Meqan və Keyt niyə dost ola bilmədi? - Kral gəlinləri arasındakı qarşıdurmalar
2017-ci ildə şahzadə Harri Meqan Marklla nişanlandığını elan edəndə sarayda ümid edirdilər ki, gələcək hersoginya Keyt Middletonla yaxın dost olacaq. Lakin cəmi bir neçə ay sonra media iki qadın arasında gərgin münasibətlər barədə xəbərlərlə doldu.
Qaynarinfo-nun məlumatına görə, "Daily Mail" xatırladır ki, fikir ayrılıqları hələ 2018-ci ildə Meqan və Harrinin toyuna hazırlıq dövründə üzə çıxmışdı. Mübahisələr hətta drujkaların paltarlarının fasonu və məşqlər zamanı davranış kimi xırda məsələlərə qədər uzanmışdı.
Şahzadə Harri öz "Ehtiyatda" adlı xatirələrində yazır ki, bir söhbətdən sonra Meqanı ağlayan halda yerə çökmüş vəziyyətdə tapıb, daha sonra isə Keyt üzr məktubu və gül dəstəsi göndərib.
İllərlə müzakirə olunan başqa bir hadisə gəlin buketi ilə bağlı idi. Toyun televiziya yayımı zamanı tamaşaçılar Meqanın kilsəyə daxil olanda buketsiz, bir neçə saniyə sonra isə buketlə göründüyünü fərq etmişdilər. Bəziləri hesab edirdi ki, bu çiçəkləri ona Keyt verib və bu jest barışığın simvolu olub. Amma sonradan məlum olub ki, buketi Meqana onun köməkçisi Klara Medden – əvvəllər Uilyam və Keytin köməkçisi olmuş qadın – təqdim edib.
Bir il sonra Harri və Meqan toy fotosessiyasını paylaşdıqda, Keyt şəkillərdə yox idi. Jurnalistlər bunu münasibətlərin soyuqluğunun daha bir göstəricisi kimi dəyərləndirdilər.
İllər keçdikcə ziddiyyətlər dərinləşdi. Harrinin sözlərinə görə, mübahisələrdən biri Meqanın Keyt barədə "uşaq beyni" ifadəsini işlətməsi ilə başlayıb. Bu, bəzi qadınlarda hamiləlik və doğuşdan sonra müşahidə edilən unutqanlıq və diqqət dağınıqlığını təsvir edən qeyri-rəsmi termindir. Uilyam buna sərt reaksiya verərək Meqanı kobudluqda ittiham edib və ona "belə davranış burada yolverilməzdir" deyib.
Başqa bir gərgin an "Royal Foundation" forumu öncəsi yaşanıb. Meqan Keytdən dodaq parıltısı istədikdə, onu barmağı ilə çəkərkən Keytin narazı ifadə göstərdiyi bildirilir. Elə həmin tədbir Harrinin, Meqanın, Uilyamın və Keytin ilk birgə ictimai çıxışı idi. Gözləntilərin əksinə olaraq, forum birliyi deyil, fikir ayrılıqlarını nümayiş etdirdi. Müşahidəçilər Meqanın həddindən artıq enerjili və özünəinamlı, Keytin isə çox ehtiyatlı olduğunu qeyd etdilər. Beləcə, "kral harmoniyası"nın pozulduğu açıq şəkildə hiss edildi.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 869 Tarix: 06 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYatmazdan əvvəl bu meyvəni yemək yuxu keyfiyyətini yaxşılaşdırır
Yuxuya getməkdə çətinlik çəkənlər üçün qidalanma da əhəmiyyətli rol oynaya bilər. Alimlərin diqqətini çəkən məhsullardan biri isə turş gilasdır. Araşdırmalar göstərir ki, bu meyvənin tərkibindəki bəzi maddələr yuxu müddətinə və keyfiyyətinə müsbət təsir göstərə bilər. BİG.AZ xarici mediaya istinadl
15.10.2026 218 Musiqiçinin 64 il əvvəl 21 yaşında yazdığı mahnı: Nobel mükafatı alıb
Dünya musiqi tarixində elə mahnılar var ki, onilliklər keçsə də, populyarlığını itirmir. Belə əsərlərdən biri də amerikalı musiqiçi Bob Dilanın 1962-ci ildə, cəmi 21 yaşında yazdığı "Blowin' in the Wind" ("Cavab küləkdədir" ) mahnısıdır. xarici mediaya istinadən xəbər verir ki
15.10.2026 209 Gəmidən tullanan qadın 20 saat sonra dənizdə sağ tapıldı - Video
Yunanıstanda kruiz gəmisindən dənizə tullanan 44 yaşlı qadın təxminən 20 saat sonra tapılaraq xilas edilib. "Qafqazinfo" xəbər verir ki, Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, El Salvador vətəndaşı olan qadın şənbə günü İon dənizində, Zakintos adası yaxınlığında "Odyssey of th
15.10.2026 146 Türkiyə Ermənistanda keçiriləcək tədbirə qatılacaq
"BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Türkiyənin nazirlər səviyyəsində iştirak edəcəyi məlumdur. Lakin Azərbaycanın bu tədbirə qatılıb-qatılmayacağı barədə rəsmi təsdiqini tapmış hər hansı bir məlumat hələ ki, mövcud deyil". -ın Ermənista
15.10.2026 211 Azərbaycanda gənc əsgər vəfat etdi - Foto
Azərbaycanda gənc əsgər vəfat edib. Bu barədə -a məlumat daxil olub. Məlumata görə, gənc əsgər Orxan Şabanov Dövlət Sərhəd Xidməti sıralarında hərbi xidmət dövründə naməlum səbəbdən həyatını itirib. O, Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunudur. Qeyd edək ki
15.10.2026 397 Çox ac olanda nə yeməli? Narahatlıq yaradan 7 qida
Güclü aclıq zamanı insan çox vaxt qarşısına çıxan ilk qidanı yeməyə üstünlük verir. Lakin bəzi məhsullar uzun müddət tox saxlamır, digərləri isə həssas mədəsi olanlarda köp, qıcqırma və narahatlıq yarada bilir. xarici mediaya istinadən acqarına qəbul edərkən diqqətli olmaq lazım gələn yeddi qida və içk
15.10.2026 179 Liderlərin səmimi görüntüləri - Video - Fotolar
Məlum olduğu kimi, Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. "Qafqazinfo" xəbər verir ki, toplantıya qatılan dövlət və hökumət başçıları tədbir çərçivəsində xarici həmkarları ilə görüşlər də keçirir. Müxtəlif ölkələri
15.10.2026 224 Rəşad Məcid Mətbuat Şurasından gedir - Namizədlər onlardır
Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyün
15.10.2026 215 17 oktyabr tarixi füzulililərin xatirəsində əbədi qalacaq
2020-ci il oktyabrın 17-si - Vətən müharibəsinin 21-ci günü hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzul
15.10.2026 328