Zəfər göydən düşmədi: Azərbaycan Ordusunun qələbə formulu

Zəfər göydən düşmədi: Azərbaycan Ordusunun qələbə formulu"44 günlük Vətən müharibəsində qələbə qazanmağımızın həm siyasi, həm də hərbi səbəbləri var. Qələbənin hərbi tərəflərinə nəzər salsaq, Azərbaycan Ordusu həm say, həm də texniki baxımdan üstünlüyə malik idi".

Bunu BiG.AZ-a açıqlamasında hərbi jurnalist Heydər Mirzə bildirib.

O, qeyd edib ki, Azərbaycan 2013-cü ildən etibarən müharibəyə tam surətlə hazırlaşmağa başladı. Bu hazırlıq prosesi təxminən 6-7 il davam etdi. Bu müddətdə Silahlı Qüvvələrimiz yeni növ hərbi birliklər formalaşdıra bildi. Bu, postsovet məkanında tətbiq olunan yeni model ordu idi. Qeyd edək ki, həmin dövrdə Ukrayna-Rusiya müharibəsi hələ başlamamışdı:
Zəfər göydən düşmədi: Azərbaycan Ordusunun qələbə formulu"Qələbənin əsas amillərindən biri ordumuzun keyfiyyət üstünlüyü idi. Azərbaycan Silahlı Qüvvələrinin arsenalı genişləndirildi. Artıq ölkəmizdə 20 ildən çoxdur ki, fəaliyyət göstərən hərbi sənaye mövcuddur. Azərbaycan bu gün ən kiçik silahdan tutmuş ən iri hərbi texnikaya qədər bir çoxunu özü istehsal edir. 44 günlük Vətən müharibəsində ordumuzun arsenal ehtiyatı böyük rol oynadı. Müharibə zamanı Azərbaycan tərəfi hər gün on minlərlə mərmi istifadə edirdi. Əgər əvvəlcədən hazırlanan bu arsenal olmasaydı, müharibənin gedişatında ciddi problemlərlə üzləşə bilərdik.

Müharibədə Azərbaycanın müttəfiqləri də mühüm rol oynadı. Türkiyə, Pakistan və İsrail kimi ölkələrlə qurulan əməkdaşlıq bizə həm hərbi, həm də mənəvi üstünlük qazandırdı.

Mən heç vaxt düşməni alçaltmağın tərəfdarı deyiləm. Zabitlərimizlə söhbətlər zamanı məlum olur ki, qarşı tərəf — erməni ordusu da kifayət qədər motivasiyalı idi və öz zəfərinə inanırdı. Onlar düşünmürdülər ki, Azərbaycan müharibəyə başlayarsa, onu sona qədər aparacaq. Çünki 30 il ərzində Azərbaycanın gücünü, potensialını düzgün qiymətləndirməmişdilər.

Zəfər bizə "göydən düşmədi". Düşmən yetərincə hazırlıqlı idi, lakin Azərbaycan Ordusu onu qaçmağa məcbur etdi — o, sadəcə qaçmaq istəmirdi. Bizim əsgər və zabitlər ölümü düşünmürdü, qorxmurdu. Bu, ordumuzun mənəvi-psixoloji üstünlüyündən irəli gəlirdi.

Müharibə zamanı Azərbaycan mediası, xüsusilə hərbi media, Ermənistan mediasından qat-qat üstün performans göstərdi. Bu, çox önəmli faktordur. Çünki qarşı tərəf bizi yalnız cəbhədə deyil, həm də informasiya və psixoloji müstəvidə sınağa çəkdi — və bu sahədə də məğlub oldu.

2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin cəmi 23 saatlıq əməliyyatla ərazi bütövlüyümüzü tam bərpa etməsi, torpaqlarımızı separatçılardan təmizləməsi — informasiya müharibəsində əldə edilən uğurun da nəticəsi idi".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 710   Tarix: 06 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail "İslam Cihad"ın komandirini məhv etdi

İsrail ordusunun Qəzzanın Xan Yunis bölgəsinə endirdiyi zərbələr nəticəsində "İslami Cihad" təşkilatının təchizat bölməsinin komandiri Tarik Ənvər Hamis Rəi öldürülüb. xəbər veirr ki, bu barədə İsrail ordusundan məlumat verilib. "Tarik Ənvər Hamis Rəi 7 oktyabr 2023-cü ildə İsrailə hücu

18.08.2026 267
.

