Məşhur yazıçının öz dəfni üçün istəkləri: Şampan, musiqi və...

Məşhur yazıçının öz dəfni üçün istəkləri: Şampan, musiqi və...Məşhur yazıçı Cilli Kuper bazar günü vəfat etməzdən əvvəl, öz dəfn mərasimində necə görünmək istədiyini ətraflı təsvir edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, o, geyimindən tutmuş, tabutunda yanında olmasını istədiyi xırda əşyalara qədər hər şeyi qeyd edib.

Kuper deyib ki, o, tez-tez ölüm haqqında düşünür, amma bundan qorxmur. Yazıçı inanırdı ki, sadəcə cənnətə gedəcək. Orada onu günəş işığına qərq olmuş çəmənlikdə qarşılayan itlərini və ailə üzvlərini görəcəyini təsəvvür edib. Amma o, həm də orada sevmədiyi insanların olmamasını arzulayıb.

O, ağrı içində ölmək istəmədiyini vurğulayıb. Xüsusilə, insult və Alzeymer xəstəliyindən qorxub, çünki bu, onu başqalarından asılı vəziyyətə salardı. O, anasının dəfnindən sonra baş verən bir hadisəni də xatırlayıb: böyük qara quş qonaq otağında pəncərəyə ilişmişdi. Quş pəncərəyə çırpılırdı və Cilli əri Leodan onu azad etməsini xahiş etmişdi. Həmin an o, ölümün belə olmalı olduğunu düşündü: dəhşətli bir an, şüşəyə zərbə, sonra səni böyük əllər bürüyür və qəfildən pəncərədən çıxıb yeni həyata uçursan. Bu, onun fikrincə, "yaxşı bir yol" idi.

Cilli ölümündən sonra orqan donoru olmaq istədiyini də deyib. Amma zarafatla əlavə etmişdi ki, onun yaşında orqanlarının heç kimə lazım olmayacağını anlayır. O, "qalın yorkşir budlarını" nümunə kimi bağışlaya biləcəyini gülərək söyləyib.

O, dəfn mərasimindən imtina etməyi düşünüb, çünki bir sorğuda Fransada hər il təxminən 500 nəfərin qəbirdən səhvən çıxarıldığı bildirilirdi. Kremasiya, onun fikrincə, daha sadə olardı. Amma eyni zamanda, dəfn mərasimində səliqəli görünmək istəyib: büstqalter və kostyum geyinmək, yanında ərinin və uşaqlarının fotoları, şampan, şokolad konfetləri və Papa II İoann Pavelin vinil diski olmalı idi. Arxa planda isə pop musiqi səslənməli idi.

Kuper istəmişdi ki, mərasimi iki keşiş aparsın: sevimli kənd keşişi cənab Ferro və yaxın dostu – Prinkneş abbatlığından ata Demian. O, həmçinin Malerin "Minlərin Simfoniyası"nın Bornmut simfonik orkestri, Kral Opera Teatrının orkestri və Şotlandiya Kral milli orkestri tərəfindən ifa olunmasını arzulayıb. Bundan sonra isə Kriştina Rossettinin "Mən öləndə, əzizim, mənə kədərli nəğmələr oxuma" misrası ilə başlayan şeir səslənməli idi.

Bütün bunlardan sonra isə onların Qlosterşirdəki evlərinin bağında, vadinin mənzərəsinə baxan bir yerdə bayram əhval-ruhiyyəsində bir toplantı keçirilməli idi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 741   Tarix: 07 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq"

Məktəblinin ilk dərs günü ilə bağlı çəkdiyi video sosial şəbəkədə müzakirələrə yol açıb. xəbər verir ki, görüntüləri Azərbaycan Uşaqlar Birliyinin sədri, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadə sosial şəbəkə hesabında yayımlayıb. Videoda şagird məktəbə hazırlaşdığı və makiya

16.09.2026 407
.

Böyük Britaniya Baş nazirinin Tramp ilə ilk görüşü gözlənilir

Böyük Britaniyanın Baş naziri Endi Börnhamın gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla ilk dəfə üz-üzə görüşməsi gözlənilir. BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, Börnham BMT-dəki çıxışı zamanı Böyük Britaniyanın beynəlxalq siyasətd

16.09.2026 246
.

"SAB"ın kəsmiyi xarab çıxdı - VİDEO

Sosial şəbəkələrdə yerli qida istehsalçılarından birinin məhsulu ilə bağlı növbəti narazılıq işıqlandırılıb. "Yeni Sabah" xəbər verir ki, "Müştəriyəm, şikayətim var" qrupunda Əminə Abdullayeva adlı vətəndaş "Sab" markasına aid kəsmik məhsulunun qablaşdırması ilə tərkibini

16.09.2026 164
.

UNEC-ə gedən yoldakı təmir tələbələrə çətinlik yaratdı - Açıqlama - Video

Sosial şəbəkələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ikinci tədris binasının qarşısında tikinti işlərinin getməsi və ali təhsil müəssisəsinə gedən tələbələrin çətinliklə üzləşməsi ilə bağlı görüntülər yayılıb. "Qafqazinfo" məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlə

16.09.2026 202
.

İşğaldan azad edilən ərazilərdəki işlər tarixi ədalətin və mənəvi yaddaşın bərpasıdır

Paytaxtımız Bakı şəhəri son illərdə bir çox iri miqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər çərçivəsində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə bir çox tədbirlər keçirilib. 2017-ci ildə isə ölkəmizin təşəbbüsü və bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıd

16.09.2026 171
.

Hər gün yediyimiz bu ət xərçəng riskini artıra bilər - XƏBƏRDARLIQ

Alimlərin diqqətini yalnız kolbasa və bekon çəkməyib. 450 mindən çox insanın iştirak etdiyi araşdırma adətən daha sağlam seçim hesab edilən ətlə bağlı da gözlənilməz nəticələr ortaya qoyub. xarici mediaya istinadən xəbər verir ki, kolbasa, bekon və digər emal olunmuş ət məhsullarını tez-tez yemək məd

16.09.2026 195
.

Tramp Rusiyaya qarşı sanksiyaları təsdiqləyəcək

"ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar üzrə qanun layihəsini imzalayacağına söz verib". xəbər verir ki, bu barədə ABŞ Nümayəndələr Palatasının üzvü Maykl Makkol bildirib. "Qaydaları təsdiqlədik, indi qanun layihəsi üzrə son səsvermədən əvvəl tam müzakirə aparmalıyıq. Sənə

16.09.2026 145
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16.09.2026 201
.

Əhdiman və dostu sərbəst buraxıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev istintaq müddətində polisin nəzarəti altında qalmaqla sərbəst buraxılıblar. "Qafqazinfo" "Unikal"a istinadən xəbər verir ki, hər iki şəxs sərbəst buraxılsala

16.09.2026 287
.