Bakıda bağçada uşaq ağır xəsarət aldı, təcili tibbi yardım çağırılmadı - VİDEO

Bakıda bağçada uşaq ağır xəsarət aldı, təcili tibbi yardım çağırılmadı - VİDEOBakıdakı 291 saylı körpələr evi-uşaq bağçasında üç yaşlı körpə yıxılaraq ağır xəsarət alıb.

BiG.AZ Xəzər TV-yə istinadla xəbər verir ki, uşağın atası Elcan İdrisbəylinin iddiasına görə, yıxılaraq sifəti çapılan körpəyə nə ilkin tibbi yardım göstərilib, nə də təcili yardım çağırılıb.

"Hadisə baş verəndən sonra onu anasına elə üzüqanlı halda təhvil veriblər. Gəldim ki, bağçanın qabağında anası ilə uşaq çöldə qalıb, uşaqdan qan gedir - hər yeri qandır. Apardıq "Semaşko"ya. Elə yolda direktor bizi yığdı, heç uşağı soruşmadan dedi ki, bağçanın adını çəkmə", - deyə Elcan İdrisbəyli bildirib.

Valideynlərinin təcili xəstəxanaya çatdırdığı uşağın sifətinə iki tikiş qoyulub, gözünə yaxın hissəyə isə tikiş atmaq mümkün olmayıb. Həkimlər bunun təhlükəli olduğunu bildiriblər.

"Gəldik direktora deməyə ki, bizə kamera görüntüsünü təqdim edin. Direktor bildirdi ki, dövlət bağçanı kamera ilə təmin etməyib", - deyə Elcan İdrisbəyli əlavə edib.

Bağçanın direktoru Sahibə xanım isə hadisədən vaxtında xəbərdar edilmədiyini, bütün məsuliyyətin müəllimədə olduğunu bildirib: "Müəllimə mənə vaxtında xəbər verməyib. İzahatını da almışam".

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə məsələ ilə bağlı tamamilə başqa açıqlama verilib. Bildirilib ki, 30 sentyabr saat 11:00 radələrində 291 saylı körpələr evi-uşaq bağçasının orta yaş qrupunda uşaqlardan biri yıxılıb və xəsarət alıb. Dərhal bağçanın tibb bacısı tərəfindən ilkin tibbi yardım göstərilib və uşağın valideyninə xəbər verilib. Uşaq valideyni ilə səhiyyə müəssisəsinə aparılıb. Bağçanın tərbiyəçi-müəllimi ilə bağlı tənbeh tədbiri görülüb. Valideynlə əlaqə saxlanılıb, uşağın vəziyyəti qənaətbəxşdir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 846   Tarix: 05 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ötən gün avtobuslara 2 milyon sərnişin minib - Rekord

Yeni tədris ili ilə əlaqədar avtobuslarla rekord sayda səfər olub. BİG.AZ xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, 15 sentyabr 2026-cı ildə Bakı üzrə 2 milyondan çox sərnişin daşınıb. "Bu ötən ilin eyni günü ilə müqayisədə 300 00 sərnişin (+18%) artıq deməkdir"

16.09.2026 166
.

"Kurtlar Vadisi Pusu" serialı ilə bağlı araşdırma başladı - FETÖ ilə əlaqə

Xəbər verdiyimiz kimi Türkiyədə Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşı Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində "Kurtlar Vadisi Pusu" serialının ssenaristlərinə qarşı araşdırma aparılmasına qərar verilib. Türkiyə mediasına istinadla xəbər veri

16.09.2026 212
.

400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU

Dələduzluqda ittiham olunan "Moon Kids" uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə dövlət ittihamçısı Fuad Musayev çıxış edərək H.Rüstəmovanın

16.09.2026 211
.

ADİL NƏBİYEV: "Yol mədəniyyətinin dəyişməsi sürücülük vəsiqəsinin alınması prosesindən daha əvvəl başlamalıdır"

Şəhər yollarındakı sıxlıq və tıxac artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin problemin səbəbi yalnız avtomobillərin sayının çoxluğu deyil. Bəs tıxacların azalması üçün yalnız yol infrastrukturu kifayətdirmi, yoxsa yol mədəniyyətimizi də dəyişməliyik? Süni intellekt tıxac problemin

16.09.2026 260
.

Arıqlayanda duzlu xiyar yemək olar? - Çəkiyə təsiri

Duzlu və marinad edilmiş xiyarların kalorisi azdır. Buna görə ilk baxışdan onlar arıqlamaq istəyənlər üçün ideal məhsul kimi görünür. Lakin tərkibində çoxlu duz olması və bəzi digər xüsusiyyətlərinə görə bu məhsullardan həddindən artıq istifadə etmək məsləhət deyil. xarici mediaya istinadən xəbər veri

16.09.2026 171
.

"Bank of Baku"dan ŞİKAYƏT VAR

Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb. "Yeni Sabah" xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi "AzBank klubu" qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkə

16.09.2026 176
.

Messi milli komandada vida oyununa çıxacaq

Argentina milli komandası qarşıdan gələn yoldaşlıq oyunları üçün heyətini açıqlayıb. Baş məşqçi Lionel Skaloni 26 oyunçunu heyətinə çağırıb. xarici mediaya istinadən bildirir ki, Argentina Futbol Assosiasiyasının mətbuat xidmətinin məlumatına görə, 39 yaşlı "İnter Mayami"nin hücumçusu və kapitan

16.09.2026 157
.

Rusiya-Ukrayna müharibəsində son vəziyyət: 5 nəfər öldü, sərnişin qatarına da zərbə endirildi

Rusiya-Ukrayna müharibəsində qarşılıqlı hava hücumları davam edir. Sentyabrın 16-da Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol şəhəri yaxınlığına endirdiyi dron zərbəsi nəticəsində sərnişin mikroavtobusuna zərbə dəyib. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Ukrayna tərəfinin məlumatına görə

16.09.2026 196
.

Ramiz Mehdiyevin işində onlar da dindirilib

Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq. "Qafqazinfo" 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdə

16.09.2026 201
.