Tramp müharibəni qızışdırarsa, İran Avropadakı ABŞ hərbi hədəflərinə zərbə endirməyi düşünür

"The Financial Times" qəzetinin çərşənbə günü verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp müharibəni qızışdırmaq qərarına gələrsə, İran Kipr və Bolqarıstan da daxil olmaqla, Avropadakı ABŞ hərbi obyektlərinə zərbə endirməyi nəzərdən keçirir. Bu barədə "The Financial Times"

09:10 167
.

Süni intellektdən qazanılan pulları vətəndaşlarla bölüşəcəklər

2027-ci ildə Tayvanda süni intellektdən əldə edilən dividendlər hesabına hər bir vətəndaşa 10 min Tayvan dolları (təxminən 534 AZN) ödəniləcək. "Qafqazinfo" "Taipei Times Dawn" nəşrinə istinadən xəbər verir ki, bu məqsədlə ümumilikdə 235,7 milyard Tayvan dolları (12 milyard 580 milyo

18.08.2026 247
.

Mənzilin faktiki sahəsi sənəddəki göstəricidən fərqlidirsə...

Mənzil alqı-satqısı zamanı diqqət yetirilməli əsas məsələlərdən biri də əmlakın sahəsinin düzgün müəyyənləşdirilməsidir. Bəzən texniki pasportda göstərilən sahə ilə mənzilin faktiki ölçüsü arasında fərq yarana bilər. Bu isə alıcıda hansı göstəricinin əsas götürülməli olduğu ilə bağlı sual doğurur. Məsələni

14:53 173
.

Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi (TƏFƏRRÜAT)

Xırdalanda birlikdə yaşadığı qadının evdən çıxmasından istifadə edən şəxs onun qızıl-zinət əşyalarını oğurlayıb. Qaynarinfo xəbər verir ki, həmin şəxs qızılları tanımadığı mağazaya 1800 manata satıb, əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına və borclarına xərcləyib. Hüquq mühafizə orqanlarına müraciətdə

12:30 251
.

Bakıda 52 yaşlı qadın evdən 10 minlik qızıl OĞURLADI

Bakının Yasamal rayonunda evdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb. DİN mətbuat xidmətindən -a verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı N.Babayeva müəyyən edilərək saxlanılıb. Onun qızıl-zinət əşyalarını satdığı məlu

18:15 69
.

Akif Nəsirli İKT sektorundakı vəziyyəti tənqid etdi: "Natiq Cəfərlinin fikri ilə razıyam"

Azərbaycanda İKT sektorunun inkişafı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. İqtisadçı Natiq Cəfərlinin ölkənin bu sahədə Qazaxıstandan geri qalması və real inkişafın hiss olunmaması barədə fikirləri sektorda mövcud vəziyyətə dair suallar yaradıb. Xüsusilə internet və telekommunikasiya bazarınd

12:08 194
.

"ABŞ, Türkiyə və xüsusilə Böyük Britaniyanın Ukraynaya hərbi-siyasi dəstəyi Moskvanın ciddi narahatlığına səbəb olur" - BƏHRUZ QULİYEV

"Rusiya-Qərb qarşıdurmasında yeni təhlükə xətti. ABŞ, Türkiyə və xüsusilə Böyük Britaniyanın Ukraynaya hərbi-siyasi dəstəyi Moskvanın ciddi narahatlığına səbəb olur. Son günlər Rusiya-Britaniya xəttində ritorikanın sərtləşməsi də təsadüfi deyil. Moskva Britaniyanın Ukraynaya verdiyi dəstəyi artı

12:32 202
.

"iPhone 18 Pro Max"ın kamerası yenilənir - Böyük ölçüdə olacaq

Gələn ay təqdimatı planlaşdırılan "iPhone 18 Pro Max"ın daha yaxşı kamera sisteminə malik olacağı bildirilir. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, "dəyişkən diafraqma" sistemi yalnız "Pro max" üçün nəzərdə tutulacaq. Belə ki, "18 Pro Max"ı

12:04 226
.