Təhsil eksperti xəbərdarlıq edir: Dərsliklər şagirdin inkişafına uyğun deyil

Təhsil eksperti xəbərdarlıq edir: Dərsliklər şagirdin inkişafına uyğun deyil"Azərbaycanda 2025-ci ildə dərsliklərin yenilənməsi üçün 13 milyon manat vəsaitin ayrılması bir tərəfdən dövlətin təhsilə diqqətini göstərsə də, digər tərəfdən bu vəsaitin məntiqsiz, qeyri-effektiv və nəticəsiz xərcləndiyini sübut edən təkrar olunan struktur problemlər mövcuddur. Dərs vəsaitlərinə hər il milyonlarla manat pul ayrılmasına baxmayaraq, onların elmi-pedaqoji keyfiyyəti, psixoloji uyğunluğu və praktik tətbiq imkanları ciddi şəkildə şübhə altındadır. Əgər bu qədər böyük vəsait ayrılırsa, nəticə də müvafiq olaraq təhsil alanın inkişafına, müəllimin işini asanlaşdırmağa və məktəbdə təlim prosesinin effektivliyinə töhfə verməlidir. Lakin real mənzərə tam əksini göstərir".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

O, qeyd edib ki, dərsliklərdəki problemlərin kökündə bir neçə sistemli çatışmazlıq dayanır. Birincisi, şagirdlərin yaş xüsusiyyətləri və psixoloji inkişaf mərhələləri nəzərə alınmadan mətnlərin və tapşırıqların tərtib olunmasıdır. Məsələn, ibtidai sinif "Azərbaycan dili" dərsliyində I və II sinif şagirdləri üçün nəzərdə tutulan mətnlərin lüğət tərkibi ağır, cümlə quruluşu mürəkkəb və informativ yükü olduqca yüklənmişdir. Bu, inkişaf psixologiyasında Jean Piaget və Lev Vıqotski kimi tanınmış nəzəriyyəçilərin təklif etdiyi "şagirdin proksimal inkişaf zonası" prinsipinə ziddir. Şagird öz psixoloji və zehni yaşına uyğun olmayan bilgilərlə qarşılaşdıqda, öyrənmə prosesi travmaya və öyrənmədən soyumağa çevrilir:
Təhsil eksperti xəbərdarlıq edir: Dərsliklər şagirdin inkişafına uyğun deyil"İkincisi, dərsliklərin çoxunda məzmunun ardıcıllığı və inteqrativliyi pozulub. Riyaziyyat, informatika və coğrafiya dərsliklərində anlayışlar arasındakı məntiqi əlaqələr qeyri-kafi şəkildə qurulub. Bu isə şagirdin düşünmə, nəticə çıxarma və tətbiqetmə bacarıqlarının formalaşmasına əngəl törədir. Üçüncüsü, dərsliklərdə şəkil, diaqram, cədvəl və vizual materialların ya keyfiyyətsiz, ya da qavrama gücünə uyğun olmayan şəkildə təqdim edilməsi dəfələrlə müşahidə olunub. Belə vizual təhriflər isə sinifdə müəllimin təlimini çətinləşdirir, şagirdin mövzunu qavramasını zəiflədir.

Bundan əlavə, faktoloji və terminoloji səhvlər, sual və tapşırıqlarda uyğunsuzluqlar, təkrarçılıq, ədəbi və tarixi mənbələrin yanlış interpretasiyası, ideoloji və sosial yanaşmalardakı qeyri-obyektivlik və müəllim üçün metodiki göstərişlərin natamamlığı dərsliklərin sistematik zəifliyini ortaya qoyur. Dövlət İmtahan Mərkəzinin qəbul və buraxılış imtahanlarında dərsliklərə istinadla qeydə aldığı illik 100-dən çox sual xətası buna bariz nümunədir.

Azərbaycan Respublikasının "Təhsil haqqında" Qanununun 18.2-ci maddəsində göstərilir ki, təhsil proqramları və dərs vəsaitləri şagirdlərin yaş və psixoloji xüsusiyyətlərinə uyğun olmalı, pedaqoji tələbləri və tədris məqsədlərini ödəməlidir. Lakin bu norma yalnız formal olaraq tətbiq edilir və təcrübədə onun icrasına nəzarət çox zəifdir. Əgər dərslik elmi, metodiki və psixoloji cəhətdən zəruri olan standartlara cavab vermirsə, ayrılan büdcə vəsaiti təkcə səmərəsiz xərclənmiş resurs deyil, həm də şagirdin inkişafına vurulan zərbə kimi dəyərləndirilməlidir.

Dünya təcrübəsində dərsliklərin hazırlanması açıq müsabiqə, ictimai iştirak və çoxsəviyyəli ekspertiza prinsipi ilə tənzimlənir. Məsələn, Finlandiyada dərsliklər dövlət tərəfindən yazılmır, müxtəlif nəşriyyatlar arasında müsabiqə ilə seçilir və yalnız müəllimlər, psixoloqlar, valideynlər və pedaqoji ekspertlərdən ibarət şura tərəfindən təsdiqlənir. Gürcüstanda dərsliklərin ictimai müzakirəsi məcburidir, Türkiyədə isə dərsliklərdəki dəyişikliklər yalnız 3 ildən bir və ictimai monitorinq əsasında həyata keçirilir. Azərbaycanda isə dərslik yazımı qapalı şəkildə həyata keçirilir, müəlliflər, rəy verən ekspertlər və qərarvericilər təkrar-təkrar eyni simalardır, bu isə təkrarçılıq, yaradıcılıq çatışmazlığı və məhdud pedaqoji baxış deməkdir.

