmuş ət məhsullarını tez-tez yemək məd
16.09.2026 195 Azadlıq heykəlinin məşəli 110 ildir bağlıdır: 1916-cı ildə nə baş verib?
Hər il milyonlarla turist Nyu-Yorkdakı Azadlıq heykəlini ziyarət edir, lakin onun məşəlinə qalxmağa icazə verilmir. Abidənin ən yüksək müşahidə meydançasına giriş hələ 1916-cı ildə bağlanıb. Bu gün turistlər Azadlıq heykəlinin tacına qədər 162 pillə qalxa bilirlər, lakin məşələ aparan yolu artıq 11
16.09.2026 116 31 yaşlı pişiyin uzunömürlülük sirri - hansı suyu içir?
Tısbağa rəngli pişik ailədə hələ 1995-ci ildə peyda olub. Leslinin mərhum həyat yoldaşı balaca pişiyi üç aylıq olanda alıb. xarici mediaya istinadən xəbər verir ki, ev heyvanları arasında qeyri-adi uzunömürlülük hadisəsi bütün dünyada zooloqların və pişiksevərlərin diqqətini çəkib. Böyük Mançesterd
16.09.2026 190 Qızılın bir qramı neçəyədir?
Azərbaycanda 2026-cı il 16 sentyabr tarixinə olan qiymətli metalların qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, hazırda 1 unsiya qızılın qiyməti 7318,8570 manat, 1 qram təmiz qızılın (99 əyyar) qiyməti isə 235,31 manat təşkil edir. Digər növ qızılların 1 qramının qiymətinə gəlincə, 75
16.09.2026 179