"Qərarı küçə yox, seçki qutusu verməlidir" – Tural İsmayılov

"Qərarı küçə yox, seçki qutusu verməlidir" – Tural İsmayılov"Gürcüstanda hazırda müşahidə olunan iğtişaşlar, əslində, seçki prosesinə xarici təsirlərin və daxili siyasi qütbləşmənin nəticəsidir. Prezident seçkilərinin yenidən keçirilməsi qərarı demokratiyanın böhranı deyil, əksinə, şəffaflıq və legitimlik axtarışının göstəricisidir."

Bunu BiG.AZ-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Ekspertin sözlərinə görə, Gürcüstan dövləti bu addımı atmaqla cəmiyyətin inamını qorumağa və siyasi sabitliyi təmin etməyə çalışır.

"Lakin müxalifətin radikal qanadı bu prosesi manipulyasiya edərək küçə etirazlarına çevirməyə cəhd göstərir. Bu, demokratik prosesin təbii gedişinə zərbə vurur və dövlət institutlarını hədəfə alır. Gürcüstan rəhbərliyi seçkinin yenilənməsini dövlətin möhkəmlənməsi üçün zəruri addım kimi qiymətləndirir," – deyə Tural İsmayılov vurğulayıb.
"Qərarı küçə yox, seçki qutusu verməlidir" – Tural İsmayılovPolitoloq qeyd edib ki, hazırkı iğtişaşlar ölkənin qərbyönlü kursuna deyil, siyasi sabitliyinə zərbə vurur.

"Gürcüstan uzun illərdir hüquqi dövlət və azad seçki prinsiplərini qorumağa çalışır və bu istiqamətdə mühüm irəliləyişlər əldə edib. İndi baş verənlər dövlətin deyil, siyasi eqoların toqquşmasıdır."

Ekspert əlavə edib ki, xarici dairələrin bu iğtişaşlardan istifadə edib ölkəni geosiyasi oyun meydanına çevirmək niyyəti də istisna deyil.

"Dövlətin vətəndaşlardan gözləntisi aydındır – qərarı küçə yox, seçki qutusu verməlidir. Hakimiyyətin sabitliyi və ictimai nizamın qorunması Gürcüstanın dövlətçilik maraqları baxımından prioritetdir."

Tural İsmayılovun fikrincə, bu iğtişaşlar uzun çəkməyəcək:

"Çünki gürcü xalqı anarxiyanın yox, sabitliyin tərəfdarıdır. Nəticədə, seçkilərin təkrar keçirilməsi Gürcüstanın demokratik iradəsinin güclənməsi ilə yekunlaşacaq. Dövlətin konstitusion çərçivəyə sadiqliyi və hüquqi prosedurlara əməl etməsi region üçün də müsbət nümunədir. Gürcüstan üçün bu mərhələ sınaqdır, amma eyni zamanda yetkin dövlət düşüncəsinin təzahürüdür. Dövlət möhkəmdir və bu böhrandan da daha güclü çıxacaq."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 822   Tarix: 07 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sabah leysan yağacaq

Oktyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricə

09.10.2026 247
.

Ürək sağlamlığı üçün yaşıl çayı nə vaxt içmək daha yaxşıdır?

Yaşıl çay qan damarlarını qorumağa və ürək-damar sisteminin sağlamlığını dəstəkləməyə kömək edə bilən antioksidantlar - katexinlərlə zəngindir. Bəzi məlumatlar onun xolesterin səviyyəsinə və arterial təzyiqə cüzi təsir göstərə biləcəyini göstərir. Lakin bununla bağlı sübutlar hələ kifayət qədər deyil

09.10.2026 273
.

Dinin hakim olduğu ölkələrdə yaşananları görmürükmü? - Rəşad Məcid

"Səmimi hicab tərəfdarlarının bəzən məsumluqla müxtəlif dəlillər gətirməsi mümkündür". xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə hesabındakı paylaşımında bildirib . "Hicaba qadağa yoxdur axı! Ancaq orta məktəblərə aid olan vahid geyim tərzi qərarını

09.10.2026 437
.

Astronomiyada sıçrayış: Günəş sisteminin 9-cu planetinin ilk izləri aşkar edildi

Alimlər Doqquzuncu planetin axtarışında, görünür, mühüm irəliləyiş əldə ediblər. Onlar parlaqlığı və yavaş hərəkəti Yerdən və Günəşdən belə uzaqlıqda yerləşən kosmik cisim üçün gözlənilən göstəricilərə tam uyğun gələn zəif bir obyekt aşkar ediblər. Qaynarinfo "Wion"a istinadən xəbər verir ki

09.10.2026 263
.

Təhsildə dünyəvilik və dini inanclara hörmət arasında tarazlıq qorunmalıdır

Müasir cəmiyyətdə təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Məktəb eyni zamanda uşaqların dünyagörüşünün, sosial davranışlarının və vətəndaşlıq mövqeyinin formalaşdığı mühüm ictimai mühitdir. Buna görə də təhsil sistemində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasınd

09.10.2026 216
.

Türkmənbaşı şəhərində İlham Əliyevin Məsud Pezeşkianla görüşü keçirilib - Foto

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə görüşü keçirilib. bu barədə AZƏRTAC-a istinadən xəbər verir. Görüşlə bağlı videonu Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb

09.10.2026 316
.

Almaniya Rusiyada şübhəli taun epidemiyası səbəbindən səyahət məhdudiyyətləri tətbiq edə bilər

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Yohann Vadeful Sibirdəki taun əleyhinə institutun bir əməkdaşının ölümündən sonra Rusiyadan tam şəffaflıq tələb edib. Teleqraf xəbər verir ki, Yohann Vadeful "Bild" qəzetinə müsahibəsində bildirib ki, Rusiya beynəlxalq ictimaiyyətin suallarına cava

09.10.2026 281
.

Dostluğun təntənəsi

"Prezident İlham Əliyev oktyabrın 9-da Türkmənistanda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib. Dövlətimizin başçısının iclasda iştirakı ölkəmizin təşkilat daxilində fəal rolunu və qarşıdakı illərdə MDB-nin fəaliyyətində daha mühüm mövqedə çıxış edəcəyini göstərir. Azərbaycanı

09.10.2026 181
.

Bu kurort payızın ən məşhur istirahət məkanına çevrilib

Avropanın müxtəlif ölkələrindən turistlər Baltik dənizi sahillərinə istirahətə üz tuturlar. Bu il xarici turizm istiqamətləri arasında Praqa, Budapeşt və Vilnüs xüsusi populyarlıq qazanıb. Lakin bəzi turistlər Avropa paytaxtlarına qısamüddətli səyahətlər əvəzinə Polşanın dənizkənarı kurortlarında klassi

09.10.2026 211
.