Vəkil: Övladlığa götürmə yalnız uşağın mənafeyi naminə mümkündür
Övladlığa götürməyə yalnız yetkinlik yaşına çatmayan uşaqlar barəsində və onların mənafeyi naminə, uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Bu proses üç mərhələdə həyata keçirilir.
Bunu BiG.AZ-a açıqlamasında vəkil Rəşad Əliyev bildirib.
Onun sözlərinə görə, övladlığa götürmək istəyən şəxsin (və ya şəxslərin):
uçota alınması,
övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi,
və övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi əsas mərhələlər sayılır.
Vəkil əlavə edib ki:
"Valideynləri olan uşaq yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Bu razılıq notariat qaydasında təsdiqlənməli, yaxud məhkəmədə şifahi şəkildə təqdim oluna bilər."
Rəşad Əliyev qeyd edib ki, bəzi hallarda valideynlərin razılığı olmadan da övladlığa götürmə mümkündür:
"Əgər valideynlər valideynlik hüquqlarından məhrum ediliblərsə və bundan bir il keçibsə, yaxud onlar qanunla fəaliyyət qabiliyyəti olmayan və ya xəbərsiz itkin düşmüş hesab ediliblərsə, belə halda razılıq tələb olunmur.
Bundan başqa, valideynlər 6 aydan artıq müddətdə uşaqla birgə yaşamır, onun tərbiyəsi və saxlanmasına biganə qalırsa, qəyyumluq orqanlarının xəbərdarlığına baxmayaraq valideynlik məsuliyyətini yerinə yetirmirlərsə, övladlığa götürmə onların razılığı olmadan da həyata keçirilə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 658 Tarix: 07 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHər gecənin bir "Sabah"ı var... - Yenilənib
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, "Sabah" turnirdə ilk ev oyununa çıxacaq. Azərbaycan çempionu Praqa "Slaviya"sını qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idar
13.10.2026 417 Prezidentdən sərgi iştirakçılarına - Müraciət
Prezident İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" - "Rebuild Karabakh" sərgisinin iştirakçılarına müraciət edib. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi 6-cı Azərbaycan Beynəlxal
11:23 145 Kəlağayı - nəsillərdən nəsillərə ötürülən milli sərvətimiz
Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı milli-mədəni dəyərlər arasında kəlağayının özünəməxsus yeri var. Zərif ipəkdən hazırlanan, rəngarəng naxışları və incə ornamentləri ilə seçilən bu sənət nümunəsi sadəcə qadın baş örtüyü deyil. Kəlağayı xalqımızın həyat tərzini, estetik zövqünü, dünyagörüşün
10:55 151 Kəlağayı Azərbaycan qadınının zövqünün və gözəlliyinin göstəricisidir
"Tarixin bütün mərhələlərində keçdiyi keşməkeşli yola baxmayaraq, Azərbaycan xalqı milli mədəni irsini və adət-ənənələrini qoruyub saxlamağı bacarmışdır. Tarixin süzgəcindən keçən elə dəyərlər var ki, onlar bizim mənəvi sərvətimizdir. Kəlağayı da bizim mənəvi sərvətlərimizdən biridir". Bu sözlər
11:56 170 Ordumuzun ilk qadın snayperi vəfat etdi
I Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan ordusunun ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib. Qaynarinfo xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, əslən Xızı rayonundan olan Növrəstə Yusifova Qarabağ müharibəsində Azərbaycanın ilk döyüşçü qadın snayper olub
10:06 172 Məktəbli forması - bərabərliyin, nizam-intizamın və sağlam təhsil mühitinin göstəricisi
Təhsil yalnız bilik və bacarıqların mənimsənilməsi ilə məhdudlaşmır. Məktəb həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri öyrəndiyi, məsuliyyət hissi qazandığı və cəmiyyətin bir üzvü kimi yetişdiyi mühüm mühitdir. Bu prosesdə tədrisin keyfiyyəti, müəllimlərin peşəkarlığı, valideynləri
14:04 65 Azərbaycan-Laos münasibətləri inkişafdadır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat və iki ölkə arasında imzalanmış sənədlər Azərbaycan diplomatiyasının Asiya istiqamətində əməkdaşlığın genişləndirilməsi baxımında
12:36 134 Məktəbli forması ətrafında kampaniya: Təhsil, milli dəyərlər və Azərbaycanın mövqeyi
"Vahid məktəbli forması ətrafında aparılan müzakirələr artıq təkcə təhsil və geyim məsələsi deyil. Bu mövzu məktəblərdə sosial bərabərlik, milli-mənəvi dəyərlər, dünyəvi təhsil prinsipləri və Azərbaycan cəmiyyətinə təsir göstərmək cəhdləri kontekstində də müzakirə olunur. Yeni Azərbaycan Partiyasını
11:11 161 Uşaqlığı əlindən alınan qızlar: erkən nikahın pərdəarxası və susdurulan həyat faciələri
"Bir qız uşağının əlindən oyuncaqlarının alınması, məktəb arzularının yarımçıq qoyulması, gələcək peşəsi barədə düşünmək imkanının məhdudlaşdırılması və hələ uşaqlıq dövrünü başa vurmamış ailə məsuliyyətinin altına salınması insan taleyinə vurulan ən ağır zərbələrdən biridir. Dünyanın müxtəlif bölgələrind
14:25 0