Everest dağında dəhşətli FƏLAKƏT: Xilasedicilər cəsədlər arasında qalıb

Everest dağında dəhşətli FƏLAKƏT: Xilasedicilər cəsədlər arasında qalıbEverest dağının şərq yamacında baş verən güclü qar fırtınası nəticəsində təxminən 1000 nəfər dağ düşərgələrində qalıb. Bölgəyə göndərilən xilasetmə qruplarının donmuş cəsədlərin arasından keçərək irəlilədiyi bildirilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, yerli hakimiyyət orqanları minlərlə metr yüksəklikdə yerləşən düşərgələrə gedən yolları bağlayan böyük qar kütlələrinin təmizlənməsi üçün əməliyyat başladıb.

Rəsmi mənbələr dağda təxminən 1000 nəfərin qaldığını, onların bir qisminin turist və dağçı, bir qisminin isə yerli bələdçilər və işçilər olduğunu açıqlayıb.

Bir neçə turistin xilas edildiyi bildirilir, lakin Çin xilasetmə qrupu qarın ağırlığı altında çökmüş çadırlar, eləcə də hipotermiya keçirdiyi ehtimal olunan dağçılarla bağlı yardım çağırışları aldığını açıqlayıb.

Sosial mediada yayılan videolarda xilasetmə qruplarının dağın zirvəsində donmuş bədənlərin arasında çətinliklə irəlilədiyi görünür. Qatı qar və şaxtalı hava şəraiti səbəbindən əməliyyatın çox çətin və təhlükəli olduğu vurğulanır.

Hadisə fonunda Çində Matmo tayfunu səbəbilə ölkənin cənub və cənub-qərb hissələrində mümkün daşqın və təbii fəlakət riski ilə bağlı rəsmi xəbərdarlıq elan edilib.

Hazırda Everestdə xilasetmə işləri davam edir. Rəsmilər bildirirlər ki, hava şəraiti səbəbindən əməliyyatlar məhdud şəkildə aparılır və dağdakı vəziyyət "kritik" olaraq qalır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 854   Tarix: 06 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Niyaməddin Musayevdən doğum günü arzusu: "Xalqımın xoşbəxtliyini istəyirəm"

"İstəyirəm xalqım gözəl yaşasın, dövlətimiz güclü olsun". Bunu Qaynarinfo-ya açıqlamasında 86 yaşını qeyd edən Xalq artisti Niyaməddin Musayev deyib. Sənətkar bildirib ki, ömrü boyu ən böyük arzusu xalqının firavan, dövlətinin isə qüdrətli olmasıdır:. "İstəyirəm xalqım gözəl yaşasın, dövlətimi

02.06.2026 222
.

Telefonda "bəli" demək niyə təhlükəlidir?

Naməlum nömrələrdən gələn bezdirici zənglər rəqəmsal dövrün ən ciddi problemlərindən birinə çevrilib. Bir çox istifadəçi hər gün onlarla arzuolunmaz zənglə qarşılaşır və bu çağırışların əhəmiyyətli hissəsinin arxasında peşəkar dələduz şəbəkələri və qeyri-qanuni çağrı mərkəzlərinin dayandığı bildirilir

02.06.2026 258
.

Baş həkim öz istəyi ilə vəzifəsindən getdi - Nazirdən əmr

Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi vəzifəsindən azad olunub. Qaynarinfo-nun məlumatına görə, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim, Rusiya Uşaq Cərrahları assosiasiyasının üzvi Op.Dr. Gündüz Ağaye

02.06.2026 284
.

"İlham Əliyevin çıxışında Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr xüsusi yer tutdu" - BƏHRUZ QULİYEV

"Prezident İlham Əliyevin "Bakı Enerji Həftəsi" çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın son 30 ildə enerji sahəsində qazandığı uğurların, həyata keçirdiyi uzaqgörən strategiyanın və formalaşdırdığı etibarlı tərəfdaşlıq modelinin növbəti dəfə beynəlxalq auditoriyaya təqdimatı oldu

02.06.2026 222
.

Onlara bu qədər müavinət ödəniləcək

Diplomatik xidmət əməkdaşlarına verilən müavinətlərlə bağlı qanuna dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Diplomatik xidmət haqqında" Qanuna təklif olunan dəyişiklikd

02.06.2026 268
.

Merkz: Almaniyanı çox yaxşı günlər gözləyir

Almaniya kansleri Fridrix Merkz hesab edir ki, ölkəsi bütün iqtisadi çətinliklərə baxmayaraq, qarşıda çox yaxşı günləri yaşayacaq. xəbər verir ki, bu barədə "Phoenix" telekanalı məlumat verib. "Pessimizmə əsas yoxdur və ölkəmizin gələcəyini qaranlıq rənglərlə təsvir etməyə ehtiyac yoxdur,"

02.06.2026 210
.

Yaşlı insanların NƏZƏRİNƏ: bu balığı yeməyin

Balıq yaşlı insanların qidalanmasında mühüm yer tutmaqda davam edir, lakin onun bütün növləri eyni dərəcədə faydalı deyil. Balıq ən faydalı qidalardan biri hesab olunur. O, ürək, damar və beyin fəaliyyətini dəstəkləyən qiymətli zülal, omeqa-3 yağ turşuları və vacib mikroelementlərlə zəngindir. xaric

02.06.2026 241
.

Kürdəmirdə məktəblinin meyiti tapıldı

Kürdəmir rayonunda 15 yaşlı oğlan vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə iyunun 1-i saat 15 radələrində Kürdəmir şəhərində baş verib. 2011-ci il təvəllüdlü şəhər sakini Osman Səbuhi oğlu Allahverdiyevin meyitini yaxınları evin həyətindəki yardımçı təsərrüfatda aşkar ediblər. Faktl

02.06.2026 299
.

İqtisadçıdan ADY rəhbərinə irad: "O planı kim qurmalı, tərtib etməlidir? Mən?"

"Azərbaycan məmurlarının bir çoxu açıqlama verərkən sanki düşünmürlər, özlərini pis vəziyyətə salırlar". xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərov bildirib. İqtisadçı ADY rəhbəri Rövşən Rüstəmovun səsləndirdiyi "BTQ ilkin mərhələdə sərnişin daşımaları nəzərə alınaraq planlaşdırıls

02.06.2026 227
.

TOP MP3