Əgər bu sahədə ciddi dəyişikliklər həyata keçirilməzsə, illik milyonlarla manatlıq vəsait itirilmiş büdcə olaraq qalacaq, məktəbdə isə müəllim və şagirdlər bu sistemsizliklə mübarizə aparmağa məhkum ediləcək. Dərslik siyasətində islahatlar aparılmalı, açıq müsabiqə sisteminə keçilməli, şəffaf ictimai rəy mexanizmi qurulmalı, beynəlxalq nəşriyyatlarla əməkdaşlıq artırılmalı və hər bir dərslik mütləq şəkildə psixoloq, pedaqoq, fənn müəllimi və metodistlərin ortaq iştirakı ilə tərtib olunmalıdır.

Dərslik sadəcə kağızda bilik deyil, şagirdin dünyagörüşünü, düşünmə tərzini, şəxsiyyətini formalaşdıran əsas vasitədir. Əgər bu vasitə keyfiyyətsizdirsə, təhsil sisteminin bütövlükdə keyfiyyətindən danışmaq mənasızdır. Mövcud vəziyyət dərhal dəyişməli və dövlət tərəfindən ayrılan milyonlar təhsilin məzmununa çevrilməlidir, yoxsa bu vəsaitlərin nəticəsi cəmiyyət üçün sıfıra yaxın olacaq".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 710   Tarix: 07 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Bəzən yeni ətir seçmək əslində yeni bir "mən" hissini sınamaqdır" - DİLRUBA HƏSƏNOVA

İnsanların geyimindən, danışıq tərzindən və davranışlarından xarakterləri haqqında müəyyən təsəvvür formalaşdıra bilirik. Ümumiyyətlə ətir seçimi insanın xarakteri haqqında nə deyir?. Niyə bəzi qoxular bizi illər əvvələ qaytarır? Ətirə maraq niyə artır: dəb, özünüifadə, yoxsa psixoloji ehtiyac? . Mövz

17:22 173
.

Sabah Bakıya yağış yağacaq

Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayr

12:24 232
.

"PİSA göstəricilərində müsbət yerlərə gəlmək üçün ciddi addımlar atırıq" - İLKİN MƏHƏRRƏMOV

PISA 2025 Azərbaycanın təhsil göstəricilərində yeni mənzərə ortaya qoydu. 91 ölkənin iştirak etdiyi qiymətləndirmədə Azərbaycan hər üç əsas istiqamət üzrə ən böyük irəliləyiş göstərən ölkələr sırasında yer aldı. Bu nəticələr təkcə rəqəmlərin dəyişməsi deyil, həm də ölkənin təhsil sitemində aparılan islahatları

17:08 193
.

Rusiya dronları Ukrayna-Moldova sərhəd keçid məntəqəsində iki nəfəri öldürüb

Ukrayna hakimiyyəti çərşənbə günü bildirib ki, Rusiya dronları Ukrayna ilə Moldova arasında cənubi Odessa bölgəsindəki sərhəd keçid məntəqəsini vurub, iki nəfərin ölümünə səbəb olub və gecə ölkənin paytaxtı Kiyevə hücum edib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, qubernator Oleh Kiper Telegram-d

11:58 212
.

Vaşinqton Ukrayna ilə bağlı mövqeyini AÇIQLADI

ABŞ Ukraynadakı münaqişənin diplomatik yolla həllinə çalışır. xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff Vaşinqtonun münaqişəyə yanaşmasını açıqlayıb. Vitkoff bildirib: "Biz bu münaqişəyə kinetik deyil, diplomatik həll yolu axtarırıq"

14:43 174
.

Ət yeməyənlər DİQQƏT: Bu vitamin və minerallar çatışmaya bilər

"Tək bir qida məhsulu ətin bütün bioloji üstünlüklərini tam şəkildə əvəz etmir. Ət əsasən yüksək keyfiyyətli zülal mənbəyi hesab olunur. Zülallar amin turşularından ibarətdir və insan orqanizmi onların 20 növündən istifadə edir. Bu amin turşularının 9-u əvəzolunmaz hesab olunur. Yəni orqanizm onlar

15:38 221
.

Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - Detallar

Xəbər verdiyimiz kimi, tanınmış modelyer Leyla Əhmədova cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun məlumatına görə, modelyer dələduzluqdan əlavə özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, habelə vəzifə saxtakarlığında ittiham olunur. İş üzrə 8 nəfər zərərçəkmiş qismində tanınıb

11:31 282
.

Toydakı kütləvi zəhərlənmə buğlama və düyüyə görə olub

İsmayıllı rayonunda ötən ay baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Qafqazinfo"ya bildirilib ki, avqustun 20-də Göyçay Rayon Mərkəzi Xəstəxanası tərəfindən Agentliyinin çağrı mərkəzinə İsmayıllı rayonu, Hacıhətəmli kəndində toy məclisi zaman

20:46 135
.

Nepalda ölənlərin sayı artdı

Nepalda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 1367 nəfərə çatıb. xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Bildirilib ki, hazırda 5132 nəfər itkin düşmüş hesab olunur. Qeyd edək ki, avqustun 26-da Nepalda güclü daşqınlar baş verib

21:45 95
.