Araşdırmaçılar Kleopatra və Mark Antoninin məzarlarına dair ipucu tapıblar

Araşdırmaçılar Kleopatra və Mark Antoninin məzarlarına dair ipucu tapıblarArxeoloqlar Misirdə qədim Taposiris Magna məbədinin yanında sualtı liman aşkarlayıblar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu kəşf Kleopatra və onun sevgilisi Mark Antoninin dəfn olunduğu yerə aparan ipucu ola bilər.

Tədqiqatçılar Kleopatranın mümkün məzar yerini, İsgəndəriyyə sahilindən üç kilometr məsafədə, 12 metr dərinlikdə yerləşən batmış liman vasitəsilə müəyyən ediblər.

2005-ci ildən Kleopatranın məzarını axtaran araşdırmaçı Ketlin Martines bildirib ki, Taposiris Magna məbədi (ölüm tanrısı Osirisə həsr olunmuşdu) ilə limanı təxminən 1,3 kilometrlik yeraltı tunel birləşdirir.

Alimlər ehtimal edirlər ki, Kleopatra və Mark Antoninin dəfn yeri həm sualtı kompleksdə, həm də məbədin xarabalıqları arasında ola bilər. Məhz orada vaxtilə Kleopatranın hökm sürdüyü dövrə aid – Ptolemeylər zamanının keramika nümunələri aşkar edilib.

Martines hesab edir ki, Kleopatra romalıların ölümündən sonra onu sevdiyindən ayırmaması üçün xüsusi bir yol düşünmüş ola bilər. Onun versiyasına görə, cütlük əvvəlcə Taposiris Magna məbədinə gətirilib, sonra isə tunellə limana aparılaraq orada dəfn edilib.

Məlumdur ki, Misir kraliçası və onun sevgilisi eramızdan əvvəl 30-cu ildə könüllü olaraq həyatdan ayrılıblar. Lakin onların dəqiq dəfn yeri antik dövrün ən böyük sirrlərindən biri olaraq qalır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 594   Tarix: 06 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Niyaməddin Musayevdən doğum günü arzusu: "Xalqımın xoşbəxtliyini istəyirəm"

"İstəyirəm xalqım gözəl yaşasın, dövlətimiz güclü olsun". Bunu Qaynarinfo-ya açıqlamasında 86 yaşını qeyd edən Xalq artisti Niyaməddin Musayev deyib. Sənətkar bildirib ki, ömrü boyu ən böyük arzusu xalqının firavan, dövlətinin isə qüdrətli olmasıdır:. "İstəyirəm xalqım gözəl yaşasın, dövlətimi

02.06.2026 222
.

Telefonda "bəli" demək niyə təhlükəlidir?

Naməlum nömrələrdən gələn bezdirici zənglər rəqəmsal dövrün ən ciddi problemlərindən birinə çevrilib. Bir çox istifadəçi hər gün onlarla arzuolunmaz zənglə qarşılaşır və bu çağırışların əhəmiyyətli hissəsinin arxasında peşəkar dələduz şəbəkələri və qeyri-qanuni çağrı mərkəzlərinin dayandığı bildirilir

02.06.2026 258
.

Baş həkim öz istəyi ilə vəzifəsindən getdi - Nazirdən əmr

Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun baş həkimi vəzifəsindən azad olunub. Qaynarinfo-nun məlumatına görə, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim, Rusiya Uşaq Cərrahları assosiasiyasının üzvi Op.Dr. Gündüz Ağaye

02.06.2026 284
.

"İlham Əliyevin çıxışında Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələr xüsusi yer tutdu" - BƏHRUZ QULİYEV

"Prezident İlham Əliyevin "Bakı Enerji Həftəsi" çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın son 30 ildə enerji sahəsində qazandığı uğurların, həyata keçirdiyi uzaqgörən strategiyanın və formalaşdırdığı etibarlı tərəfdaşlıq modelinin növbəti dəfə beynəlxalq auditoriyaya təqdimatı oldu

02.06.2026 222
.

Onlara bu qədər müavinət ödəniləcək

Diplomatik xidmət əməkdaşlarına verilən müavinətlərlə bağlı qanuna dəyişiklik olunur. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Diplomatik xidmət haqqında" Qanuna təklif olunan dəyişiklikd

02.06.2026 268
.

Merkz: Almaniyanı çox yaxşı günlər gözləyir

Almaniya kansleri Fridrix Merkz hesab edir ki, ölkəsi bütün iqtisadi çətinliklərə baxmayaraq, qarşıda çox yaxşı günləri yaşayacaq. xəbər verir ki, bu barədə "Phoenix" telekanalı məlumat verib. "Pessimizmə əsas yoxdur və ölkəmizin gələcəyini qaranlıq rənglərlə təsvir etməyə ehtiyac yoxdur,"

02.06.2026 210
.

Yaşlı insanların NƏZƏRİNƏ: bu balığı yeməyin

Balıq yaşlı insanların qidalanmasında mühüm yer tutmaqda davam edir, lakin onun bütün növləri eyni dərəcədə faydalı deyil. Balıq ən faydalı qidalardan biri hesab olunur. O, ürək, damar və beyin fəaliyyətini dəstəkləyən qiymətli zülal, omeqa-3 yağ turşuları və vacib mikroelementlərlə zəngindir. xaric

02.06.2026 241
.

Kürdəmirdə məktəblinin meyiti tapıldı

Kürdəmir rayonunda 15 yaşlı oğlan vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə iyunun 1-i saat 15 radələrində Kürdəmir şəhərində baş verib. 2011-ci il təvəllüdlü şəhər sakini Osman Səbuhi oğlu Allahverdiyevin meyitini yaxınları evin həyətindəki yardımçı təsərrüfatda aşkar ediblər. Faktl

02.06.2026 299
.

İqtisadçıdan ADY rəhbərinə irad: "O planı kim qurmalı, tərtib etməlidir? Mən?"

"Azərbaycan məmurlarının bir çoxu açıqlama verərkən sanki düşünmürlər, özlərini pis vəziyyətə salırlar". xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərov bildirib. İqtisadçı ADY rəhbəri Rövşən Rüstəmovun səsləndirdiyi "BTQ ilkin mərhələdə sərnişin daşımaları nəzərə alınaraq planlaşdırıls

02.06.2026 227
.

TOP MP3